04 Oktyabr 2024 11:19
373
CƏMİYYƏT
A- A+
Türkiyənin ədliyyə naziri Ulu Öndərin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi”ni ziyarət edib

Türkiyənin ədliyyə naziri Ulu Öndərin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi”ni ziyarət edib

Azərbaycanda səfərdə olan Türkiyənin ədliyyə naziri Yılmaz Tunçun rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyub. AZƏRTAC xəbər verir ki, sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Qonaqlar Şəhidlər xiyabanını ziyarət edərək, Azərbaycanın suverenliyi və müstəqilliyi uğrunda həlak olan şəhidlərin məzarları üzərinə gül dəstələri düzüb və onların xatirəsinə ucaldılan “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar. Türkiyəli nazirin başçılıq etdiyi nümayəndə heyəti 1918-ci ildə Bakının bolşevik-erməni daşnak qoşunlarından azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş, Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə canından keçmiş Türk şəhidlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsini ziyarət edib, önünə əklil qoyub.

Ziyarətdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, səfirliyin əməkdaşları iştirak ediblər.

Qeyd edək ki, ikigünlük səfər çərçivəsində Azərbaycanla Türkiyə arasında ədliyyə sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mobil cihazlar təyyarə pəncərəsindən istifadə edilərk şarj ediləcək

19:16
04 Oktyabr

Supernovanın fərqli anları tək kadrda qeydə alınıb   

19:08
04 Oktyabr

Mourinyo İngiltərə Premyer Liqasına qayıda bilər

18:59
04 Oktyabr

Azərbaycan cüdoçusu bürünc medal qazandı  

18:47
04 Oktyabr

O dünyanın ən zəngin iki adamından biridir

18:35
04 Oktyabr

Rusiya "Taliban"ı terrorçuların siyahısından çıxarır  

18:12
04 Oktyabr

Aİ və Gürcüstan arasındakı danışıqlar dayandırıldı

18:08
04 Oktyabr

    Xüsusi xidmət orqanlarının rəhbərləri Astanaya toplaşır 

17:59
04 Oktyabr

BRICS-ə üzv olmaq üçün şərtlər açıqlandı 

17:55
04 Oktyabr

İsveçrə Ukraynanın yenidən qurulmasına pul ayırır

17:46
04 Oktyabr

Ən sürətlə yayılan xəstəlik süd vəzi xərçəngidir 

17:31
04 Oktyabr

“Mən komandanı düzəldəcəm, bir az səbrli olun!” – İDDİALI AÇIQLAMA

17:24
04 Oktyabr

NATO-nun yeni Baş katibi Kiyevdədir

17:22
04 Oktyabr

Keçmiş prezident insan alverində günahlandırılır - Nazirdən açıqlama 

17:12
04 Oktyabr

Əmək və sosial siyasət komitəsinin iclasında müzakirə edilən məsələlər plenar iclasa tövsiyə olunub  

16:42
04 Oktyabr

Elmi çağırışların həllində qlobal və regional əməkdaşlığın roluna dair müzakirə aparılıb 

16:42
04 Oktyabr

Yeni Kaledoniyalı Siyasi Məhbuslara Dəstək Cəbhəsi dəstəyə görə Bakı Təşəbbüs Qrupuna təşəkkürünü bildirib

16:40
04 Oktyabr

Azərbaycanın və Bəhreynin Ombudsman təsisatları arasında Anlaşma Memorandumu imzalanıb

16:16
04 Oktyabr

Parlamentin İnsan hüquqları komitəsinin ilk iclasında iki məsələ müzakirə edilib

16:15
04 Oktyabr

Azərbaycan və Əfqanıstan “Lapis Lazuli” marşrutu üzrə çoxtərəfli əməkdaşlıq imkanları müzakirə edib

16:13
04 Oktyabr

Sumqayıt Kimya Sənaye Parkında İtaliya şirkəti ilə yaşıl layihə həyata keçiriləcək

16:12
04 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!