14 Fevral 2026 09:00
821
Mədəniyyət
A- A+
Uzun yolun qısa xülasəsi

Uzun yolun qısa xülasəsi


Bir əsr əvvəl olduğu kimi, bu gün də kimsənin radionu xəbər, əyləncə və informasiya kontenti olaraq müasir kütləvi kommunikasiya sistemindən kənarda təsəvvür etməsi mümkün deyil. Yayımları da daxil olmaqla, müasir media mənzərəsində öz yerini saxlayan Azərbaycan radiosu sosial kommunikasiya vasitəsi kimi həyatımıza daxil olan, fəaliyyət göstərdiyi birəsrlik zaman müstəvisində texnoloji proseslərdən geri qalmayan tribunalardan biri kimi sözünü deməkdədir.  

Kütləvi auditoriyası və əlçatanlığı ilə müasir həyatın bir hissəsinə çevrilən radio, nəinki onun XXI əsrdə gələcəyinin olmadığını iddia edən skeptiklərin dediyi kimi yerini  kompüter və şəbəkə texnologiyalarına verərək məğlub vəziyyətdə bazarı tərk etdi, əksinə, onların bu dəfə də açıq şəkildə yanıldıqlarını göstərərək yeni layihələrin etibarlı kontetlərindən biri kimi ortaya qoydu. O spektiklər növbəti dəfə sürətli texnoloji irəliləyişlərin ictimai kommunikasiyanın əsas kanallarından biri olduğunu, radio yayımının kütləvi cəlbediciliyini və hər yerdə mövcudluğunun fakta çevrildiyini qəbul etmək zorunda qaldılar. Bugünkü çoxtərəfli informasiyanın qarşılıqlı əlaqəsi sistemində radio yayımı populyarlığını qorumaqla yanaşı, həm də yeni üsullar (məlumat-əyləncə, interaktivlik) və fəaliyyət formaları (yayım formatları) əldə etdi. İnternet sayəsində radio yayımının əhatə dairəsini genişləndirmək, dinləyicilərin populyarlığını daha da artırmaq və təşkilati, struktur və peşəkar-yaradıcı potensialını reallaşdırmaq gücündə olduğunu təsdiqlədi. Hələlik əldə edilən nəticə onu göstərir ki, kütləvi kommunikasiya bu gün ən geniş şəkildə radio yayımı ilə təmsil olunur və bu, peyk rabitəsinin və internetin inkişafından yeni təkan alaraq demək olar ki, hər yerdə yayıla bilib.  Bütün bunlar 1926-cı il noyabrın 6-da Azərbaycan radiosunun "Diqqət, danışır Bakı" sözləri ilə yayımlanması fonunda növbəti dəfə regionda "ilk"ə imza atmasından qərinələr keçəndən sonra ortaya çıxan gerçəkliklər fonunda üzbəüz qaldığımız reallığa dönəcək. İrəli getmədən o məsələni qeyd edək ki, həmin tarix nəinki Azərbaycanda, habelə Yaxın Şərqdə ilk radio yayımı günü kimi mədəniyyət salnaməmizə yazıldı. Paytaxtın küçə və meydanlarında quraşdırılan reproduktorlardan yayılan o səs ancaq ingilis fiziki Uilyam Kruksun 54 il əvvəl elektromaqnit dalğalarından istifadə edərək yaratdığı simsiz teleqraf rabitəsinin praktik təcrübələrinin tətbiqi deyildi. Bu, unudulmaz azərbaycanlı maarifpərvər, milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin görmək istədiyi mətbuatın irəliyə doğru atdığı möhtəşəm addım idi.

