02 Fevral 2026 12:57
243
SİYASƏT
A- A+
Ulu Öndərin gənclər siyasəti   

Ulu Öndərin gənclər siyasəti   


Müstəqil Azərbaycanın gənclər siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərimizin aydın strategiyası  müstəqilliyimizin ilk illərində gənclərin enerji və imkanlarını milli maraqlarımızın müdafiəsinə səfərbər etdi, onların vətənpərvər ruhda formalaşmasına zəmin yaratdı. 

Ümummilli lider Heydər Əliyev hər zaman Azərbaycan gənclərinə inandığını, dövlətimizin gələcək inkişafında onların üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edirdi. Bu gün gənclərimizin ölkənin siyasi, sosial-iqtisadi sahələrində mühüm vəzifələrə təyin olunması,  onlara böyük etimad göstərilməsi Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan siyasətin davamıdır. Azərbaycan Sovetlər Birliyinin tərkibində olduğu zaman Heydər Əliyev minlərlə gənci keçmiş SSRİ-nin ən nüfuzlu ali məktəblərində təhsil al­mağa göndərmişdi. Həmin gənclər bu gün ölkəmizdə müxtəlif sahələrdə savadlı və təcrübəli mütəxəssis kimi dövlətimizə böyük fayda verməkdədirlər.

1993- cü ildə Ulu Öndərin hakimiyyətə qayıdışından sonra gənc nəslə diqqəti dövlət siyasətinin əsas istiqamətlərindən birinə çe­vrildi. Gəncləri “Azərbaycanın gələcəyi” adlandıran Heydər Əliyev onlara hər zaman qayğı göstərməyin vacibliyini qeyd edirdi. Müasir dünyada güclü demokratik dövlət quruculuğunda gənclərin rolunu düzgün qiymətləndirən Ümummilli lider bütün sahələrdə onla­ra böyük etimad göstərirdi. Dövlət orqanlarında gənclərin fəaliyyətinin genişləndirilməsi və onları bir- biri ilə əlaqələndirmək məqsədilə Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılmışdır.

Azərbaycan gəncliyinin inkişafın­da və gənclərin dövlət qurumlarına inteqrasiya olunmasında Ulu Öndərin böyük xidmətləri olub. 1997-ci il fevralın 2-də Azərbaycanda “Gənclər Günü”nün elan oluması ilə bağlı Fərman bu sahədə atılan növbəti addım oldu.Gənclər hərəkatının təşkilatlanması istiqamətində dövlət dəstəyinin göstərilməsi ilə bağlı Ulu Öndər Heydər Əliyevin imzaladı­ğı fərman və sərəncamlar, həyata keçirdiyi tədbirlər gəncliyin inkişa­fında mühüm əhəmiyyət kəsb edib. 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilməyə baş­lanıldı. Həmin il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev tarixi çıxış edərək gənclərin qarşısına şərəfli vəzifə qoydu. Ümummilli lider hər bir gəncin ən əsas vəzifəsinin müstəqil Azərbaycanın bugünü və gələcəyini düşünməli olduğu­nu vurğuladı. Forumda Ulu Öndər gənclərin görəcəkləri işlər barədə öz tövsiyələrini, eləcə də, onları narahat edən problemlərin həlli istiqamətində tədbirlərin görülməsi üçün əlaqədar təşkilatlara ciddi tapşırıqlar verdi.

Heydər Əliyevin imzaladığı ”Dövlət gənclər siyasəti haqqında” Fərmanı Azərbaycanda gənclərin hərtərəfli inkişafı üçün daha əlverişli şərait yaratdı. Sənəddə Gənclər və İdman Nazirliyi nəzdində gənclərin problemləri üzrə elmi araşdırmaların aparılması mərkəzinin yaradılması nəzərdə tutulurdu.

Ulu Öndərin gənclərlə bağlı fikirləri və onun yaratdığı fəlsəfi ideyalar bu gün də aktualdır. Müdrik şəxsiyyətin əsasını qoyduğu bu siyasi kurs hazırda Prezident İlham Əliyev tərəfindən layiqli şəkildə davam etdirilir. Möhtərəm Prezidentimiz dövlət tərəfindən gənclərin rifahına xidmət edən bir sıra dövlət proqram­larını təsdiq edib. Dövlət başçımız 2007-ci ili “Gənclər İli” elan edib. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” və 2019-2023-cü illər üzrə Azərbaycan Respublika­sında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə dövlət proqramları nəticəsində bu günə kimi 5000-dən artıq gəncimiz dünyanın ən nüfuzlu ali məktəblərində təhsil alıb. 

Ölkə başçısı tərəfindən 2011-ci il dekabrın 19-da Azərbaycan Res­publikası Prezidenti yanında Gənclər Fondunun yaradılması gəncliyin inki­şafında mühüm rol oynadı. Bu günə qədər Fond tərəfindən 4545 dən artıq layihə maliyyələşdirilib. 2018-ci ildən isə həmin qurum yenidən təşkil edilərək Azərbaycan Respublikasının Gənclər Fondu adlandırılıb.

2013-cü il iyulun 2- də Prezident İlham Əliyev tərəfindən ölkədə ilk dəfə “Gənclər üçün Prezidentin Müka­fatı” təsis edilib. Bu qərar gənclərə dəstək verilməsi yönümündə mühüm əhəmiyyət kəsb edib. Ölkə başçısı gənclərlə bağlı, onların dövlətimizin gələcəyi naminə daha böyük işlər görmələri üçün çox sayda qərarlar qəbul edib.

