02 İyun 2026 08:40
148
SİYASƏT
A- A+
Diplomatların fəaliyyət səmərəliliyinin yüksəlməsinə xidmət edən dəyişikliklər

Diplomatların fəaliyyət səmərəliliyinin yüksəlməsinə xidmət edən dəyişikliklər


Azərbaycanın xarici siyasət sahəsindəki uğurları ölkəmizin beynəlxalq mövqeyini daha da gücləndirir. Bu nailiyyətlərdə diplomatik korpusun fəaliyyəti müstəsna rol oynayır. 

Diplomatlarımızın fəaliyyətini tənzimləyən əsas sənəd isə "Diplomatik xidmət haqqında" qanundur. Bu qanun diplomatik xidmət orqanlarının iş prinsiplərini, əməkdaşların hüquqi statusunu, eləcə də onların və ailə üzvlərinin sosial-maddi təminatını müəyyən edir. Məhz bu mənada, sözügedən qanuna təklif edilən yeni dəyişikliklər böyük əhəmiyyət kəsb edir. Dəyişikliklər diplomatların fəaliyyət səmərəliliyini artırmaqla yanaşı, onların sosial müdafiəsini də əhəmiyyətli dərəcədə gücləndirəcək. Qeyd edək ki, "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi Milli Məclisdə ikinci oxunuşdan keçib. 

Milli Məclisin deputatı Günay ƏFƏNDİYEVA mövzu ilə bağlı "Azərbaycan" qəzetinə açıqlamasında "Diplomatik xidmət haqqında" qanun layihəsində nəzərdə tutulan dəyişikliklərin ciddi əhəmiyyət kəsb etdiyini bildirib. O qeyd edib ki, xarici siyasət Azərbaycanın dünyadakı mövqeyini formalaşdıran aparıcı istiqamətlərdəndir: "Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz bu gün mürəkkəb beynəlxalq şəraitdə öz müstəqil xarici siyasət kursunu güclü iradə ilə davam etdirir. Ölkəmiz dünyada beynəlxalq siyasi dialoqun, nəqliyyat və enerji əməkdaşlığının, mədəni və humanitar təşəbbüslərin mühüm mərkəzlərindən birinə çevrilib. Azərbaycan həm Avropa, həm türk dünyası, həm islam dünyası dövlətləri, həm də Mərkəzi Asiya və Qlobal Cənub ölkələri ilə əlaqələrini ardıcıl şəkildə gücləndirir".

Deputat dövlətimizin uzun illərdir peşəkarlıqla, uzaqgörənliklə yürütdüyü ardıcıl siyasi xəttin davamı kimi Azərbaycan Prezidentinin son dövrdə həyata keçirdiyi fəal diplomatik təmaslara diqqət çəkib: "Prezident İlham Əliyevin Gürcüstana dövlət səfəri, Türkiyədə, Antalya Diplomatiya Forumu çərçivəsində keçirdiyi çoxsaylı görüşlər, Latviya və Ukraynanın prezidentlərinin, Litva, Çexiya, İtaliyanın baş nazirlərinin ölkəmizə səfərləri, Slovakiyanın Baş naziri Robert Fitsonun dövlətimizin başçısının Avropa Parlamenti ilə bağlı fikirlərinə açıq dəstəyini ifadə etməsi ölkəmizin xarici siyasətinin uğurlarıdır. Eləcə də mayın 15-də Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının növbəti qeyri-rəsmi zirvə görüşündə Azərbaycanın iştirakı və nəhayət, mötəbər, qlobal əhəmiyyətli tədbirlərdən olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakıda keçirilməsi Azərbaycanın dünya miqyasında qazandığı nüfuzu bir daha təsdiqləyir".

"Sözügedən proseslərə Azərbaycan diplomatlarının gündəlik, bəzən görünməyən, lakin son dərəcə məsuliyyətli xidməti də öz töhfəsini verir. Diplomatlarımız arxa cəbhənin peşəkar əsgərləridir. Mən bu sahədə uzun illər çalışmış bir insan kimi deyə bilərəm ki, diplomatlarımız çox vaxt qürbətdə - Azərbaycanın hüdudlarından kənarda, fərqli siyasi və ictimai mühitdə, beynəlxalq qeyri-sabitlik fonunda ölkəmizin milli maraqlarının qorunması üçün çalışırlar. Ona görə də peşə öhdəliklərindən irəli gələn, hər an hazırlıq və çeviklik tələb edən həyat tərzi diplomatlarımızın sosial müdafiəsinin daha da gücləndirilməsini zəruri edir. Bu baxımdan düşünürəm ki, diplomatların dəstəklənməsi yalnız sosial siyasət məsələsi deyil, bu dövlət strategiyası, Azərbaycanın qlobal mövqelərinin daha da möhkəmləndirilməsi məsələsidir. Ona görə də hesab edirəm ki, "Diplomatik xidmət haqqında" qanuna təklif olunan dəyişikliklər olduqca lazımi və gözlənilən bir addımdır", - deyə Günay Əfəndiyeva əlavə edib. 


Təhminə VERDİYEVA,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kiyev ballistik raketlərlə vurulub, ölən və xəsarət alanlar var YENİLƏNİB 2

09:24
02 İyun

Erkən ölüm riskini artıran məhsullar açıqlanıb

09:22
02 İyun

“Bakı Enerji Həftəsi” Türkiyə mediasının diqqət mərkəzindədir

09:20
02 İyun

Tramp: İranla ABŞ arasında razılaşma gələn həftə yekunlaşa bilər

09:19
02 İyun

Avropa çempionatı: Azərbaycanın minifutbol millisi Qazaxıstanı məğlub edib

09:18
02 İyun

Bakıda D-8 ölkələrinin enerji nazirlərinin ilk iclası olub

09:15
02 İyun

"CandyFest" yay festivalının ilk günü xoş anlarla yadda qaldı

08:55
02 İyun

Uzaq yolu yaxın edənlər

08:50
02 İyun

Milli iradəyə söykənən müstəqil siyasət 

08:45
02 İyun

Diplomatların fəaliyyət səmərəliliyinin yüksəlməsinə xidmət edən dəyişikliklər

08:40
02 İyun

Müstəqilliyin Qarabağ zirvəsi

08:35
02 İyun

Rəqabət kəskinləşir, qarşılıqlı ittihamlar artır

08:30
02 İyun

Azərbaycanın uğurlu tərəfdaşlıq modeli

08:27
02 İyun

AÇG-dən sərbəst təbii qazın hasilatına başlandı

08:25
02 İyun

Azərbaycan enerji sahəsində qlobal əməkdaşlığın vacib iştirakçısıdır

08:20
02 İyun

Azərbaycanın qlobal proseslərə təsir imkanları genişlənib

08:15
02 İyun

Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti turizmin inkişafına yeni dinamika gətirəcək

08:10
02 İyun

Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Belarusda səfərdə olub

08:05
02 İyun

Azərbaycan bu gün qlobal proseslərdə söz sahibi kimi qəbul olunur 

08:00
02 İyun

"Bakıxanov Trikotaj" ASC-nin səhmdarlarının nəzərinə

02:50
02 İyun

Bakı Enerji Həftəsinin ilk günü başa çatıb - YENİLƏNİB  

22:55
01 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!