15 Avqust 2025 08:20
547
SİYASƏT
A- A+
Ukraynaya yardım davam edir

Ukraynaya yardım davam edir


Beynəlxalq aləmdə qəbul edilən bu humanitar dəstəyi də Rusiyanın gözü götürmür


Azərbaycan xalqı ta qədimdən canından, qanından, bir sözlə, milli genofondundan  gəlmə istəklə təbii fəlakətlərdən, müharibə və münaqişələrdən zərərçəkən insanlara, ölkələrə yardım etməyi özünə mənəvi borc bilir. Tarixə ekskurs etsək, çoxlu misal çəkmək olar. Məmnunluq doğuran odur ki, ötən əsrin sonlarında Azərbaycan öz tarixi müstəqilliyinə nail olduqdan sonra dövlət səviyyəsində, eləcə də Heydər Əliyev Fondunun dəstəyi ilə bu humanitar yardımların sayı, çeşidi və coğrafiyası daha da genişlənmişdir.

Heç uzağa getməyək, beş il bundan öncə, COVID-19 pandemiyasının geniş tüğyan etdiyi bir zamanda Azərbaycan Prezidentinin sərəncamlarına əsasən, 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı edilmişdir. Bu gün də dövlətimiz humanizm prinsiplərinə söykənərək dünyanın müxtəlif ölkələrində baş verən müharibələrdən, münaqişələrdən zərərçəkənlərə əl tutur, bu və ya digər dərəcədə yardımlar göstərir. Belə ölkələrdən biri də üç ildən artıq Rusiya ilə müharibədə döyüşən Ukraynadır. Hər gün neçə-neçə insanın həyatı yarımçıq qalan bu müharibədə günahsız gənclər, qocalar, uşaqlar ölür, yüzlərlə insan şikəst olur. Rəsmi məlumatlara görə, müharibə başlayandan indiyə kimi 7 milyona yaxın ukraynalı dinc sakin məcburiyyət qarşısında öz vətənini tərk edərək xarici ölkələrə üz tutub. 

Bu günlərdə Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə ölkəmizdə istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Energetika Nazirliyinə 2 milyon dolların manat ekvivalentində vəsait ayrılıb.

Ukraynaya humanitar yardım məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarından ibarət növbəti yükün ilk hissəsi avqustun 13-də Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb. Humanitar yükün tərkibinə ümumilikdə 90 min metrə yaxın elektrik kabelləri və naqillər, həmçinin 25 ədəd generator və 7 dəst transformator daxildir. Ukraynada davam edən müharibədən zərər görmüş bölgələrin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpasına dəstək məqsədilə göndərilən bu avadanlıqların ilk hissəsi 10 yük avtomobilindən ibarət karvanla yola salınıb. Sözügedən yardımın növbəti hissəsinin yola salınması yaxın günlərdə reallaşacaq. 

Son illərdə Azərbaycan dövləti tərəfindən Ukrayna xalqına bir neçə dəfə humanitar yardım göndərilmişdir. Azərbaycan Respublikası ilə Ukrayna arasında münasibətlər dostluq və tərəfdaşlıq zəminində müvafiq ikitərəfli sənədlər, o cümlədən 2000-ci il 16 mart tarixli "Azərbaycan Respublikası və Ukrayna arasında dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında Müqavilə", 2008-ci il 22 may tarixli "Azərbaycan Respublikası və Ukrayna arasında dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannamə" və 2022-ci il 14 yanvar tarixli "Azərbaycan Respublikası Prezidentinin və Ukrayna Prezidentinin Birgə Bəyannaməsi" əsasında inkişaf edir.

Xatırladaq ki,  35 illik münaqişədən sonra sülh sazişinin əldə olunduğu bu tarixi günlərdə sevincimizə şərik çıxan Ukrayna Prezidenti Volodimir Zelenski Prezident İlham Əliyevə zəng edib. Telefon danışığı əsnasında Ukrayna Prezidenti dövlətimizin başçısını Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trampın dəstəyi ilə Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ilə əlaqədar əldə olunmuş nailiyyətlər münasibətilə təbrik edib və bu görüşün tarixi xarakter daşıdığını vurğulayıb.

Dövlət başçısı Ermənistanla Azərbaycan arasında əldə olunmuş razılaşmaların, xüsusilə ABŞ Prezidentinin şahidliyi ilə iki ölkə arasında imzalanmış bəyannamənin və digər sənədlərin regionda davamlı sülhün və sabitliyin təmin olunmasına və çiçəklənməyə xidmət göstərəcəyini qeyd edib.

Telefon danışığı zamanı tərəflər Ukrayna ərazisində Azərbaycanın SOCAR şirkətinə məxsus neft anbarına və ölkəmizə aid digər obyektlərə, həmçinin Azərbaycan qazını Ukraynaya nəql edən qaz kompressor stansiyasına Rusiya tərəfindən məqsədyönlü şəkildə hava zərbələrinin endirilməsini pisləyib, bunun Azərbaycan ilə Ukrayna arasında energetika sahəsində əməkdaşlığın dayandırılmasına heç bir halda səbəb olmayacağına əminliklərini vurğulayıblar.