Prezident İlham Əliyev 2022-ci il 28 fevral tarixli Sərəncamı ilə "Gənclərin xarici ölkənin nüfuzlu Ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-cı illər üçün Dövlət Proqramı"nı təsdiq etmişdir.  

Məhz Prezident İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclərin qəhrəmanlığı nəticəsində torpaqlarımız işğaldan azad edil­di. Vətən müharibəsində canından keçənlərin, şəhidlik zirvəsinə uca­lanların əksəriyyəti gənclərimizdir. Bu, müstəqil Azərbaycan dövlətinin inkişafında gənclərimizin xidmətini təsdiqləyən növbəti nümunənin təzahürüdür.

Bugünkü müasir Azərbaycan gənclərinin dünyagörüşü daha fərqlidir, dünyada gedən proseslərə yaxşı bələddirlər, eləcə də yüksək analiz etmək qabiliyyətinə malikdirlər. 

Lənkəran şəhərinin 2024-cü ildə Azərbaycanın "Gənclər Paytaxtı" elan edilməsi dövlətimizin gənclərlə bağlı apardığı siyasətin ön planda olmasının sübutudur. Bununla əlaqədar ötən il müxtəlif sahələri əhatə edən 40-dan çox tədbirlər həyata keçirilib və bu tədbirlər 15 mindən çox gənci əhatə edib. 

Dünyada iqlim dəyişikliyinin qarşısının alınması ilə əlaqədar aparılan mübarizədə Azərbaycan dövləti ön sırada yer alır. Bu məqsədlə 2024-cü ilin noyabr ayının 11-22-də Bakıda keçirilən COP29 Konfransında gənclərimiz yüksək səviyyədə təmsil olunmuşdular. Azərbaycan gəncləri hər zaman ölkəmizin ekoloji durumunun yaxşılaşdırılması istiqamətində fəal iştirak edir.

Azərbaycan gənclərinin inkişafına, müxtəlif sahələrdə nəaliyyətlər əldə edən gənclərə Heydər Əliyev Fondu və Fondun prezidenti Mehriban xanım Əliyeva tərəfindən misilsiz dəstək göstərilir. Elm, təhsil, səhiyyə, mədəniyyət, ekoloji sahələrə aid proqram və layihələr hazırlanaraq həyata keçirilir. Heydər Əliyev Fondu ölkəmizlə yanaşı, xaricdə yaşayan tanınmış, öz yüksək bilik və qabiliyyəti ilə seçilən müvəffəqiyyət qazanmış gənc həmvətənlərimizə də böyük diqqət ayırır. Xarici ölkələrin tanınmış elmi-tədqiqat mərkəzləri ilə alimlərin mübadiləsini təşkil edir, ölkənin yaradıcı və elmi potensialının artırılmasına böyük köməklik göstərir.


Kamilə ƏLİYEVA,

Bakı Dövlət Universitetinin kafedra müdiri, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ulu Öndərin gənclər siyasəti   

12:57
02 Fevral

Azərbaycan gəncləri ərazi bütövlüyümüzün bərpa olunması işində tarix yazdılar  

12:56
02 Fevral

Nazir: Gənclərin inkişafı üçün məqsədyönlü tədbirlər həyata keçirilir  

12:53
02 Fevral

Azərbaycan Gənclərinin XI Forumunun açılış mərasimi keçirilib – YENİLƏNİB

12:53
02 Fevral

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2025-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib  

12:32
02 Fevral

BƏƏ Prezidenti Dubayda Ümumdünya Laureatlar Sammitinin açılışında iştirak edib  

12:31
02 Fevral

KTM: Ötən ay zəhərlənən 81 nəfər ölümdən xilas edilib  

12:27
02 Fevral

Milli Məclis Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına təklif edilən dəyişiklikləri təsdiqləyib  

12:02
02 Fevral

İstismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək  

12:02
02 Fevral

Makronun siyasi təsiri zəifləyir: Fransa 2027-ci ilə hazırlaşır  

11:49
02 Fevral

Myanma hava limanlarında Nipah virusuna qarşı yoxlamaları gücləndirib  

11:45
02 Fevral

Dənizin tərk etdiyi sahillər: Astarada Xəzərin yerində yeni ekosistem formalaşır

11:30
02 Fevral

Yanvar ayında ölkə ərazisində temperatur əsasən iqlim normasından yuxarı olub  

11:28
02 Fevral

Milli Məclisin yaz sessiyasında ilk plenar iclası keçirilir  

11:27
02 Fevral

Beynəlxalq Nəqliyyat Forumu çərçivəsində keçirilən tədbirdə Azərbaycan nəqliyyat sahəsindəki təcrübəsini bölüşüb  

11:26
02 Fevral

Son iki gündə 117 cinayətin açılması təmin edilib  

11:23
02 Fevral

Dünya bazarında qızıl 163 dollardan çox ucuzlaşıb 

11:18
02 Fevral

Prezident İlham Əliyev Gənclər Günü münasibətilə Azərbaycan gənclərini təbrik edib  

11:18
02 Fevral

Dünya birjalarında neft ucuzlaşıb 

11:15
02 Fevral

Kolumbiya mətbuatı “ASAN xidmət” modelindən yazıb  

11:14
02 Fevral

Suriya hökuməti əsir düşərgələrini bağlamağı planlaşdırır

11:12
02 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!