09 Fevral 2025 21:53
326
DÜNYA
A- A+
Türkiyənin dəniz limanlarında yük dövriyyəsinin həcmi rekord səviyyəyə çatıb  

Türkiyənin dəniz limanlarında yük dövriyyəsinin həcmi rekord səviyyəyə çatıb  

Türkiyənin dəniz limanlarında yük dövriyyəsinin həcmi 2025-ci ilin yanvar ayında rekord səviyyəyə - 48,6 milyon tona çatıb ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 12,8 faiz çoxdur.

AZƏRTAC xəbər verir ki, bunu fevralın 9-da Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu söyləyib. Onun sözlərinə görə, yanvar ayında Türkiyənin dəniz limanlarına yüklərin daşınması üzrə lider ölkə Rusiya olub, Türkiyə məhsullarının ixrac həcminə görə isə İtaliya, ABŞ və İspaniya liderlik edib.

Cari ilin ilk ayında Türkiyədə yüklərin dövriyyəsi üzrə lider limanlar Aliağa (7,72 milyon ton), Kocaeli (7,71 milyon ton) və İskəndərun (6,6 milyon ton) olub.

Nəqliyyat naziri vurğulayıb ki, Türkiyə hökuməti qlobal dəniz yükdaşımalarında ölkənin payını artırmaq istiqamətində bütün zəruri tədbirləri görməyə davam edəcək.

Digər Xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!