09 May 2026 16:38
163
SİYASƏT
A- A+
BTQ beynəlxalq ictimaiyyəti Fransanın Kanakidəki siyasətinə münasibətdə prinsipial mövqe tutmağa çağırır

BTQ beynəlxalq ictimaiyyəti Fransanın Kanakidəki siyasətinə münasibətdə prinsipial mövqe tutmağa çağırır


Bakı Təşəbbüs Qrupu (BTQ) BMT-nin İrqi Ayrı-seçkiliyin Ləğvi üzrə Komitəsinin Kanakidə kanak xalqının öz müqəddəratını təyinetmə hüququ və seçici korpusunun dəyişdirilməsi cəhdləri ilə bağlı Fransaya ünvanladığı xəbərdarlığı alqışlayır və Fransadan Komitənin çağırışlarına dərhal əməl etməyi tələb edir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər BTQ-nin BMT Komitəsinin Kanaki ilə bağlı Fransaya xəbərdarlığını dəstəkləyən bəyanatında yer alıb.

Bəyanatda, həmçinin bildirilir: “BTQ-nin mövqeyi ondan ibarətdir ki, Kanaki ilə bağlı hər hansı siyasi və inzibati dəyişiklik Kanak xalqının razılığı alınmadan həyata keçirilə bilməz. Komitə də məhz bu fikri təsdiqləyib. Bu, yalnız siyasi məsələ deyil, beynəlxalq hüququn, dekolonizasiya prosesinin və yerli xalqların kollektiv hüquqlarının əsas tələbi və haqqıdır.

BMT Komitəsinin hesabatında qeyd olunduğu kimi, Numea sazişi Kanak kimliyinin tanınması, daha geniş muxtariyyətin əldə edilməsi və Kanak xalqının öz siyasi gələcəyini müəyyənləşdirilməsi üçün mühüm çərçivə yaradıb. Bu çərçivəyə birtərəfli qaydada müdaxilə edilməsi və Numea sazişində təsbit olunmuş təminatların sual altına alınması sazişin yaratdığı siyasi-hüquqi tarazlığı pozur və Kanak xalqının öz siyasi gələcəyini sərbəst şəkildə müəyyənləşdirmək imkanlarını zəiflədir.

Bakı Təşəbbüs Qrupu Fransanın kənardan adaya yerləşdirdiyi gəlmələr hesabına səsvermə hüququ olan şəxslərin genişləndirilməsi istiqamətində atdığı addımları qəti şəkildə pisləyir. Kanak xalqının razılığı olmadan seçki korpusuna müdaxilə edilməsi yerli xalqın siyasi iradəsinin zəiflədilməsi, demoqrafik balansın dəyişdirilməsi və dekolonizasiya prosesinin nəticələrinin süni şəkildə təhrif olunması kimi qiymətləndirilməlidir.

Bununla yanaşı, 2024-cü ilin may ayında baş vermiş etirazlar zamanı təhlükəsizlik qüvvələri tərəfindən həddindən artıq və qeyri-mütənasib güc tətbiqi, o cümlədən ölümcül zorakılıq halları ilə bağlı iddiaların müstəqil, şəffaf və səmərəli şəkildə araşdırılması barədə BMT Komitəsinin çağırışını dəstəkləyirik. Kanak insan hüquqları müdafiəçilərinin və müstəqillik tərəfdarı fəalların razılıqları olmadan Fransanın Avropa ərazisindəki həbsxanalara aparılması ilə bağlı narahatlıqlar da beynəlxalq insan hüquqları mexanizmləri tərəfindən diqqətlə araşdırılmalıdır.

Bakı Təşəbbüs Qrupunun müraciətindən sonra BMT mexanizmləri çərçivəsində bu məsələlərin xüsusi narahatlıq predmeti kimi gündəmə gətirilməsi və müvafiq xəbərdarlığın dərc edilməsi, təşkilatımızın qaldırdığı narahatlıqların beynəlxalq səviyyədə nəzərə alındığını və kanak xalqının hüquqlarının müdafiəsi istiqamətində konkret reaksiyaya səbəb olduğunu göstərir.

Fransanın kanak xalqını nəzərə almadan irəli sürdüyü təşəbbüslər müasir dövrdə davam edən müstəmləkəçi idarəçilik praktikasının bariz nümunəsidir. Kanaki əhalisinin gələcəyi Parisdə qapalı danışıqlarda deyil, kanak xalqının real, bərabər və səmərəli iştirakı ilə müəyyən edilməlidir.