Fəaliyyətə başladığı ilk vaxtlardan insanların "sehirli qutu" adlandırdığı radio ancaq əsas informasiya mənbəyi olmadı, o, maarifçiliyin tribunasına çevrildi. Radio öz dinləyiciləri arasında nitq mədəniyyətini formalaşdıran, ayaq aça bildiyi bütün coğrafiyada Azərbaycan ədəbi dilinin yayılmasını təşviq edən müəllim oldu. Oxumaq-yazmaq bilməyən və ya bunları öyrənməkdə çətinlik çəkən insanların böyük əksəriyyət təşkil etdiyi mühitdə bunun nə qədər vacib olduğunu söyləmək belə, artıqdır. Bu həm də sosial ünsiyyətin ilkin kərpicləri idi və cəmiyyətdə o kərpiclərin qoyulmasında radionun təsəvvürolunmaz xidmətləri əvəzolunmaz idi. Bir sözlə, radio həmin dövrlərdə və ondan sonrakı mərhələdə ən vacib sosial-siyasi, iqtisadi və mənəvi problemləri ortaya qoymaq, işıqlandırmaq və aradan qaldırmaq prosesində bütün sosial qurumların və sistemlərin nümayəndələri - jurnalistlərlə vətəndaşlar, həmçinin müxtəlif elm-sənət adamlarının birgə yaradıcılıq emalatxanasına çevrildi. 

Bütün bunları haqlı olaraq onun meydana çıxdığı vaxtdan 30 il sonra - 1956-cı il fevralın 14-də fəaliyyətə başlayan Azərbaycan Televiziyasına gedən yolun başlanğıcı kimi də qəbul edənlər var və fikrimizcə, bu qənaətdə olanlar tamamilə haqlıdırlar. Nəticədə televiziya və radio jurnalistikamızda və ictimai həyatımızda başlıca informasiya təminatçısına çevrilməklə maarifləndirici, əyləndirici funksiyasında əsas ağırlığı öz üzərinə götürmüş, sosial və siyasi proseslərə təsir göstərməkdə alternativsizliyini ortaya qoymuşdur. Təsadüfi deyil ki, kommunikativ və təşkilati funksiyada dialoq platforması kimi çıxış edən bu tandem vaxtaşırı televiziya və radio mütəxəssislərinin nəzəri mülahizələrinin əsas subyektinə çevrilmişdir. 

Bu yazıda müasir mühitdə TV-nin nə dərəcədə aktual olduğunu araşdırmağa başlamazdan əvvəl onu bildirək ki, sürətlə dəyişən media mənzərəsində Azərbaycan telekanalları rəqəmsal mühitə assimilyasiya olunur. Bu onun üçündür ki, televiziyanın texniki və funksional təkamülünü izləməklə sosial şəbəkələrdə televiziya mediasının yaranmasına nəyin səbəb olduğunu və inkişaf tendensiyalarını proqnozlaşdıra bilmək, televiziyalar arasında oxşarlıq və əsas fərqləri müəyyənləşdirərək nəticələri perspektiv fəaliyyətimizdə tətbiq etmək, mövcud yerli və xarici analoji seqmentlərdə monitorinqlərin aparılmasını metodiki olaraq həyata keçirmək qaçılmazdır.

Sosial təfəkkürdə televiziya istehsalının böyük əksəriyyətində məzmunun aşağı səviyyədə olmasından narahatlıq ifadə olunur, digərləri isə televiziyanın sosial şəbəkə mediasından geri qalma riski barədə fikirləşirlər. Nəticədə neçə illərdir qaçılmaz yeniliklərlə "əbədi funksionallıq qaynağı" olan klassiklər arasında müasir televiziyanın inkişaf tendensiyaları ətrafındakı "Nə etməli?" sualı aktual olaraq qalır. 

Müasir telekanalların proqramlaşdırılması prinsiplərinin dəyişdirilməsi, dominantlıq yayım şəbəkəsinin strukturlaşdırılmasında reytinq yanaşması siyasətində media bazarına əsaslı təsir edən tendensiyaların dəyişməsi qaçılmazdır. O dəyişikliklərdən yayınmaq intuitiv olaraq ortaya çıxan gerçəklik effektini saxlayır və bunun bariz ifadəsinin necə baş verdiyini 2026-cı ildə 70 və 100 yaşını qeyd etməyə hazırlaşan Azərbaycan Televiziyasının və Azərbaycan Radiosunun nümunəsində müşahidə edilir. 

