02 Fevral 2026 12:56
794
SİYASƏT
A- A+
Azərbaycan gəncləri ərazi bütövlüyümüzün bərpa olunması işində tarix yazdılar  

Azərbaycan gəncləri ərazi bütövlüyümüzün bərpa olunması işində tarix yazdılar  


“2 Fevral Gənclər Günü ölkəmizdə hər il gənclərimiz tərəfindən böyük coşqu ilə qeyd olunur.  Xalqımızın xoşbəxtliyi ondadır ki, Ümummilli Lider Heydər Əliyevin və onun layiqli davamçısı olan Prezident İlham Əliyevin milli maraqlara əsaslanan siyasəti nəticəsində Azərbaycanda xalq-iqtidar birliyi tam təmin olunub, bəzi geosiyasi mərkəzlərin qaranlıq planları və dağıdıcı ssenarilərinin reallaşmasının qarşısı alınıb, Azərbaycan sabitlik adası və təhlükəsizlik məkanı kimi uğurlu inkişaf yoluna çıxıb. Belə bir şəraitdə Azərbaycan gəncliyi də həm ölkəmizi beynəlxalq müstəvidə layiqincə təmsil etmək missiyasını uğurla yerinə yetirib, həm də respublikamızın ərazi bütövlüyünün təmin olunmasında öz üzərinə düşən vəzifənin öhdəsindən məsuliyyətlə və şərəflə gəlib. Bu reallıq ölkə gəncliyinin vətənpərvərlik ruhunun timsalında və xalqımızın mübarizə əzminin fonunda müasir müstəqil Azərbaycan dövlətinin mütərəqqi simasının, sarsılmaz qüdrətinin və parlaq gələcəyinin əyani ifadəsidir”. 

Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandırırdı. Heydər Əliyev qeyd edirdi ki, hər bir xalqın, millətin, ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir. Ulu Öndər gənclər siyasəti sahəsində vacib qərarlar qəbul etməklə, mühüm fərman və sərəncamlar imzalamaqla gənc dövlətin gənclər siyasətinin hüquqi əsaslarını formalaşdırıb, demokratik inkişafı təmin etməklə gəncliyin inkişafının ictimai-siyasi özüllərini möhkəmləndirib. Gənclərlə iş sahəsində vahid dövlət siyasətinin reallaşdırılması məqsədilə Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradılması bu kontekstdə xüsusi vurğulanmalıdır. Ümummilli Liderin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-nin Azərbaycan Gəncləri Günü elan edilməsi müdrik dövlət xadiminin və Azərbaycan dövlətinin gəncliyin inkişafına xüsusi diqqət və qayğısının bariz əyani göstəricisidir.

Millət vəkilinin sözlərinə görə, hazırda Prezident İlham Əliyev tərəfindən dövlət gənclər siyasəti uğurla davam etdirilir. Cənab  Prezidentin müvafiq Sərəncamına əsasən 2007-ci ilin “Gənclər İli” elan edilməsi, bu istiqamətdə mühüm addımların atılması – çoxşaxəli tədbirlərin həyata keçirilməsi gənclərin ölkənin ictimai-siyasi, mədəni həyatında fəallığının daha da yüksəlməsinə səbəb olub, növbəti illər üçün zəngin təcrübə və ənənələr formalaşdırıb. Bununla yanaşı, 2011-ci il 19 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması, 2013-cü il 2 iyul tarixində isə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi Azərbaycan gənclərinin müxtəlif sahələrdə uğurla fəaliyyət göstərərək yeni nailiyyətlər qazanmasına stimul və dayanıqlı zəmin yaradıb. Digər tərəfdən, dövlət başçısı ötən müddət ərzində gənclər siyasətinin təkmilləşməsinə, bu sahədə təşkilatı-hüquqi əsasların möhkəmlənməsinə, bütövlükdə,  Azərbaycan gəncliyinin inkişafına xidmət edən çox mühüm qərarlar verib, fərman və sərəncamlar imzalayıb. “Azərbaycan gəncliyi 2005-2009-cu illərdə” Dövlət Proqramı, “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”,  “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" və digər bu kimi sənədlərin qəbul edilməsi isə gənclər siyasətinin səmərəliliyinin artırılmasına, bu yenilikçi və aparıcı qüvvənin potensialının Azərbaycanın inkişafına yönləndirilməsinə yeni və daha geniş imkanlar yaradıb.

