06 Yanvar 2026 12:28
273
CƏMİYYƏT
A- A+
Ulu Öndər Heydər Əliyevin hərbi strategiyasının ilk böyük qələbəsi: Horadiz əməliyyatı  

Ulu Öndər Heydər Əliyevin hərbi strategiyasının ilk böyük qələbəsi: Horadiz əməliyyatı  


1994-cü ilin yanvarında Azərbaycan Ordusu tərəfindən həyata keçirilən Horadiz əməliyyatı Birinci Qarabağ müharibəsi dövründə qazanılmış ən mühüm hərbi uğurlardan biri kimi tarixə düşüb. Həmin dövrdə gerçəkləşən əməliyyat Azərbaycan Ordusunun döyüş qabiliyyətinin, iradəsinin və təşkilatlanma səviyyəsinin yüksəldiyini açıq şəkildə nümayiş etdirib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan, Birinci Qarabağ müharibəsinin ən uğurlu hərbi əməliyyatlarından sayılan Horadiz əməliyyatından 32 il ötür.

1993-cü ilin dekabrından başlayan və 1994-cü il yanvarın 6-dək davam edən Horadiz əməliyyatı nəticəsində qısa müddətdə 21 min hektar ərazi, Füzuli rayonunun Arazboyu 20 kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. Peşəkar planlaşdırma, düzgün seçilmiş hücum istiqamətləri, taktiki manevrlər və şəxsi heyətin yüksək döyüş ruhu nəticəsində düşmən ağır itkilər verdi. 1994-cü il yanvarın 5-də Azərbaycan Ordusunun əsgərləri Horadizə daxil olaraq Azərbaycan Bayrağını ucaltdılar. Horadiz əməliyyatında misilsiz qəhrəmanlıq nümunələri göstərdiklərinə görə 8 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Bu uğurlu əməliyyat Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilib.

Bu uğur həm hərbi, həm də mənəvi baxımdan Azərbaycan cəmiyyətində böyük ruh yüksəkliyi yaratdı. Horadiz əməliyyatı nəticəsində strateji yüksəkliklər və mühüm mövqelər möhkəmləndirildi, düşmənin bölgədəki hərbi planlarına ciddi zərbə vuruldu.

Xüsusilə qeyd olunmalıdır ki, Horadiz əməliyyatı Ümummilli Lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra onun siyasi iradəsi və Ali Baş Komandan kimi müəyyənləşdirdiyi prinsipial xətt əsasında həyata keçirildi. Məhz Ulu Öndərin qətiyyətli rəhbərliyi, ordu quruculuğunu prioritet məsələ kimi müəyyən etməsi, vahid komandanlıq sisteminin yaradılması və Silahlı Qüvvələr üzərində dövlət nəzarətinin gücləndirilməsi bu uğurlu əməliyyatın reallaşmasına imkan verdi. Horadiz əməliyyatı Heydər Əliyevin “güclü ordu – güclü dövlət” strategiyasının ilk real hərbi nəticələrindən biri kimi tarixə düşdü və Azərbaycan Ordusunun gələcək qələbələrinin əsasını qoydu. Döyüşlər zamanı Azərbaycan əsgər və zabitləri misilsiz igidlik, qəhrəmanlıq və fədakarlıq nümayiş etdirərək, torpaqların müdafiəsi uğrunda canlarından keçməyə hazır olduqlarını göstərdilər.

Hərbi ekspertlərin fikrincə, Horadiz əməliyyatı sonrakı illərdə Azərbaycan Ordusunun inkişaf strategiyasının formalaşdırılmasında mühüm rol oynayıb. Bu əməliyyat hücum xarakterli döyüş əməliyyatlarının planlaşdırılması və icrası baxımından qiymətli təcrübə yaradıb, ordunun gələcək uğurlarına ideoloji və hərbi zəmin formalaşdırıb. Məhz bu zəmin 2020-ci ildə Vətən müharibəsində qazanılan möhtəşəm tarixi Zəfərin əsaslarından biri kimi dəyərləndirilir.

Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Horadiz əməliyyatı xalqımızın yaddaşında ordunun gücünə və qələbə əzminə inamı bərpa edən, müstəqil dövlətin hərbi qüdrətini nümayiş etdirən mühüm hadisə kimi əbədi qalacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Leyla Əliyeva və Qretel Agilar İsveçrədə əməkdaşlıq imkanlarını müzakirə ediblər  

21:43
29 Yanvar

Rusiya XİN: Moskva yalnız real təklifləri nəzərdən keçirməyə hazırdır  

21:36
29 Yanvar

WUF13 tədbirinə hazırlıq çərçivəsində dövlət qurumlarının nümayəndələri üçün dayanıqlılıq üzrə məlumatlandırma sessiyası keçirilib  

20:35
29 Yanvar

Aİ İranın İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatları siyahısına salıb

19:48
29 Yanvar

Özbəkistanlı ekspert: TRIPP Orta Dəhliz üçün yeni idarəetmə siqnalı kimi qiymətləndirilir  

19:16
29 Yanvar

Omanın xarici işlər naziri: Azərbaycanın strateji coğrafi mövqeyi logistika sahəsində geniş imkanlar yaradır  

18:33
29 Yanvar

Konstitusiya və Suverenlik irsinə Naxçıvandan konseptual elmi töhfə  

18:23
29 Yanvar

BMT: 2026-cı ildə qlobal iqtisadi artım pandemiyadan əvvəlki dövrdən aşağı olacaq

18:21
29 Yanvar

Qahirədə WUF13-lə bağlı seminar keçirilib  

18:16
29 Yanvar

Milli Məclisin sədri Oman Sultanlığı Dövlət Şurasının sədri ilə görüşüb  

18:11
29 Yanvar

Göyçayda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib  

18:07
29 Yanvar

Mina nişanlarına məhəl qoymamaq faciəyə aparır! 

18:01
29 Yanvar

Oman Şura Məclisinin sədri: Xalqlarımızın yaxınlığı Azərbaycanla münasibətlərimizi daha da inkişaf etdirməyə əsas verir  

17:53
29 Yanvar

Zəngəzur dəhlizinin Avropa İttifaqının Trans-Avropa nəqliyyat şəbəkələrinə əlavə olunması müzakirə olunub  

17:52
29 Yanvar

ABŞ nümayəndə heyəti “ABAD” müəssisəsində  

17:48
29 Yanvar

“Gabala Beverage Company” şirkəti ilə alkoqollu və alkoqolsuz içki zavodunun tikintisi üzrə görülən işlər müzakirə edilib

17:43
29 Yanvar

Azərbaycan və Çad arasında İKT sahəsində əməkdaşlıq imkanları müzakirə olunub  

17:37
29 Yanvar

Dövlət Gömrük Komitəsinin bir qrup əməkdaşı təltif edilib SƏRƏNCAM  

17:29
29 Yanvar

Sorğu: İspanların 75,5 faizi Trampın siyasətindən narahatdır  

17:29
29 Yanvar

Azərbaycan və Çad peyk xidmətləri sahəsində əməkdaşlıq etməyi planlaşdırır  

17:21
29 Yanvar

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib  

17:18
29 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!