"Böyük dövlət xadimlərinin fəaliyyətlərinin izləri hər bir xalqın həyatının bütün sahələrində özünü göstərir" - deyimini xatırlatmaqla onu qeyd etmək yerinə düşər ki, ana televiziyamızın inkişafında yaddaqalan hadisələr Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi birinci dönəmə düşür. Ovaxtkı Azərbaycanının ictimai-siyasi və mədəni həyatına yeni texniki vasitə olaraq daxil olan Azərbaycan Televiziyası təkcə Azərbaycan xalqını keçmiş tarixinin ən parlaq səhifələrinin təbliği ilə məşğul olmur, həm də milli-mənəvi dəyərlərimizin, yetişən gəncliyin şüurunda özünə yuva qurmasında başlıca missiyanı yerinə yetirirdi. 

Azərbaycan Televiziya və Radiosu milli dəyərlər və dövlətçilik təfəkkürü əsasında yaradılmış məktəbə çevrilib və bu gün də ölkənin televiziya məkanında aparıcı rolunu saxlamaqdadır. İstər özünün maddi-texniki bazasının zənginliyi, istərsə də uzun illərdən bəri formalaşan ənənələr əsasında yetişən peşəkar yaradıcı heyəti ilə AZTV rəngarəng mövzuları, təqdimat formaları ilə seçilən, teleməkanda öz auditoriyasını qazanan, iddiaları ilə inkişaf yolunda yeni addımlar atan, gündən-günə mövqelərini möhkəmləndirməkdə olan quruma çevrilməkdədir. Prezident İlham Əliyevin hamiliyi ilə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin bazasında 2009-cu il fevral ayının 1-də yaradılan "İdman", 2011-ci il fevral ayının 14-də təsis olunan "Mədəniyyət" telekanallarının fəaliyyətinin, xüsusilə, Azərbaycan Televiziyasında zamanın tələblərinə uyğun olaraq aparılan islahatların nəticəsidir ki, onun efirində təqdim edilən, müxtəlif formatlarda və aktual mövzularda hazırlanan proqramlar nəinki tamaşaçıların maraqla qarşıladıqları, həmçinin etimad göstərdiyi verilişlərə çevrilib. Bu sırada İctimai-siyasi proqramlar studiyasının hazırladığı, ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda baş verən aktual ictimai-siyasi hadisələrin təhlil olunduğu "Həftə", ölkədə baş verən diqqətçəkən məsələlər üzərində qurulan və aparıcıların qonaqlarla birlikdə baş verən hadisəni canlı olaraq müzakirə olunduğu "Hədəf" və digər verilişləri ancaq informativ deyil, həm də maarifçilik yükü olan proqramlardandır. Hər gün 12 dəfə efirə çıxan "AZTV XƏBƏR" proqramının ancaq ölkə daxilində deyil, həmçinin ölkə xaricində də auditoriyası olması informasiyanın operativ və peşəkarlıqla çatdırılması ilə izah oluna bilər.

İnternet resurslarının başlıca hərəkətverici qüvvəsi olaraq qəbul edilən sosial şəbəkələrdə televiziya yayımının spesifik xüsusiyyətləri hələ də Azərbaycanda elmin tədqiqat obyektinə çevrilməyib. Təkəm-seyrək bu istiqamətdəki yazılar ən yaxşı halda mövcud faktların təhlili ilə kifayətlənir, perspektiv inkişaf yollarının elmi əsasları nadir hallarda qeyd edilir. Televiziya mediasının sosial şəbəkələrdə aparıcı platformalara çevrilməsi üçün praktiki tövsiyələrin hazırlanmasında teletənqidçilərimizin və bu yöndəki elm adamlarımızın lokomotiv olaraq rolu ya hiss edilmir, ya da qabarıq görünmür. Bu isə informasiya üstünlüklərinin öyrənilməsinə fəlsəfi yanaşmaların televiziya və sosial şəbəkələrdə kortəbii yaranan tendensiyaların yer tutmasına gətirib çıxarır.

