02 Fevral 2026 10:11
303
SİYASƏT
A- A+
Azərbaycan gəncləri ictimai-siyasi həyatda fəal iştirak edirlər  

Azərbaycan gəncləri ictimai-siyasi həyatda fəal iştirak edirlər  


2 Fevral – Azərbaycan Gəncləri Günü ölkəmizdə gənclərə göstərilən yüksək dövlət qayğısının, uzaqgörən və məqsədyönlü gənclər siyasətinin parlaq təcəssümüdür. Ulu Öndər Heydər Əliyevin 1 fevral 1997-ci il tarixli Sərəncamı ilə fevralın 2-nin Azərbaycan Gəncləri Günü elan edilməsi gənclərin dövlət və cəmiyyət həyatında rolunun strateji əhəmiyyət daşıdığını bir daha təsdiqləmişdir. Məhz bu qərarla Azərbaycan MDB məkanında və Şərqi Avropa ölkələri arasında Gənclər Gününü ilk təsis və təntənəli şəkildə qeyd edən ölkə kimi tarixə düşmüşdür.

Ümummilli Lider Heydər Əliyev gəncləri Azərbaycanın gələcəyi adlandırır, onların bilik və bacarıqlarının inkişafını, vətənpərvərlik ruhunda formalaşmasını dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirirdi. Gənclər və İdman Nazirliyinin yaradılması, gənclər forumlarının təşkili, “Gənclər siyasəti haqqında” Qanunun qəbul edilməsi, istedadlı gənclərə dövlət qayğısını əks etdirən “Qızıl kitab” təşəbbüsü bu siyasətin fundamental sütunlarıdır.

Bu strateji xətt bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə müasir çağırışlara uyğun şəkildə uğurla davam etdirilir. Gənclərin təhsili, karyerası, sosial rifahı, vətənpərvərlik ruhunda yetişməsi və ictimai-siyasi proseslərdə fəal iştirakı üçün geniş imkanlar yaradılıb. “Gənclər ili”, “Gənclər evi” sosial xidmət müəssisələri, Gənclər Fondu, Gənclərin İnkişaf və Karyera Mərkəzləri, “Yüksəliş” müsabiqəsi və “Gənclər üçün Prezident Mükafatı” bu siyasətin real nəticələridir.

Dövlət başçısının gənclərə etimad və dəstəyə əsaslanan siyasəti nəticəsində Azərbaycan gəncliyi ictimai-siyasi həyatda fəal iştirak edir, beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edir, elm, təhsil, innovasiya, idman və mədəniyyət sahələrində mühüm nailiyyətlər qazanır.

Xüsusilə qeyd olunmalıdır ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyevanın təşəbbüs və rəhbərliyi ilə həyata keçirilən layihələr gənclərin hərtərəfli inkişafında, onların milli-mənəvi dəyərlər ruhunda yetişməsində, elmə, təhsilə, mədəniyyətə və idmana cəlb olunmasında müstəsna rol oynayır. “Bakı-2015” Birinci Avropa Oyunları, “Eurovision-2012” kimi mötəbər beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkili Azərbaycan gəncliyinə yeni üfüqlər açmış, ölkəmizi dünya gənclərinin diqqət mərkəzinə çevirmişdir.

Azərbaycan gəncliyi Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqla öz tarixi missiyasını şərəflə yerinə yetirdi. Rəşadətli Ordumuzun sıralarında döyüşən igid gənclərimiz torpaqlarımızın azadlığı uğrunda misilsiz fədakarlıq göstərərək Şanlı Zəfəri xalqımıza bəxş etdilər. Eyni zamanda informasiya müharibəsində fəal mövqe tutan gənclərimiz Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırmaqda mühüm rol oynadılar.

Əminliklə demək olar ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qətiyyətlə davam etdirdiyi gənclər siyasəti bundan sonra da Azərbaycan gəncliyinin hərtərəfli inkişafına, dövlətimizin güclənməsinə və milli maraqlarımızın qorunmasına xidmət edəcəkdir.

Bu əlamətdar gün münasibətilə bütün Azərbaycan gənclərini səmimi-qəlbdən təbrik edir, onlara sağlamlıq, uğurlar və Vətənimizin parlaq gələcəyi naminə yeni nailiyyətlər arzulayıram.


Fatma YILDIRIM,

Milli Məclisin deputatı


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

KTM: Ötən ay zəhərlənən 81 nəfər ölümdən xilas edilib  

12:27
02 Fevral

Milli Məclis Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına təklif edilən dəyişiklikləri təsdiqləyib  

12:02
02 Fevral

İstismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək  

12:02
02 Fevral

Makronun siyasi təsiri zəifləyir: Fransa 2027-ci ilə hazırlaşır  

11:49
02 Fevral

Myanma hava limanlarında Nipah virusuna qarşı yoxlamaları gücləndirib  

11:45
02 Fevral

Dənizin tərk etdiyi sahillər: Astarada Xəzərin yerində yeni ekosistem formalaşır

11:30
02 Fevral

Yanvar ayında ölkə ərazisində temperatur əsasən iqlim normasından yuxarı olub  

11:28
02 Fevral

Milli Məclisin yaz sessiyasında ilk plenar iclası keçirilir  

11:27
02 Fevral

Beynəlxalq Nəqliyyat Forumu çərçivəsində keçirilən tədbirdə Azərbaycan nəqliyyat sahəsindəki təcrübəsini bölüşüb  

11:26
02 Fevral

Son iki gündə 117 cinayətin açılması təmin edilib  

11:23
02 Fevral

Bakıda Azərbaycan Gənclərinin XI Forumu keçirilir 

11:22
02 Fevral

Dünya bazarında qızıl 163 dollardan çox ucuzlaşıb 

11:18
02 Fevral

Prezident İlham Əliyev Gənclər Günü münasibətilə Azərbaycan gənclərini təbrik edib  

11:18
02 Fevral

Dünya birjalarında neft ucuzlaşıb 

11:15
02 Fevral

Kolumbiya mətbuatı “ASAN xidmət” modelindən yazıb  

11:14
02 Fevral

Suriya hökuməti əsir düşərgələrini bağlamağı planlaşdırır

11:12
02 Fevral

Fransada yəhudi məktəbi vandalizmə məruz qalıb  

11:12
02 Fevral

Azərbaycan sikkələri Beynəlxalq Pul Sərgisində ilk dəfə nümayiş olunub 

10:59
02 Fevral

QMİ sədri “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimetmə mərasimində iştirak edəcək  

10:31
02 Fevral

2 Fevral – Gənclər Günü münasibətilə Azərbaycan gənclərinə  

10:26
02 Fevral

Azərbaycan gəncləri ictimai-siyasi həyatda fəal iştirak edirlər  

10:11
02 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!