28 Yanvar 2026 17:43
590
CƏMİYYƏT
A- A+
“Uşaq hüquqları haqqında” qanun layihəsi birinci oxunuşda parlamentin plenar iclasına tövsiyə edilib  

“Uşaq hüquqları haqqında” qanun layihəsi birinci oxunuşda parlamentin plenar iclasına tövsiyə edilib  


Yanvarın 28-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Hicran Hüseynova gündəliyə iki məsələnin daxil edildiyini deyib.

Əvvəlcə, “Uşaq hüquqları haqqında” qanun layihəsi birinci oxunuşda təqdim olunub. Komitə sədri vurğulayıb ki, uşaq hüquqlarının təmin edilməsi və müdafiəsi ölkədə həyata keçirilən dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Qeyd edilib ki, yeni qanun layihəsinin hazırlanmasında məqsəd mövcud qanunvericiliyin müasir çağırışlar nəzərə alınmaqla təkmilləşdirilməsi, uşaq mənafelərinin daha effektiv qorunması, sosial təminat mexanizmlərinin gücləndirilməsi və beynəlxalq konvensiyaların tələblərinə uyğunlaşdırılmasıdır. Layihəyə əsasən, 11 yeni anlayışın ayrıca maddədə təsbiti nəzərdə tutulub.

İclasda iştirak edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qanun layihəsi barədə məlumat verərək bildirib ki, sənəddə uşaqlara qarşı cismani cəza anlayışı ayrıca təsbit olunur və bu cür halların yolverilməzliyi açıq şəkildə vurğulanır. Eyni zamanda, uşaq hüquqları ilə bağlı qərarlar qəbul edilərkən qanun layihəsinin 61-ci maddəsində əksini tapmış 8 tələb əsas götürüləcək və bununla da müvafiq çərçivə müəyyənləşdiriləcək. Qeyd olunub ki, yeni qanun layihəsi uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarətinin gücləndirilməsinə xidmət edəcək.

İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Səbinə Əliyeva isə bildirib ki, qanun layihəsi uşaq hüquqlarının daha səmərəli müdafiəsi ilə bağlı normaları özündə ehtiva edir. Qeyd olunub ki, ombudsman tərəfindən qanun layihəsi ətraflı təhlil edilib və erkən evliliklərin qarşısının alınması, uşağın azadlıq və şəxsi toxunulmazlıq hüququnun, şərəf və ləyaqətinin, fərdiliyinin və sosial müdafiəsinin təmin edilməsi, eləcə də uşaq alveri və istismarının qadağan olunması və digər məsələlər ilə bağlı irəli sürülən təkliflər sənəddə öz əksini tapıb.

İclasda çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov qeyd edib ki, qanun layihəsi hazırlanarkən beynəlxalq təcrübə nəzərə alınıb. Bildirilib ki, qanun layihəsində uşaqlara qarşı zorakılıqla bağlı, müasir texnologiyalarla bağlı maddələr öz əksini tapıb.

Qanun layihəsi ilə bağlı digər çıxışlarda da qeyd və təkliflər səsləndirilib.

Daha sonra komitə sədri Hicran Hüseynova gündəliyin ikinci məsələsini - Mülki Prosessual Məcəllədə, Ailə Məcəlləsində, Cinayət-Prosessual Məcəllədə, eləcə də “Gənclər siyasəti”, “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası”, “Bədən tərbiyəsi və idman”, “Sosial xidmət”, “Reklam”, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması”, “Uşaqların zərərli informasiyadan qorunması” və “Media haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda təqdim edib.

O bildirib ki, qanun layihəsinin əsas məqsədi uşaq hüquqlarının təminatı sahəsində mövcud qanunvericiliyi beynəlxalq standartlara uyğunlaşdırmaq, uşaqların fikrinin nəzərə alınmasını, fərdi məlumatlarının qorunmasını və zorakılıqdan müdafiəsini gücləndirən yeni hüquqi mexanizmlər yaratmaqdır. Layihə, həmçinin çətin həyat şəraitində olan uşaqların vaxtında aşkarlanmasını, onların maraqlarının səmərəli müdafiəsini və bu sahədə dövlət nəzarətinin genişləndirilməsini təmin etməyə yönəlib.

Qanun layihəsinin müzakirəsində çıxış edənlər təkliflərini səsləndiriblər.

Sonda hər iki qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ISO 20121 standartının milli səviyyədə adaptasiyası WUF13-ün ən mühüm irs komponentlərindən biridir  

14:16
03 Aprel

Türk şəhid övladları Diasporla İş üzrə Dövlət Komitəsində olublar  

13:53
03 Aprel

Sabah hava yağıntılı olacaq

13:41
03 Aprel

AFFA prezidenti: Legioner limitinin ləğvindən sonra rəqabət və oyun keyfiyyəti artıb  

13:35
03 Aprel

Qırğızıstan İrana 129 tonluq humanitar yardım göndərir

13:26
03 Aprel

Azərbaycan Ordusunda Aprel döyüşlərinin 10-cu ildönümü qeyd olunub  

13:19
03 Aprel

Dövlət ehtiyatlarının idarə olunmasında rəqəmsal monitorinq sistemlərinin tətbiqi hansı mərhələdədir?  

13:12
03 Aprel

TDT ölkələri metrologiya sahəsində daha sıx əməkdaşlıq edəcək  

12:48
03 Aprel

Almaniyada vağzalda partlayışdan sonra 500 nəfər təxliyə edilib  

12:19
03 Aprel

Aİ komissarı: Avropa uzunmüddətli enerji şoku ilə üzləşir

12:17
03 Aprel

İran Küveytin neft zavoduna dronlarla hücum edib

12:17
03 Aprel

BMT-nin Baş katibi Quterreşi vəzifəsində kim əvəz edəcək?

12:14
03 Aprel

“Azərkosmos” və “Viasat” aviasiya üçün uçuşdaxili internet xidmətləri göstərəcək  

12:06
03 Aprel

Aprel döyüşləri ilə başlayan Zəfər yürüşü

11:56
03 Aprel

Hörmüz boğazı konfransı: 41 ölkə bölgəyə hərbi qüvvə göndərməkdən imtina edib

11:52
03 Aprel

FIFA rəsmisi: Biz Azərbaycana böyük etimad göstəririk

11:43
03 Aprel

Ötən il federasiya və akademiyalara 2,8 milyon manat ayrılıb

11:39
03 Aprel

UEFA-dan Azərbaycan klublarına 73 milyon manatdan çox vəsait ayrılıb

11:36
03 Aprel

Tramp ABŞ Baş prokuroru Pem Bondini işdən çıxardı

11:36
03 Aprel

UEFA İtaliyanı Avro 2032-dən məhrum etməklə hədələyir

11:29
03 Aprel

Rövşən Nəcəf: Ayxan Abbasovun gəlişindən sonra milli komandada intizam və inkişaf hiss olunur

11:23
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!