Ən mühüm məqamlardan biri odur ki, gənclər Prezident İlham Əliyevin islahatlar kursunun çox mühüm qüvvəsini təşkil edir. Daha dəqiq desək, dövlət başçısının kadr islahatları, gənclərə müxtəlif vəzifələrdə etimad göstərilməsi, onların məsul vəzifələrə, idarəetmə işinə irəli çəkilməsi, qabiliyyət və bacarıqlarını nümayiş etdirmələri üçün şərait yaradılması Azərbaycanın inkişafının sürətlənməsini və milli gücünün artmasını şərtləndirir.

“Sevindirici haldır ki, Heydər Əliyev ideyalarını dərindən mənimsəyən, milli məfkurəmiz olan azərbaycançılıq ideologiyasının ətrafında sıx birləşən gənc nəslin nümayəndələri qüdrətli Azərbaycan dövlətinin sağlam düşüncəli vətəndaşları kimi ölkəmizin inkişafına mühüm töhfə verir, respublikamızı beynəlxalq arenada layiqincə təmsil edirlər. Xüsusilə yüksək vətənpərvərlik ruhunda formalaşan Azərbaycan gəncləri ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması işində tarix yazdılar. Əminliklə söyləmək olar ki, qüdrətli və nüfuzlu Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi ilə daha böyük nailiyyətlər qazanacaq, mütərəqqi Azərbaycan gəncliyi isə qalib və güclü dövlətin vətəndaşları kimi səmərəli fəaliyyət göstərərək öz üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək, müstəqil dövlətimizin gələcək inkişafına layiqli  töhfələr verəcəklər!”,-deyə Samir Vəliyev vurğulayıb.

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Zirə” minifutbol üzrə Azərbaycan çempionu olub  

21:54
03 Aprel

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin kimliyi məlum olub 

20:12
03 Aprel

Azərbaycan Kuboku: “Turan Tovuz” “Zirə”yə məğlub olub

20:09
03 Aprel

Azərbaycan və Türkiyə arasında konkret cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair fikir mübadiləsi aparılıb

19:56
03 Aprel

Uqanda ilə müxtəlif sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilir  

19:28
03 Aprel

Rusiya Ukrayna ərazisi üzrə kombinə edilmiş ən böyük zərbələrdən birini endirib  

19:19
03 Aprel

Madaqaskarda dövlət çevrilişi və prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

18:57
03 Aprel

Britaniya vəhşi təbiətin qorunmasına 90 milyon sterlinq ayırır

18:45
03 Aprel

İnsan ömrünü uzadan sosial faktorlar

18:34
03 Aprel

Minatəmizləmə fəaliyyəti zamanı həlak olanların ailə üzvlərinə Prezident təqaüdü təyin edilib  

18:20
03 Aprel

DTX rəisi: Ötən 2025-ci il və bu ilin ilk üç ayı ərzində baş verən qlobal və regional gərginliklərə baxmayaraq, ölkəmizdə siyasi sabitlik qorunub saxlanılıb  

18:07
03 Aprel

Nazir: TAP istismara veriləndən Azərbaycan Yunanıstana 5,6 milyard kubmetr qaz ixrac edib  

18:01
03 Aprel

Mina təhlükəsinə qarşı birgə fəaliyyət, maarifləndirmə və beynəlxalq çağırışlar  

17:58
03 Aprel

Əli Nağıyev: DTX Azərbaycana qarşı təhlükələrin vaxtında aşkarlanması və qabaqlanması istiqamətində səmərəli fəaliyyət göstərir  

17:47
03 Aprel

DTX-də Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə tədbir keçirilib 

17:36
03 Aprel

Zelenski və Roma Papası “Pasxa eskalasiyası” haqqında

17:31
03 Aprel

Küveytdə elektrik enerjisi stansiyasına hücum olub

17:19
03 Aprel

Azərbaycan və Dünya Bankı arasında dövlət müəssisələrinin monitorinqi sahəsində əməkdaşlıq genişlənir  

17:09
03 Aprel

Azərbaycan və Efiopiya arasında investisiya əməkdaşlığı genişlənir  

16:58
03 Aprel

Ərazilərin minalardan təmizlənməsi sahəsində fərqlənən şəxslərin “Minatəmizləmə sahəsində xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında  

16:52
03 Aprel

Makron Trampın İran müharibəsinə yanaşmasını tənqid etdi  

16:46
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!