Ankara, Bakı və Daşkənd qarşılıqlı etimad və hörmət prinsipinə əsaslanan sıx strateji tərəfdaşlıq və əməkdaşlığın inkişafı istiqamətində növbəti addımların atılmasında qətiyyətlidir.
AZƏRTAC xəbər verir ki, bu barədə yanvarın 29-da Ankarada Türkiyə, Azərbaycan və Özbəkistanın xarici işlər, ticarət və nəqliyyat nazirlərinin üçtərəfli görüşünün nəticələrinə dair qəbul edilmiş Ankara Bəyannaməsinin mətnində qeyd olunur.
Nazirlər Türkiyə, Azərbaycan və Özbəkistanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığını, beynəlxalq hüquq norma və prinsiplərinin və BMT Nizamnaməsinin sarsılmazlığını dəstəkləməyə hazır olduqlarını xüsusi vurğulayıblar.
Üç ölkənin nümayəndələri ticarət, investisiya, sənaye, energetika, nəqliyyat, logistika, rəqəmsallaşma və rabitə sahələrində birgə layihələrin təşviqinə və icrasına hazır olduqlarını bəyan ediblər.
Bəyannamədə Türkiyə, Azərbaycan və Özbəkistanın tranzit potensialının artmasında mühüm rol oynayan Orta Dəhliz mövzusuna xüsusi diqqət ayrılıb.
Türkiyə, Azərbaycan və Özbəkistanın “böyük tranzit potensialının” üzə çıxarılması baxımından əhəmiyyətli olan “TRACECA” (Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi) proqramı çərçivəsində tərəfdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb.
Ankara Bəyannaməsində üç ölkənin regional və beynəlxalq müstəvidə əməkdaşlığının ümumi maraq və prioritetlərə uyğun şəkildə daha da möhkəmləndirilməsinin əhəmiyyəti, həmçinin Ankara, Bakı və Daşkəndin suverenliyinə və ərazi bütövlüyünə zərər vurmaq cəhdlərinin qarşısının alınması istiqamətində bu üç ölkənin birgə addım atmaq əzmini dəstəkləmək qeyd olunub.
Orta Dəhlizin potensialının və rəqabət qabiliyyətinin artırılmasına töhfə verəcək yeni layihələrin həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Bununla bağlı Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi layihələrin daha da inkişaf etdirilməsinə tam dəstək bəyan edilib.
Nəqliyyat sahəsində əməkdaşlığın dərinləşdirilməsi, regional əlaqələrin və nəqliyyat sistemlərinin dayanıqlılığının gücləndirilməsinə yönəlmiş Fəaliyyət Planının qəbul edilməsindən məmnunluq ifadə olunub.
Ankara Bəyannaməsində Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası mövzusuna ayrıca diqqət ayrılıb.
Ölkəmizin işğaldan azad edilmiş ərazilərinə insanların təhlükəsiz və layiqli qayıdışını təmin edəcək səylərin əhəmiyyəti qeyd olunub. Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən investisiya layihələrinə xüsusi diqqət yetirildiyi vurğulanıb.
Azərbaycanda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) nəticələrindən məmnunluq ifadə olunub.
Sağlam dişlərin sirri
Yenilənmiş "Şəmkir" futbol klubunun təqdimat mərasimi keçirilmişdir
XX əsr qəzəlimizin Vahidi
QƏZƏLLƏR
"Xankəndi" iş başında
Dövlət növbəti dəfə sahibkara sahib çıxdı
Azərbaycan İlahiyyat İnstitutunun tələbələri təhsillərini Türkiyədə davam etdirəcəklər
Türkiyədə Xocalı soyqırımına həsr olunmuş konfrans keçirilib
ABŞ-nin Mayami-Deyd dairəsində 26 fevral tarixi Xocalının Anım Günü elan edilib
İşğaldan azad olunmuş ərazilərimiz geniş tikinti meydanına çevrilib
Fransa tarixi haqsızlıq qarşısında utanmalıdır
Ermənistan militarizasiya siyasəti həyata keçirir
Belə bir məhkəmə bir gün Koçaryan üçün də qurulacaq
Avropa Parlamentinin qərəz dolu Cənubi Qafqaz siyasəti
Azərbaycan-Çin strateji tərəfdaşlığı - Avrasiyada iqtisadi sabitliyə və inkişafa xidmət edən əməkdaşlıq
Diplomatik xidmət haqqında
"Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 109-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə
Qazaxıstan Energetika Nazirliyi Xəzər Boru Kəməri Konsorsiumun obyektinə hücumla bağlı məsələyə aydınlıq gətirib
Bakıda NATO-nun mobil təlim qrupunun kursu keçirilir
Bolqarıstan mətbuatında azərbaycanlıların doğma torpaqlarına qayıdışı geniş işıqlandırılıb
Rusiya-ABŞ danışıqları başa çatıb
Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib YENİLƏNİB12 Fevral 2025
Yeni dövrün əsas hədəfləri12 Fevral 2025
Sabitliyin Azərbaycan nümunəsi11 Fevral 2025
"Biz gələcəyimizi dayanıqlı iqtisadiyyatda görürük"09 Fevral 2025
Müstəqilliyin uğur formulu: qətiyyətli lider və qüdrətli dövlət08 Fevral 2025
FƏRQLİ LİDER, SÖZÜNÜN SAHİBİ07 Fevral 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
BE | ÇA | Çə | CA | Cü | Şə | Bz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 |
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!