15 Oktyabr 2025 19:32
663
CƏMİYYƏT
A- A+
Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumunun iştirakçıları Şuşa şəhəri ilə tanış olublar  

Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumunun iştirakçıları Şuşa şəhəri ilə tanış olublar  


“İqlimədavamlı və sağlam şəhərlərə doğru: regional tərəfdaşlıqlar və innovativ həllər” mövzusunda 3-cü Milli Şəhərsalma Forumunun iştirakçıları Azərbaycanın tarixi və mədəniyyətinin simvolu olan Şuşa şəhəri ilə tanış olublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şuşa şəhəri ilə tanışlıq ilk inşa edilən yaşayış kompleksi ilə başlayıb. Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov onlara şəhərdə aparılan tikinti-quruculuq işləri barədə məlumat verib. Bildirib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhəri, o cümlədən tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb: “Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastruktur layihələri həyata keçirilib, 23 binadan ibarət ilk yaşayış kompleksi istifadəyə verilib və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilib. Bu istiqamətdə işlər davam etdirilir. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpası da həyata keçirilir”.

Qonaqlar sonra Azərbaycanın tanınmış şəxsiyyətləri Üzeyir Hacıbəylinin, Bülbülün və Xurşidbanu Natəvanın güllələnmiş heykəlləri olan mərkəzi meydan, Yuxarı Gövhər Ağa məscidi və qala divarları ilə tanış olublar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:51
07 Oktyabr

Kürdəmirin “dəmir atları” üçün yeni dayanacaq

13:37
07 Oktyabr

Bakı–Ağstafa xəttində əlavə qatarlar hərəkətə çıxacaq

13:23
07 Oktyabr

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil  

13:20
07 Oktyabr

Vergi daxilolmaları 13,6 milyard manatı keçdi

13:02
07 Oktyabr

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

12:36
07 Oktyabr

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır  

12:22
07 Oktyabr

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

12:21
07 Oktyabr

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır  

12:00
07 Oktyabr

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir  

11:59
07 Oktyabr

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

11:58
07 Oktyabr

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib  

11:57
07 Oktyabr

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir  

11:57
07 Oktyabr

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir  

11:53
07 Oktyabr

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir  

11:52
07 Oktyabr

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir  

11:51
07 Oktyabr

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır  

11:51
07 Oktyabr

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

11:50
07 Oktyabr

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir

11:34
07 Oktyabr

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub  

11:33
07 Oktyabr

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

11:31
07 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!