Bakı Təşəbbüs Qrupu tərəfindən BMT-nin İnsan Hüquqları Komitəsinə təqdim edilmiş alternativ hesabatdan sonra BMT mexanizmləri Fransa qarşısında bir sıra mühüm məsələlər qaldırıb. Bu məsələlər sırasında, adətən terrorla mübarizə və girovların azad edilməsi kimi xüsusi təhlükəsizlik əməliyyatlarında istifadə olunan Fransanın elit jandarm bölməsi GIGN-in Kanakiyə göndərilməsi ilə bağlı narahatlıqların nəzərə alınması, bu qüvvələrin iştirakı fonunda həddindən artıq və qeyri-mütənasib güc tətbiqi iddialarının müstəqil və şəffaf şəkildə araşdırılması, məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin edilməsi, ifadə azadlığı və dinc toplaşmaq hüququnun qorunması, həmçinin eskalasiyanın səbəblərinin araşdırılaraq BMT-yə məruzə olunması yer alıb.

Bakı Təşəbbüs Qrupu Fransanı BMT Komitəsinin çağırışlarını tam və gecikmədən icra etməyə, kanak xalqının öz müqəddəratını təyinetmə hüququna hörmət göstərməyə, Numea sazişinin dekolonizasiya ruhuna sadiq qalmağa və Kanaki ilə bağlı bütün siyasi prosesləri yalnız Kanak xalqının sərbəst və məlumatlandırılmış razılığı əsasında davam etdirməyə çağırır.

Bakı Təşəbbüs Qrupu, həmçinin kanak xalqının ədalətli və azad gələcək uğrunda mübarizəsi ilə həmrəyliyini bir daha təsdiq edir və beynəlxalq ictimaiyyəti Fransanın Kanakidəki neokolonial siyasətinə münasibətdə prinsipial mövqe tutmağa çağırır”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər YENİLƏNİB

19:53
09 May

Belçikada İkinci Dünya müharibəsi zamanı həlak olmuş həmvətənlərimizin xatirəsi anılıb  

19:23
09 May

Premyer Liqa: "Qarabağ" Qəbələ səfərində xal itirib

19:03
09 May

Azərbaycan karateçisi Avropa çempionu oldu

18:25
09 May

DTX-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyi qeyd edilib  

18:01
09 May

Cəbrayıl rayonunun Soltanlı kəndində “Şəfəq” yarımstansiyasının açılışı olub 

17:43
09 May

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanış olublar 

17:39
09 May

Daşkənddə Ulu Öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib

17:23
09 May

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şükürbəyli kəndində fərdi evlərdə yaradılmış şəraitlə tanış olublar

17:23
09 May

Prezident İlham Əliyev Cəbrayıl rayonunun Şükürbəyli kəndinin açılışında iştirak edib 

17:09
09 May

İqtisadiyyat Nazirliyinin rəhbərliyi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

16:43
09 May

BTQ beynəlxalq ictimaiyyəti Fransanın Kanakidəki siyasətinə münasibətdə prinsipial mövqe tutmağa çağırır

16:38
09 May

Məhəmməd Əl-Casir: Azərbaycanda yeni layihələrin icrasını səbirsizliklə gözləyirik

15:54
09 May

Şəki-Oğuz sərhədində zəlzələ qeydə alınıb

15:41
09 May

Səudiyyə Ərəbistanı qəzeti Ulu Öndər Heydər Əliyev haqqında məqalə dərc edib

15:34
09 May

Gürcü portalında Ulu Öndər Heydər Əliyev barədə məqalə yayımlanıb

15:29
09 May

Prezident Ərdoğan: Türkiyənin iştirakı olmadan Avropa memarlığı tam ola bilməz

15:23
09 May

Bu il Azərbaycanda Velosiped Akademiyası yaradıla bilər

15:19
09 May

ABŞ-də mal ətinin qiymətləri rekord səviyyəyə çatıb

15:16
09 May

Dövlət Xidmətinin şəxsi heyəti Ulu Öndərin əziz xatirəsini ehtiramla yad edib

15:14
09 May

Sahib Ələkbərov: “Bakı-Xankəndi” velosiped yarışının mükafat fondu 50 min avrodan çoxdur

15:13
09 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!