22 Noyabr 2022 18:51
504
DÜNYA
A- A+
Türkiyədə yeni inşa edilmiş ölkənin ən böyük su elektrik stansiyasının açılışı olub

Türkiyədə yeni inşa edilmiş ölkənin ən böyük su elektrik stansiyasının açılışı olub

 

Türkiyənin Artvin bölgəsində yeni inşa edilmiş, böyüklüyünə görə ölkədə birinci, dünyada beşinci yerdə olan “Yusifəli” su anbarı və su elektrik stansiyasının (SES) açılışı olub.

AZƏRTAC xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan SES hövzəsində su toplanmasına başlanması, eləcə də yeni yaşayış yerləri də daxil olmaqla digər təsisatların istifadəyə verilməsi münasibətilə təşkil olunan mərasimin açılışında çıxış edib.

Çıxışında Türkiyənin bütün sahələr üzrə çoxşaxəli inkişafda olduğunu diqqətə çatdıran dövlət başçısı əminliklə bildirib ki, ölkə üzrə yeni-yeni infrastrukturların təsis edilməsi bundan sonra da dinamik şəkildə davam edəcək.

Gündəlikdə olan digər mühüm məsələlərə də münasibət bildirən Rəcəb Tayyib Ərdoğan son günlər həyata keçirilən antiterror əməliyyatlarından danışaraq deyib ki, Türkiyə ərazisinə raket zərbəsi endirən terrorçuların mülki insanları hədəf alması azğınlıqdır. Antiterror əməliyyatları bundan sonra da davam etdiriləcək.

Qeyd edək ki, “Yusifəli” SES-in bəndinin qövsvari uzunluğu 275 metrdir. 2018-ci il iyulun 11-də təməli atılan bəndin tikintisində ümumilikdə 4 milyon 61 min kubmetr beton işlədilib. Su anbarı çərçivəsində ümumilikdə 69,2 kilometr uzunluğunda yol çəkilib. Yolun üzərində 39 tunel və 19 körpü var. SES elektrik istehsalına başlayandan sonra ildə təxminən 4,1 milyard türk lirəsi gəlir gətirəcək. Bundan başqa ətraf bölgələrdə suvarma şəraiti yaxşılaşacaq. Ölkə üzrə istehsal olunan elektrik enerjisinin 2 faizi “Yusifəli” SES-in payına düşəcək. Ölkə ərazisindəki ən azı 2,5 milyon ev bu SES-dən paylanacaq elektrikdən bəhrələnəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!