07 May 2026 10:58
401
İQTİSADİYYAT
A- A+
Türkiyə şirkətinin yerüstü stansiya infrastrukturu ilə “Azərkosmos”un peyk imkanlarının inteqrasiyası nəzərdə tutulur  

Türkiyə şirkətinin yerüstü stansiya infrastrukturu ilə “Azərkosmos”un peyk imkanlarının inteqrasiyası nəzərdə tutulur  


Türkiyənin peyk rabitə həlləri təminatçısı olan PROFEN şirkəti ilə Azərbaycanın milli peyk operatoru olan “Azərkosmos” arasında İstanbulda keçirilən “SAHA Expo2026” çərçivəsində peyk tutumundan istifadə ilə bağlı əməkdaşlıq razılaşması imzalanıb.

“Azərkosmos”dan AZƏRTAC-a bildirilib ki, razılaşmaya əsasən, PROFEN şirkəti “Azerspace-1” və “Azerspace-2” peyklərinin imkanlarından istifadə edərək Türkiyə, Avropa, Yaxın Şərq və Afrika regionlarında peyk rabitə xidmətləri göstərməyi planlaşdırır.

Əməkdaşlıq çərçivəsində PROFEN-in Konya və Ankara şəhərlərində yerləşən yerüstü stansiya infrastrukturu ilə “Azərkosmos”un mövcud peyk imkanlarının inteqrasiyası nəzərdə tutulur. Bununla yanaşı, əməkdaşlıq mobil rabitə, o cümlədən uçuşdaxili internet xidmətləri (In-Flight Connectivity) və dənizçilik sahəsində peyk bağlantısını da əhatə edir.

Qeyd edək ki, bu əməkdaşlığın məqsədi regionda artan internet və rabitə ehtiyacına daha çevik və etibarlı həllər təqdim etməkdir.

PROFEN peyk rabitə texnologiyaları sahəsində fəaliyyət göstərən Türkiyə mənşəli texnologiya şirkətidir. Şirkət peyk sistemləri, yer seqmenti infrastrukturu və sistem inteqrasiyası üzrə ixtisaslaşıb. PROFEN quru, hava və dəniz platformaları üçün müxtəlif rabitə həlləri təqdim edir.

“Azərkosmos” isə Azərbaycan Respublikasının Kosmik Agentliyi olaraq ölkədə kosmos sənayesinin inkişafında mühüm rol oynayır. 2010-cu ildə yaradılmış qurum hazırda orbitdə “Azerspace-1” və “Azerspace-2” telekommunikasiya peyklərini idarə edir və Avropa, Asiya, Afrika və Yaxın Şərq regionlarında 45-dən çox ölkəyə peyk xidmətləri təqdim edir.

Bundan əlavə, “Azərkosmos” yeni peyk layihələri üzərində də fəaliyyətini davam etdirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"CandyFest" yay festivalının ilk günü xoş anlarla yadda qaldı

08:55
02 İyun

Uzaq yolu yaxın edənlər

08:50
02 İyun

Milli iradəyə söykənən müstəqil siyasət 

08:45
02 İyun

Diplomatların fəaliyyət səmərəliliyinin yüksəlməsinə xidmət edən dəyişikliklər

08:40
02 İyun

Müstəqilliyin Qarabağ zirvəsi

08:35
02 İyun

Rəqabət kəskinləşir, qarşılıqlı ittihamlar artır

08:30
02 İyun

Azərbaycanın uğurlu tərəfdaşlıq modeli

08:27
02 İyun

AÇG-dən sərbəst təbii qazın hasilatına başlandı

08:25
02 İyun

Azərbaycan enerji sahəsində qlobal əməkdaşlığın vacib iştirakçısıdır

08:20
02 İyun

Azərbaycanın qlobal proseslərə təsir imkanları genişlənib

08:15
02 İyun

Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti turizmin inkişafına yeni dinamika gətirəcək

08:10
02 İyun

Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Belarusda səfərdə olub

08:05
02 İyun

Azərbaycan bu gün qlobal proseslərdə söz sahibi kimi qəbul olunur 

08:00
02 İyun

"Bakıxanov Trikotaj" ASC-nin səhmdarlarının nəzərinə

02:50
02 İyun

Bakı Enerji Həftəsinin ilk günü başa çatıb - YENİLƏNİB  

22:55
01 İyun

Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclası ikitərəfli əməkdaşlığa töhfə verəcək  

22:53
01 İyun

SOCAR-ın prezidenti “KazMunayGas” şirkətinin İdarə Heyətinin sədri ilə görüşüb  

22:52
01 İyun

Azərbaycan-ABŞ arasında TRIPP layihəsinin icrası məsələləri müzakirə olunub  

22:50
01 İyun

SOCAR və “ExxonMobil” birgə tərəfdaşlığı yenidən nəzərdən keçirib  

22:49
01 İyun

 “Space-Track”: Yer kürəsi ətrafında saatda 28 min kilometr sürətlə 33 mindən çox obyekt hərəkət edir  

22:48
01 İyun

Xəzər dənizi vasitəsilə enerji nəqlinin təşkili məsələləri barədə fikir mübadiləsi aparılıb  

21:57
01 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!