02 İyun 2026 08:27
160
SİYASƏT
A- A+
Azərbaycanın uğurlu tərəfdaşlıq modeli

Azərbaycanın uğurlu tərəfdaşlıq modeli


Ölkəmiz qlobal enerji təhlükəsizliyinin təminatında strateji önəmə və əhəmiyyətli mövqeyə malikdir


1990-cı illərin çətin şəraitində kiçik bir təşəbbüs kimi başlayan Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin bu gün genişmiqyaslı "Bakı Enerji Həftəsi"nə çevrilməsi Azərbaycanın iqtisadi müstəqilliyinin və qlobal nüfuzunun bariz göstəricisidir. ABŞ, Türkiyə və Böyük Britaniya kimi dövlətlərin liderlərinin bu tədbirə rəsmi məktub göndərməsi də Bakının qlobal enerji arxitekturasını formalaşdıran mühüm mərkəzlərdən biri olduğunu beynəlxalq səviyyədə təsdiqləyir. Bu məktublar tədbirə verilən siyasi dəstəyin və etimadın ən bariz nümunəsidir. 

İyunun 1-də Azərbaycan Prezidenti İlham Əliyev 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil and Gas", 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi "Caspian Power" və 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində çıxışı zamanı bu məqama xüsusi toxundu. Dövlətimizin başçısı vurğuladı ki, Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının bünövrəsini qoydu: "Vaxt ötdükcə o dəyişdi, daha böyük vüsət aldı və hazırda çoxsaylı tədbirlər və xeyli faydalı mərasimlərlə yadda qalan "Bakı Enerji Həftəsi" adlanır". 

Prezident İlham Əliyev qeyd edib ki, bu tədbirin əhəmiyyəti, həmçinin ABŞ Prezidenti Donald Trampın nəzakətli məktubunda əks olunub: "Bu bir daha göstərir ki, "Bakı Enerji Həftəsi" qlobal enerji səhnəsində, həqiqətən, aparıcı tədbirlərdən biridir. Mən nəzakətli məktubuna görə Prezident Trampa çox minnətdaram və həmçinin tədbirə məktub göndərmiş Türkiyə Prezidenti Ərdoğana və Birləşmiş Krallığın Baş naziri Starmerə təşəkkürümü bildirirəm. Enerji məsələsini yenidən normal məcraya qaytardığına görə Prezident Trampa daha bir təşəkkür düşür. Hamımız bilirik ki, uzun illər neft və qaz hasilatı ilə məşğul olan ölkələr və şirkətlərə damğa vurulurdu, bəzən qarayaxma obyektinə çevrilirdilər, planetin dağıdılmasında ittiham olunurdular. Hər hansı əsas olmadan, ictimai rəylə küncə sıxışdırılırdılar". 

Dövlətimizin başçısının ABŞ Prezidenti Donald Trampın real enerji xəttini təqdir etməsi ölkəmizin beynəlxalq münasibətlərdə hər zaman rasional tərəfdaşlığa üstünlük verdiyini göstərir. Dövlət başçıları arasındakı birbaşa məktublaşmalar və səmimi dialoq şəxsi diplomatiyanın gücünü nümayiş etdirir. Bu münasibətlər Azərbaycanın xarici siyasətdə çevik olduğunu, böyük güclərlə qarşılıqlı hörmət və milli maraqlar çərçivəsində strateji tərəfdaşlıq qura bildiyini sübut edir. 

Məlum olduğu kimi, son illərdə karbohidrogen resurslarına qarşı aparılan təbliğat "yaşıl keçid" adı altında sənayenin damğalanması qlobal enerji böhranlarına yol açmışdı. Burada ən mühüm tezis praqmatizmdir. Bu, ənənəvi enerjini tamamilə rədd etmək yox, onun gəlirləri ilə bərpaolunan enerjiyə investisiya qoymaq deməkdir. Azərbaycan məhz bu balansı qoruyan model yaradıb. Ölkəmiz həm Avropanın qaz təhlükəsizliyini təmin edir, həm də regionun "yaşıl enerji" mərkəzinə çevrilir. 

Xüsusilə son illərdə yaşanan qlobal geosiyasi böhranlar və təchizat riskləri fonunda Azərbaycan Avropa İttifaqı (Aİ) üçün ən etibarlı alternativ qaz mənbəyinə çevrilib. "Cənub qaz dəhlizi" vasitəsilə qitənin enerji xəritəsi yenidən formalaşır. Azərbaycan ötən il Avropa İttifaqının boru kəməri ilə qaz idxalının təxminən 8,1 faizini təkbaşına təmin edib. Hazırda ölkəmiz qlobal miqyasda 20-dən çox ölkəyə neft, 16 ölkəyə isə təbii qaz ixrac edərək strateji tərəfdaşlıq şəbəkəsini genişləndirir. 

