02 İyun 2026 08:45
142
SİYASƏT
A- A+
Milli iradəyə söykənən müstəqil siyasət 

Milli iradəyə söykənən müstəqil siyasət 


Prezident İlham Əliyevin uğurlu siyasi kursu və qətiyyətli mövqeyi Azərbaycanı dünyada söz sahibi olan ölkəyə çevirib


Qlobal güclərin rəqabət meydanına çevrilən dünyada kənar diktələri dəf edərək sırf öz xalqının marağına uyğun siyasət yürütmək heç də hər ölkənin bacardığı iş deyil. Tarix sübut edir ki, BMT-də bayrağın dalğalanması və ya rəsmi sənədlərdə  müstəqil dövlət statusunun yazılması hər ölkəni siyasi təsirlərindən qorumağa kifayət etmir. Bir çox dövlət böyük güclərin siyasi və iqtisadi təzyiqləri qarşısında öz milli maraqlarını qurban vermək məcburiyyətində qalır. O baxımdan, əsl müstəqillik rəsmi atributlardan daha çox güclü siyasi iradə, prinsipiallıq və uzaqgörən siyasətlə mümkündür. 

Belə mürəkkəb geosiyasi mühitdə Azərbaycan fərqli və nümunəvi bir model ortaya qoyub. Ölkəmiz onilliklər boyu torpaqlarının işğal altında qalmasına və çoxsaylı təzyiqlərə, üzləşdiyi ikili standartlara baxmayaraq, öz strateji xəttindən və prinsipial mövqeyindən zərrə qədər geri addım atmayıb. Azərbaycanın bütün tarixi nailiyyətlərinin, hərtərəfli inkişafının, o cümlədən 2020-ci ildə qazanılan möhtəşəm Zəfərimizin, regional reallıqları tamamilə dəyişən antiterror əməliyyatlarının kökündə Ulu Öndərin təməlini qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müstəqil və qətiyyətli siyasət dayanır. Prinsipial mövqe və siyasi iradənin sayəsində Azərbaycanın beynəlxalq arenadakı hörmət və nüfuzu daha da artıb, ölkəmiz qlobal miqyasda önəmli söz sahibi olan dövlətlərdən birinə çevrilib.  

Prezident İlham Əliyevin mayın 28-də Şuşa rayonunun Böyük Qaladərəsi kəndində sakinlərlə görüşü zamanı vurğuladığı məqamlar bu önəmli reallığı bir daha təsdiqləyir. Dövlətimizin başçısı bəyan edib ki, Azərbaycan hətta torpaqları işğal altında olan ən çətin dövrlərdə belə müstəqil duruşundan zərrə qədər güzəştə getməyib: "Müstəqillik - bu, böyük nemətdir, böyük nailiyyətdir. Amma əsl müstəqillik o vaxt olur ki, ölkə müstəqil siyasət apara bilsin. Bax Azərbaycan o ölkələrdəndir. İndi dünyada 200-ə yaxın müstəqil ölkə var. Amma demək olmaz ki, onların hər biri doğrudan da müstəqildir. Biz, sözün əsl mənasında, müstəqil dövlətik. Çünki öz taleyimizi özümüz həll edirik, siyasətimizi heç kimə baxmadan xalqın, dövlətin naminə, milli maraqların qorunması əsasında aparırıq. Buna görə də dünyada böyük şöhrət qazanmışıq. Baxmayaraq ki, torpaqlarımız uzun illər erməni işğalı altında idi, hətta o vaxt müstəqil siyasət apararaq böyük hörmət qazanmışıq dünyada. Əlbəttə ki, İkinci Qarabağ müharibəsi və ondan üç il sonra antiterror əməliyyatı, bizim şanlı Zəfərimiz ölkəmizin, xalqımızın nüfuzunu dünyada daha da artırmışdır".

Prezident İlham Əliyevin sözləri bir daha təsdiqləyir ki, qazanılan tarixi qələbələr və bu gün Qarabağda atılan hər bir addım onilliklər boyu qurulan müstəqil siyasətin və sarsılmaz iradənin məntiqi nəticəsidir. Dövlətimizin başçısı haqlı olaraq müstəqilliyi ölkəmizin öz taleyini sərbəst şəkildə müəyyən etmə qabiliyyəti kimi xarakterizə edir. Bu yanaşma Azərbaycan dövlətinin suverenlik fəlsəfəsinin tarixi köklərinə işıq tutan və gələcək hədəflərini müəyyənləşdirən əsas strategiyadır. 

44 günlük Vətən müharibəsi və antiterror əməliyyatları təkcə ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası ilə yox, eyni zamanda Azərbaycanın bölgədə yaratdığı yeni reallığın bütün dünya tərəfindən qəbul edilməsi ilə nəticələndi. Tarixi zəfərlər ölkəmizin hərbi-siyasi gücünü təsdiqləməklə yanaşı, beynəlxalq arenadakı nüfuzunu daha yüksək mərhələyə daşıdı. 

Azərbaycan Prezidenti çıxışında müstəqilliyimizin ciddi təhdid altında olduğu illəri də xatırlatdı və bildirdi ki, 1991-ci ilin oktyabrında müstəqillik əldə ediləndə o vaxt hakimiyyətdə olanlar ərazi bütövlüyümüzü qoruya bilmədilər: "Hakimiyyətə can atanlar faktiki olaraq Şuşanı, Laçını, o cümlədən bax bu gözəl kəndi Ermənistana, demək olar ki, satmışdılar. O vaxt hakimiyyət uğrunda mübarizə gedirdi. Ovaxtkı hakimiyyət hakimiyyətdə qalmaq istəyirdi. Hakimiyyətə can atan AXC-Müsavat istənilən yollarla hakimiyyətə gəlmək istəyirdi. Buna görə də təxribat nəticəsində bu gözəl diyarımız Ermənistana verildi ki, yenidən Azərbaycan bu fəlakətlə üzləşsin. Ondan sonrakı dövr də sizin yadınızdadır: vətəndaş müharibəsi, torpaqlarımızın itirilməsi..." 

