13 Avqust 2025 08:40
488
SİYASƏT
A- A+
Ukraynaya dost yardımı  

Ukraynaya dost yardımı  


Rusiyanın məqsədyönlü şəkildə Azərbaycanın Ukraynadakı fəaliyyətinə zərbə vurmaq cəhdi onun ölkəmizə qarşı düşmənçiliyini təsdiq edir


Müharibə insanların minillərlə qurub-yaratdıqlarının bir anda məhv olması  deməkdir. İllərlə təcavüzə məruz qalan, torpaqları işğal olan Azərbaycan xalqı müharibənin nə olduğunu yaxşı bilir.

Üç ildən bir qədər də çoxdur ki, Ukrayna xalqı torpaqlarını təcavüzkardan qorumaq üçün mübarizə aparırır. Hər gün neçə-neçə insanın həyatı yarımçıq qalır, qocalar, körpələr ölür, yüzlərlə insan şikəst olur. Rəsmi məlumatlara görə, indiyə kimi 6,9 milyon ukraynalı öz vətənini tərk edərək xarici ölkələrdə yaşamaq məcburiyyətində qalıb.

Rusiya-Ukrayna müharibəsi başlayan gündən Azərbaycan bir qayda olaraq bu ölkəyə  humanitar yardım edir. Xatırladaq ki, Azərbaycan ilə Ukrayna arasında münasibətlər dostluq və tərəfdaşlıq zəminində müvafiq ikitərəfli sənədlər, o cümlədən 2000-ci il 16 mart tarixli "Azərbaycan Respublikası və Ukrayna arasında dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında Müqavilə", 2008-ci il 22 may tarixli "Azərbaycan Respublikası və Ukrayna arasında dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannamə" və 2022-ci il 14 yanvar tarixli "Azərbaycan Respublikası Prezidentinin və Ukrayna Prezidentinin Birgə Bəyannaməsi" əsasında inkişaf edir.

Ukraynaya humanitar yardım daşıyan ilk Azərbaycan təyyarəsi 2022-ci il  fevralın 27-də Polşaya eniş edib. Həmin ilin mart ayında isə Ukraynaya 550 ton çəkidə dərman və tibbi ləvazimatlar, bundan başqa, ərzaq və humanitar yardımlar göndərilib. 2023-cü il fevral-iyun aylarında göstərilən yardımın həcmi 1000 tondan çox olub. Azərbaycan İrpen şəhərində zərərçəkmiş məktəbin bərpası, uşaqların psixoloji reabilitasiyası və mina təmizlənməsi kimi layihələr də həyata keçirib. 

2023-cü ilin iyun ayında Moldovada keçirilən Ukraynanın bərpası konfransında Azərbaycan XİN-in rəhbəri Ceyhun Bayramov Ukraynaya ölkəmiz tərəfindən  göstərilən yardımın məbləğinin 40 milyon dollar məbləğində olması barədə məlumat verib. Eyni zamanda ölkəmiz Kiyevdə bir uşaq kitabxanası sığınacağının təmiri üçün 30 min dollar məbləğində maliyyə yardımı göstərib. 

Bu günlər dövlətimizin başçısının imzaladığı sənədə əsasən, Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə ölkəmizdə istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Energetika Nazirliyinə 2 milyon dolların manat ekvivalentində vəsait ayrılıb.

Xatırladaq ki, Azərbaycan Respublikası humanizm prinsiplərinə söykənərək ikitərəfli və çoxtərəfli əsasda dünyanın bir çox ölkəsinə humanitar yardım göstərir. Bu ölkələr sırasında Ukrayna nə birinci, nə də sonuncudur. Azərbaycan təkcə COVID-19 pandemiyası ilə bağlı 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərib. 

Təəssüf ki, ölkəmizin humanizm və insanlıq naminə bəşəri dəyərlərə söykənən humanist addımı bəzi ölkələr tərəfindən qısqanclıqla qarşılanır. Xüsusilə qonşu Rusiya Federasiyasında məsələyə siyasi don geyindirmək istəyən qüvvələr kifayət qədər çoxdur.

