02 Avqust 2024 18:07
165
İDMAN
A- A+

Türkiyə Cüdo Federasiyasının prezidenti: Azərbaycanın Parisdə qazandığı medallar bizi də həvəsləndirir

 

Azərbaycan idmançılarını Paris Olimpiadasındakı möhtəşəm çıxışı münasibətilə səmimi qəlbdən təbrik edirəm. Dördilliyin ən mötəbər turnirində iki qızıl medal qazanmaq doğrudan da böyük uğurdur. Qardaş ölkə olaraq daim Azərbaycanımızı dəstəkləyir və sizinlə qürur duyduğumuzu bilməyinizi istəyirik.

Bu sözləri AZƏRTAC-a eksklüziv müsahibəsində Türkiyə Cüdo Federasiyasının prezidenti Sezər Huysuz deyib.

Federasiya rəhbəri bildirib ki, Azərbaycanın “Paris-2024”də əldə etdiyi medallar onlara xüsusi motivasiya verir: “Bu, hər zaman belədir. Bizim uğurumuz Azərbaycanı, Azərbaycanın uğuru isə bizləri həvəsləndirir. Olimpiya kəndində azərbaycanlı qardaşlarımızla eyni binada qalırıq. Eyni sevinci, eyni kədəri yaşayırıq. Türk millətinin əldə etdiyi hər qələbə bizim xoşbəxtliyimizə səbəb olur. Türk dünyasının idman aləmində söz sahibi olduğunu görmək bizi qürurlandırır. Cüdo üzrə Özbəkistan, Qazaxıstan və Azərbaycan milli komandalarının hazırda aktivində qızıl medallar var. Türklər hər zaman birlikdə hərəkət etsə, uğurlarımızın sayı daha da artacaq”.

S.Huysuzun sözlərinə görə, Azərbaycan Cüdo Federasiyası (ACF) son 3-4 ildə xeyli inkişaf edib: “Rəşad Nəbiyev prezident, Elnur Məmmədli vitse-prezident təyin olunduqdan sonra ACF-nin uğurlarına tez-tez şahidlik edirik. Rəhbər şəxsləriniz idmançılarla çox yaxşı dioloq qura bilirlər. Bu federasiya ilə əməkdaşlığımız həmişə davam edir. Azərbaycan cüdosunun hazırda gəldiyi səviyyə gözardı edilə bilməz. İldən-ilə artan uğurların səbəbi idman təhsilinə verilən önəm və infrastrukturun güclü olmasıdır”.

Federasiya rəhbəri Türkiyənin cüdo yığmasının Olimpiadadakı çıxışını da dəyərləndirib: “İdmançılarımız hələ ki yüksək nailiyyətlər eldə edə bilməyiblər. Qadın cüdoçumuz Kayra Sayit yarımfinaldadır. Ümid edirik ki, o, mərhələ adlayaraq finaldakı rəqibini məğlub edər və biz də nəhayət ilk medalımıza qovuşarıq. Hazırda istəyimiz budur. Sabah isə komanda yarışları var. Bu yarışlarda da ölkəmizi ən yaxşı şəkildə təmsil edib, Vətənə qayıtmaq istəyirik”.

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu Alfonso Dominqes (92 kiloqram) isə yarımfinala vəsiqə qazanmaqla ən azı bürünc mükafatı təmin edib. Bu göstərici ilə Azərbaycan medal sıralamasında hələlik 15-ci sıradadır. Türkiyə isə əldə etdiyi 1 gümüş və 1 bürünc mükafatla 35-ci pillədə yer alır.

Paris Olimpiadasına avqustun 11-də yekun vurulacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video