22 Fevral 2025 09:41
5448
Səhiyyə
A- A+
Üzün tanınmasında beynin hansı bölgələri aktivləşir?

Üzün tanınmasında beynin hansı bölgələri aktivləşir?


İnsan beyninin üzləri tanımaq və mənalandırmaq üçün xüsusi bir mexanizmə sahib olması uzun müddətdir tədqiqatçıların maraq dairəsindədir. Massaçusets Texnologiya İnstitutunun (MIT) neyroalimləri, xüsusilə Nensi Kanvişer bu sahədə mühüm kəşflərə imza atıb.

AZƏRTAC “Nature” jurnalına istinadla xəbər verir ki, 1995-ci ildə Kanvişer funksional maqnit rezonans görüntüləmə (fMRI) texnologiyasından istifadə edərək beynin üzləri (sifətləri) tanımaqda hansı bölgələrinin aktivləşdiyini araşdırıb. Skan nəticələri beynin sağ yarımkürəsində, alt hissədə yerləşən spesifik bir sahədə üzlərə cavab olaraq qan axınının artdığını göstərib. Bu tapıntı insanların üzləri xüsusi şəkildə emal edən bir beyin dövrəsinə sahib olduğunu təsdiqləyən ilk elmi sübutlardan biri olub. Üzlərin tanınması təkcə insanlara məxsus deyil, eyni zamanda, primatlarla da ortaq bir xüsusiyyətdir.

2000-ci illərin əvvəllərində Kanvişerin laboratoriyasına qoşulan Rokfeller Universitetindən Vinrix Freivald və onun həmkarı Doris Tsao bu mexanizmi daha dərindən araşdırmağa qərar veriblər. Meymunlar üzərində aparılan tədqiqatlar zamanı onlar fMRI texnologiyasından istifadə edərək beynin üzləri emal edən sahəsini müəyyən ediblər. Növbəti mərhələdə isə bu sahəyə elektrodlar yerləşdirərək neyronların fəaliyyətini birbaşa müşahidə ediblər. Məlum olub ki, burada yerləşən neyronların hamısı üzlərə reaksiya verən xüsusi hüceyrələrdir. D.Tsao və onun tədqiqat qrupu daha sonra bu neyronların spesifik funksiyalarını tədqiq edərək onların fərqli üz xüsusiyyətlərinə necə reaksiya verdiyini aşkarlayıblar. Onlar müəyyənləşdiriblər ki, cəmi 200 neyronun fəaliyyəti əsasında bir meymununun hansı üzü gördüyünü proqnozlaşdırmaq mümkündür. Bu, beynin üzləri kodlaşdırma prinsiplərini anlamaq baxımından mühüm bir irəliləyiş olub. V.Freivald və onun komandası daha sonra üz tanıma prosesində iştirak edən digər beyin bölgələrini də araşdırıblar. Onların araşdırmaları göstərib ki, tanış olan üzlərə reaksiya verən beyin bölgələri daha güclü aktivlik nümayiş etdirir. Bu tapıntılar sosial qarşılıqlı əlaqələrin beyində necə emal edildiyini və insan şüurunun formalaşmasında bu mexanizmlərin rolunu anlamağa kömək edir. Bu tədqiqatlar insan beyninin üzləri tanımaq üçün yüksək dərəcədə ixtisaslaşmış bir sistemə malik olduğunu göstərməklə yanaşı, süni intellekt və neyroloji xəstəliklərin diaqnostikası kimi sahələrdə də yeni perspektivlər açır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dağlıq ərazilərə qar yağıb, bəzi yerlərdə duman müşahidə olunur - FAKTİKİ HAVA  

10:31
16 Dekabr

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

10:07
16 Dekabr

Dünya birjalarında neft ucuzlaşıb

10:07
16 Dekabr

Azərbaycan nefti ucuzlaşıb  

10:01
16 Dekabr

Daxili İşlər Nazirliyi elektron xidmətlərdə süni intellekt texnologiyalarını tətbiq edib  

10:00
16 Dekabr

Xocavənd sakini: Torpaqlarımıza qayıtmaq bizə yeni ümid verir  

09:56
16 Dekabr

Keçmiş məcburi köçkün: Övladlarım mənim yaşaya bilmədiyim günləri yaşayacaqlar

09:47
16 Dekabr

Xocavəndin Sos kəndinə növbəti köç karvanı yola salınıb  

09:40
16 Dekabr

İsti ürəklərin qış nağılı

08:55
16 Dekabr

Suverenliyin zəfər yolu: reallaşmış ideyalar

08:50
16 Dekabr

Sənət yolunda fədakarlıq

08:45
16 Dekabr

Dənizdən güclü...

08:40
16 Dekabr

Qeyri-neft sənaye məhsullarının istehsalında 5 faizə yaxın artım qeydə alınıb

08:35
16 Dekabr

Toxumçuluq: real vəziyyət, problemlər və onların həlli yolları

08:30
16 Dekabr

Sosial xidmətçilər onlar üçün əsl dostlardır

08:25
16 Dekabr

Kiçik addımlar, böyük nəticələr

08:20
16 Dekabr

Enerji, əməkdaşlıq və dəhliz diplomatiyası

08:15
16 Dekabr

Azərbaycan bölgəni əməkdaşlıq ünvanına çevirir

08:10
16 Dekabr

Azərbaycan vətəndaşları heç bir fövqəladə hadisənin qarşısında tək deyillər

08:05
16 Dekabr

Tarixdə ilk dəfə

08:00
16 Dekabr

"Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

02:25
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!