Son günlər Rusiya Silahlı Qüvvələri Ukraynanın Odessa vilayətində SOCAR-a məxsus yanacaq anbarına beş "Şahed" kamikadze dronu ilə zərbə endirməsini təsadüfi hadisə hesab etmək olmaz. Əksinə, bu, ölkəmizə təzyiq göstərmək məqsədilə dəqiq hesablanmış terror aktıdır.

Ukrayna hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, dron zərbələri yüksək dəqiqliklə endirilib və hədəfin məhz SOCAR infrastrukturu olması təsadüfi deyil. Xatırladaq ki, bu, heç də birinci hadisə deyil. Bir neçə gün öncə SOCAR-ın Orlovka yaxınlığında yerləşən Azərbaycan qazının ötürülməsi üçün nəzərdə tutulan qazpaylayıcı stansiya Rusiya raketlərinin hədəfinə tuş gəlmişdi. Buradan belə nəticəyə gəlmək olur ki, Rusiya solovyovlar, zatulinkimilər vasitəsilə açıq şəkildə Azərbaycana, Ukrayna ilə enerji əməkdaşlığına və daha geniş mənada - Qərb strukturları ilə inteqrasiya meyillərinə qarşı hədələyici mesajlarının nəticə vermədiyini görüb ölkəmizə təzyiq məqsədilə SOCAR-ın Ukraynadakı bazalarını hədəfə alıb. Bunun bir məqsədi Azərbaycanın Kiyevə qaz ixracını dayandırmaqdır. Digər səbəb isə Rusiyanın  Azərbaycanın tam müstəqil siyasət yürütməsini nəinki regionda, eləcə də dünyada nüfuz və söz sahibinə çevrilməsini həzm edə bilməməsidir.

Amma, necə deyərlər, əbəsdir, bəsdir. Azərbaycanı öz dövlət və milli maraqları naminə tutduğu yoldan heç bir təhdid, təzyiq döndərə bilməz. Bu nəticəsiz çabalar Rusiyanın daha bir ölkə ilə də qonşuluq münasibətini korlaya bilər.


E.QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qazaxıstan 2025-ci ildə BTC boru kəməri ilə 1,3 milyon ton neft nəql edib  

09:49
16 Yanvar

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə Komissiyanın ötən ilin yekunlarına dair iclası keçirilib  

09:49
16 Yanvar

Tramp: Maçadonun Nobel Sülh Mükafatını təqdim etməsi hörmət əlamətidir  

09:48
16 Yanvar

Vikipediya tarixin ən populyar sorğularını açıqlayıb  

09:46
16 Yanvar

Aİ İrana qarşı sanksiyaları sərtləşdirə bilər  

09:43
16 Yanvar

Maçado Nobel Sülh Mükafatını Trampa təqdim edib  

09:42
16 Yanvar

BMT TŞ-də İranla bağlı fövqəladə iclas keçirilib  

09:40
16 Yanvar

Nazir: Türkiyə Azərbaycanla birgə Suriyanın bərpasına töhfə verməyə çalışır  

09:39
16 Yanvar

Cenevrədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 35-ci Ali Səviyyəli Toplantısı işinə başlayıb  

09:37
16 Yanvar

ABŞ Prezidenti Qəzza sülh planının ikinci mərhələsinə keçidi elan edib  

09:18
16 Yanvar

Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin ildönümünə hazırlıq işləri aparılır

09:05
16 Yanvar

Oğul belə olar

09:00
16 Yanvar

Qəhrəmanların ömür və döyüş yolu gənc nəsillər üçün örnəkdir

08:55
16 Yanvar

Tolerantlıq və mədəni müxtəlifliyin Azərbaycan modeli

08:50
16 Yanvar

Tarixi zənginlik və strateji perspektivlər

08:45
16 Yanvar

Ermənistanda seçki gərginliyi: sülh və müharibə partiyalarının qarşıdurması güclənir

08:40
16 Yanvar

2026-cı il sülh ili ola bilər

08:35
16 Yanvar

Yeni ildə ilk sifariş Amerikadan gəldi

08:33
16 Yanvar

Qadın sahibkarlara dəstək davam edir

08:30
16 Yanvar

Su təhlükəsizliyinin qarantı

08:25
16 Yanvar

Doğma torpaqlara qayıdış davam edir

08:20
16 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!