Prezident İlham Əliyev çıxışında bu məsələyə də münasibət bildirib. Dövlətimizin başçısı diqqətə çatdırıb ki, bu gün Avropa enerji bazarının "Cənub qaz dəhlizi" olmadan necə olacağını təsəvvür etmək çətindir: "Qeyd etdiyim kimi, biz sayı artmaqda olan ölkələri qazla təchiz edirik. Keçən il burada - "Bakı Enerji Həftəsi"ndə mən auditoriyaya məlumat verdim ki, Azərbaycan qazını 12 ölkə alır. Bu gün onların sayı 16-dır və onlardan 10-u Avropa İttifaqına üzv olan ölkələrdir. Bu ölkələrin sayı, əlbəttə ki, artacaqdır. Boru xətti ilə qazın müxtəlif ölkələrə nəql edilməsi, ərazi və coğrafiya kimi parametrlərə baxsanız görərsiniz ki, biz dünyada birinciyik. Biz qaz təchizatımızı artıracağıq". 

Müasir dövrdə enerji gücü həm də təhlükəsiz marşrutlar və regional bağlantılar yaratmaq qabiliyyəti ilə ölçülür. Azərbaycan Xəzər regionunu kəsişən logistik marşrutların mərkəzinə çevirərək, "Şərq-Qərb" və "Şimal-Cənub" dəhlizlərinin təhlükəsizliyini təmin edir. Bu tranzit imkanları resursların qlobal bazarlara fasiləsiz və siyasi risklərdən uzaq şəkildə çatdırılmasına zəmanət verir.

Nəticə etibarilə "Bakı Enerji Həftəsi" və onun çərçivəsində səsləndirilən bəyanatlar Azərbaycanın qlobal enerji siyasətindəki mərkəzi rolunu bir daha təsdiqləyir. Ölkəmiz populist şüarlardan uzaq, milli maraqlara və praqmatizmə əsaslanan balanslı xəttilə həm ənənəvi karbohidrogen sənayesini qoruyur, həm də gələcəyin "yaşıl enerji" ekosistemini uğurla inşa edir. Tədbirə verilən yüksək siyasi dəstək Bakının qərarlarının beynəlxalq miqyasda daşıdığı çəkini və şəxsi diplomatiyanın gücünü nümayiş etdirir. 


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kiyev ballistik raketlərlə vurulub, ölən və xəsarət alanlar var YENİLƏNİB 2

09:24
02 İyun

Erkən ölüm riskini artıran məhsullar açıqlanıb

09:22
02 İyun

“Bakı Enerji Həftəsi” Türkiyə mediasının diqqət mərkəzindədir

09:20
02 İyun

Tramp: İranla ABŞ arasında razılaşma gələn həftə yekunlaşa bilər

09:19
02 İyun

Avropa çempionatı: Azərbaycanın minifutbol millisi Qazaxıstanı məğlub edib

09:18
02 İyun

Bakıda D-8 ölkələrinin enerji nazirlərinin ilk iclası olub

09:15
02 İyun

"CandyFest" yay festivalının ilk günü xoş anlarla yadda qaldı

08:55
02 İyun

Uzaq yolu yaxın edənlər

08:50
02 İyun

Milli iradəyə söykənən müstəqil siyasət 

08:45
02 İyun

Diplomatların fəaliyyət səmərəliliyinin yüksəlməsinə xidmət edən dəyişikliklər

08:40
02 İyun

Müstəqilliyin Qarabağ zirvəsi

08:35
02 İyun

Rəqabət kəskinləşir, qarşılıqlı ittihamlar artır

08:30
02 İyun

Azərbaycanın uğurlu tərəfdaşlıq modeli

08:27
02 İyun

AÇG-dən sərbəst təbii qazın hasilatına başlandı

08:25
02 İyun

Azərbaycan enerji sahəsində qlobal əməkdaşlığın vacib iştirakçısıdır

08:20
02 İyun

Azərbaycanın qlobal proseslərə təsir imkanları genişlənib

08:15
02 İyun

Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti turizmin inkişafına yeni dinamika gətirəcək

08:10
02 İyun

Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Belarusda səfərdə olub

08:05
02 İyun

Azərbaycan bu gün qlobal proseslərdə söz sahibi kimi qəbul olunur 

08:00
02 İyun

"Bakıxanov Trikotaj" ASC-nin səhmdarlarının nəzərinə

02:50
02 İyun

Bakı Enerji Həftəsinin ilk günü başa çatıb - YENİLƏNİB  

22:55
01 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!