Dövlətimizin başçısının ifadələri Azərbaycanın ən ağrılı dönəmi ilə ən parlaq mərhələsinin müqayisəli siyasi-tarixi analizidir. 1990-cı illərin əvvəllərindəki daxili siyasi xaosun, özbaşınalığın və naşı idarəetmənin torpaqlarımızın işğalına necə zəmin yaratdığı hamıya bəllidir. O zaman dövlət maraqlarının şəxsi və qrup ambisiyalarına qurban verilməsi Şuşa, Laçın və ətraf kəndlərin itirilməsinə səbəb oldu. Hakimiyyət uğrunda mübarizə aparan dağıdıcı qüvvələrin milli təhlükəsizlik məsələlərini arxa plana keçirməsi faktiki olaraq müstəqilliyimizi tükdən asılı hala gətirmişdi. 

Prezident İlham Əliyevin bəyan etdiyi kimi əgər Ulu Öndər Heydər Əliyev xalqın təkidi ilə yenidən hakimiyyətə qayıtmasaydı, ölkəmizin hansı aqibətlə üzləşəcəyi, nələrə məruz qalacağı bəlli idi: "Dediyim kimi, erməni işğalı, daxildəki hərc-mərclik, qarşıdurma, vətəndaş müharibəsi, hakimiyyət uğrunda mübarizə faktiki olaraq ölkəmizi məhvə aparırdı. Əgər o vaxt Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, indi xalqımızın, dövlətimizin taleyi necə olacaqdı, onu demək çətindir. Hər halda o vaxt Azərbaycan böyük fəlakətlə üz-üzə idi. O vaxt müharibə dayandırıldı, inkişafa qədəm qoyuldu, güc toplanıldı". 

Dövlətimizin başçısının "bundan sonra bizi heç kim buradan tərpədə bilməz" ifadəsi revanşist qüvvələrə və onların xaricdəki havadarlarına ünvanlanmış xəbərdarlıqdır. Bu yanaşma Azərbaycanın öz torpaqlarında əbədi möhkəmləndiyini və regionun geosiyasi xəritəsinin bir daha dəyişdirilməsinə imkan verilməyəcəyinin rəsmən elanıdır. 

Kənar təzyiqlərə boyun əyməyən, qərarlarını milli mənafeyə söykənərək verən Azərbaycan beynəlxalq arenada iradəsi ilə hesablaşılan, etibarlı strateji tərəfdaş sayılan bir güc mərkəzidir. Bu qətiyyətli siyasət ölkəmizi qlobal böhranlar və qeyri-müəyyənliklər fonunda təhlükəsiz sabitlik adasına çevirir. Müstəqil siyasət Azərbaycanın bütün diplomatik masalarda söz sahibi kimi fərqlənməsini və regional təhlükəsizliyin əsas təminatçısı olaraq qalmasını təmin edəcək.


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kiyev ballistik raketlərlə vurulub, ölən və xəsarət alanlar var YENİLƏNİB 2

09:24
02 İyun

Erkən ölüm riskini artıran məhsullar açıqlanıb

09:22
02 İyun

“Bakı Enerji Həftəsi” Türkiyə mediasının diqqət mərkəzindədir

09:20
02 İyun

Tramp: İranla ABŞ arasında razılaşma gələn həftə yekunlaşa bilər

09:19
02 İyun

Avropa çempionatı: Azərbaycanın minifutbol millisi Qazaxıstanı məğlub edib

09:18
02 İyun

Bakıda D-8 ölkələrinin enerji nazirlərinin ilk iclası olub

09:15
02 İyun

"CandyFest" yay festivalının ilk günü xoş anlarla yadda qaldı

08:55
02 İyun

Uzaq yolu yaxın edənlər

08:50
02 İyun

Milli iradəyə söykənən müstəqil siyasət 

08:45
02 İyun

Diplomatların fəaliyyət səmərəliliyinin yüksəlməsinə xidmət edən dəyişikliklər

08:40
02 İyun

Müstəqilliyin Qarabağ zirvəsi

08:35
02 İyun

Rəqabət kəskinləşir, qarşılıqlı ittihamlar artır

08:30
02 İyun

Azərbaycanın uğurlu tərəfdaşlıq modeli

08:27
02 İyun

AÇG-dən sərbəst təbii qazın hasilatına başlandı

08:25
02 İyun

Azərbaycan enerji sahəsində qlobal əməkdaşlığın vacib iştirakçısıdır

08:20
02 İyun

Azərbaycanın qlobal proseslərə təsir imkanları genişlənib

08:15
02 İyun

Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti turizmin inkişafına yeni dinamika gətirəcək

08:10
02 İyun

Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Belarusda səfərdə olub

08:05
02 İyun

Azərbaycan bu gün qlobal proseslərdə söz sahibi kimi qəbul olunur 

08:00
02 İyun

"Bakıxanov Trikotaj" ASC-nin səhmdarlarının nəzərinə

02:50
02 İyun

Bakı Enerji Həftəsinin ilk günü başa çatıb - YENİLƏNİB  

22:55
01 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!