Son olaraq qeyd edək ki, televiziyanın sosial şəbəkə seqmentlərində yeri və aktuallığı günümüzün əsas çağırışına çevrilib və bu amili günümüzün əsas amili kimi qəbul etməmək heç bir televiziya üçün yaxşı nə isə vəd etmir. Buna görədir ki, AZTV üçün sosial şəbəkələrdəki alqoritmin öyrənilməsi taktiki deyil, strateji mahiyyət daşıyır. Bizim üçün sosial şəbəkələrin siyasi, iqtisadi, sosioloji, kulturoloji-ümumən, elmi təhlili ondan ibarətdir ki, yaşadığımız informasiya reallığında seytnot vəziyyəti ilə üzbəüz qalmayaq. Bu, ən azı, gələcək fəaliyyətimiz üçün növbəti addımlarımızı atmaq üçün həyati əhəmiyyət daşıyır. Ona görədir ki, hər bir televiziya üçün sosial dünyanın inkişafı ilə bağlı vəziyyəti düzgün qiymətləndirməmək, sosial şəbəkə platformalarının müasir insanın həyatındakı rolunu qəbul etməmək, sadəcə olaraq, mövcud olmaq perspektivivini itirəcək qədər riskli davranışdır və biz fəaliyyətimizi bu gerçəkliyin diktəsi əsasında qururuq. 


Elməddin QULİYEV,

"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin şöbə rəisi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”nın, habelə hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrinin aparılması ilə bağlı sənədlərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

02:37
07 Mart

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dövlət sərhədindən bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması məqsədilə giriş-çıxışın (o cümlədən tranzit məqsədilə giriş-çıxışın) müvəqqəti olaraq dayandırılması haqqında

02:36
07 Mart

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinidən

23:35
06 Mart

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Jelka Tsviyanoviçdən  

23:33
06 Mart

DTX SEPAH-ın Azərbaycanda terror planlarını ifşa edib 

22:41
06 Mart

ADA Universitetində 19 bakalavriat, 13 magistratura, 6 doktorantura ixtisası tədris olunur 

21:28
06 Mart

Konqresdə Azərbaycana yardımla bağlı məhdudiyyətin ləğvi barədə irəli sürülmüş qanun layihəsinə yeni həmmüəllif əlavə olunub  

20:53
06 Mart

Azərbaycan suverenliyini və təhlükəsizliyini qorumaq üçün bütün imkanlara malikdir  

20:52
06 Mart

Çex Respublikasının Baş naziri Andrey Babişdən

20:49
06 Mart

Zakir Həsənov: Vətənpərvərliyi ilə fərqlənən Azərbaycan qadını ordu quruculuğu prosesində də yaxından iştirak edir  

20:39
06 Mart

Azərbaycan və Belarus Baş nazirləri arasında telefon danışığı olub

20:39
06 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

20:36
06 Mart

İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Azərbaycan ilə həmrəyliyini bildirib  

20:28
06 Mart

Sudanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri: Mülki infrastrukturun hədəf alınması qəbuledilməzdir  

20:15
06 Mart

Monteneqronun xarici işlər naziri İranın Azərbaycana qarşı dron hücumlarından narahatlığını bildirib  

19:58
06 Mart

Tramp İranda lider seçimindən danışıb

19:47
06 Mart

Amerikalı ekspert: Orta Dəhliz beynəlxalq gündəmin strateji mövzusuna çevrilir  

19:36
06 Mart

Avropa Şurasının Baş katibi Azərbaycana PUA hücumu ilə bağlı paylaşım edib  

19:32
06 Mart

AZAL Bakı-İğdır-Bakı marşrutu üzrə 7-10 mart tarixlərini əhatə edən uçuş cədvəlini açıqlayıb 

19:15
06 Mart

Mərakeşli nazir İranın Azərbaycana qarşı dron hücumlarını qətiyyətlə pisləyib  

19:07
06 Mart

Tramp: Kuba tezliklə çökəcək

19:02
06 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!