Xatırladaq ki, bundan əvvəl də Rusiya Azərbaycanın Ukraynadakı səfirliyi istiqamətində raket zərbəsi endirmiş,  daha sonra SOCAR-ın ofisinin yanına raket düşmüşdü. Bunlar Rusiyanın məqsədyönlü şəkildə Azərbaycanın Ukraynadakı fəaliyyətinə zərbə vurmaqdır. Moskva hava məkanında təyyarəmizin vurulmasından tutmuş Yekaterinburqda həmvətənlərimizə qarşı həyata keçirilən vandal davranışlara, absurd iddialarla ölkəmizə media savaşının açılmasına qədər Rusiya bütün bu sadalanan mənfur fəaliyyətləri ilə müttəfiqini itirməkdə olan ölkəyə çevrilir. Heç kim iki ölkə arasında istər enerji, istərsə də digər sahələr olsun, əməkdaşlığa maneə törədə bilməz. Azərbaycan Ukraynada yaranmış vəziyyətlə bağlı bu ölkəyə mütəmadi humanitar yardımlar edir. Belə humanizm prinsiplərinə əsasən, Azərbaycan xalqı Ukrayna-Rusiya müharibəsində həlak olanların ailələrinə, evsiz-eşiksizlərə, əlil olanlara, qocalara, xəstələrə,  imkansızlara, valideynlərini itirmiş uşaqlara mütəmadi olaraq yardımlar göstərir. Hətta müharibənin dəhşətlərindən zərərçəkən məktəblilərin, yeniyetmələrin  müalicəsinə, istirahətinə şərait yaradır.  Bu günlərdə Ukraynadan ölkəmizə gətirilmiş daha 30 uşaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində olublar.

Mərkəzdə onlar ilk mərhələdə müayinədən keçirilib. Hər bir uşaq üçün fərdi reabilitasiya proqramı tərtib edilib. Emosional vəziyyətlərinin stabilləşməsinə, cəmiyyətə inteqrasiyalarına dəstək məqsədilə uşaqlar üçün peşəkar psixoloqlar tərəfindən fərdi konsultasiyalar, qrup terapiyaları, eləcə də yoqa və rəqs terapiya məşğələləri keçirilib.

Onlara müalicəvi masaj, müalicəvi hovuz və vanna, art-terapiya və sair reabilitasiya xidmətləri göstərilir.

10 günlük sosial reabilitasiya proqramı çərçivəsində ukraynalı uşaqlar üçün asudə vaxtlarının maraqlı keçməsi məqsədilə tarixi yerlərə, muzeylərə ekskursiyalar, stolüstü oyunlar və sair tədbirlər təşkil olunub.


Rəhman SALMANLI, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

00:42
13 Mart

"Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında hökumət təcrübələrinin mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu"nun təsdiq edilməsi haqqında

00:40
13 Mart

 “Azərbaycan Respublikası Мüdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 25 aprel tarixli 138 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 

00:38
13 Mart

“İnzibati cərimələrin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında

00:37
13 Mart

“Ozon qatını dağıdan maddələr üzrə Monreal Protokolu” ilə müəyyən olunmuş tənzimlənən ozondağıdıcı maddələrin siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 12 sentyabr tarixli 203 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

00:36
13 Mart

“Bələdiyyələrin vahid informasiya sisteminə ötürüləcək və həmin sistemdən əldə ediləcək məlumatların dairəsi”nin təsdiq edilməsi haqqında

00:33
13 Mart

“Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarının ilkin hərbi qeydiyyata alınması Qaydası”nın təsdiq edilməsi haqqında

00:32
13 Mart

Beynəlxalq Kanoe federasiyalarının prezidentləri Sərsəng su anbarının potensial imkanlarını dəyərləndiriblər  

23:50
12 Mart

İsveçrəli nazir: İrandan atılan dron hücumu ilə bağlı Azərbaycanla həmrəyik

23:18
12 Mart

Ağdam sakini Xocavənddə minaya düşərək həlak olub – BİRGƏ MƏLUMAT  

22:32
12 Mart

Vayra Vike-Freyberqa: Qlobal Bakı Forumu beynəlxalq əməkdaşlığın daha da artması üçün imkanlar yaradır  

22:12
12 Mart

İrandan təxliyə davam edir: Bir neçə ölkə vətəndaşı Azərbaycan ərazisinə daxil olub  

21:29
12 Mart

Türkiyə Prezidenti BMT Baş katibinə Atatürk Beynəlxalq Sülh Mükafatını təqdim edib  

20:47
12 Mart

Rusiyanın İrana göndərdiyi humanitar yardımı daşıyan yük maşınları sərhəddən keçib - YENİLƏNİB  

20:38
12 Mart

Türkiyə Prezidenti Ankarada BMT-nin Baş katibini qəbul edib

20:28
12 Mart

Ceyhun Cəlilov: Daxili Qoşunların şəxsi heyəti ölkəmizin sabitliyi və vətəndaşların təhlükəsizliyi naminə əzmkarlıq nümayiş etdirir  

20:24
12 Mart

Sabiq Prezident: Əminəm ki, Bakıda mühüm mesajlar veriləcək  

20:14
12 Mart

XIII Qlobal Bakı Forumunda BMT sistemində islahat və qlobal əməkdaşlıq mövzusu diqqət mərkəzində saxlanılıb 

19:49
12 Mart

Hakan Fidan: Ankara İranda vətəndaş müharibəsinin əleyhinədir  

19:28
12 Mart

ITU rəsmisi: BMT sistemində süni intellekt və qlobal əməkdaşlıq üçün vahid yanaşma vacibdir  

19:14
12 Mart

Pedro Manuel Moreno: BMT-nin əsas məqsədi təşkilatı müasir qlobal çağırışlara uyğunlaşdırmaqdır  

19:04
12 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!