19 Fevral 2025 09:05
840
İDMAN
A- A+
Yenilənmiş "Şəmkir" futbol klubunun təqdimat mərasimi keçirilmişdir

Yenilənmiş "Şəmkir" futbol klubunun təqdimat mərasimi keçirilmişdir


Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Şəmkir RİH-in başçısı Rəşad Tağıyev, ictimaiyyətin nümayəndələri və sahibkarlar iştirak etmişlər.

Əvvəlcə qonaqlara klubun tarixi haqqında videoçarx təqdim olunmuş, sonra klubun hazırkı durumu, gələcək layihələr haqqında məlumat verilmişdir. Qeyd edilmşdir ki, komandanın əsas məqsədi hazırda çıxış etdiyi liqada yüksək yer uğrunda mübarizə aparmaq və yuxarı liqalara çıxmaqdır. Qarşıya qoyulan məqsədlərdən biri də rayonda futbolu, xüsusən uşaq futbolunu inkişaf etdirmək, əhalidə idmana marağı artırmaqdır. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Rəşad Tağıyev klubun yenidən formalaşdırılmasına töhfə vermiş hər kəsə təşəkkürünü bildirmiş, klub rəhbərliyinin "Şəmkir"in şanlı tarixini bərpa edəcəyinə inandığını bildirmiş, rayon rəhbərliyinin bu istiqamətdə onlara dəstək göstərəcəyini diqqətə çatdırmışdır.

Sonra Futbolun İnkişaf Fondunun icraçı direktoru Tural Piriyev fondun regionlardakı fəaliyyəti, "Şəmkir" futbol klubu ilə birgə layihələr və kluba dəstək imkanları barədə təqdimatla çıxış etmişdir. Təqdimat mərasimində veteran futbolçular, "Şəmkir" futbol klubunun baş məşqçisi Vüqar Nadirov, klubun idarə heyətinin üzvləri çıxış edərək rayon ictimaiyyətini kluba dəstək olmağa çağırmışlar.

Yerli sahibkarlar və ziyalılar çıxışlarında klubun inkişafı üçün əllərindən gələni əsirgəməyəcəklərini bildirmiş, bu istiqamətdə müxtəlif  təkliflər səsləndirmişlər.

Sonda "Şəmkir" futbol klubunun hər zaman elit liqalar üçün mübarizə apara biləcək səviyyəyə gətirilməsi istiqamətində görüləcək işlər ətrafında müzakirələr aparılmişdır.


Sabir ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

FHN: Ağsudakı zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb  

10:43
18 Yanvar

Avropa İttifaqına üzv ölkələrin səfirlərinin fövqəladə iclası çağırılıb  

10:37
18 Yanvar

Ağsuda zəlzələ olub 

10:34
18 Yanvar

BMT-nin okeanla bağlı sazişi qüvvəyə minib

10:03
18 Yanvar

Kir Starmer: ABŞ-ın tarif tətbiqi tamamilə yanlışdır

09:41
18 Yanvar

Kosmonavtları Aya aparacaq raketin sınaqları başlayıb

09:03
18 Yanvar

Avropa İttifaqı ilə MERCOSUR arasında azad ticarət sazişi imzalanıb  

23:41
17 Yanvar

Müasir İncəsənət Muzeyində "Qeyzer" adlı müasir incəsənət sərgisinin açılışı olub  

23:03
17 Yanvar

Ukrayna Rusiyanın hava hücumundan müdafiə vasitələrini və dron anbarını vurub  

20:16
17 Yanvar

Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə görüşüb  

19:46
17 Yanvar

Fövqəladə Hallar Nazirliyi hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  

19:33
17 Yanvar

Serdar Ünsal: Azərbaycan xalqı müstəqilliyin əldə olunmasında iradə nümayiş etdirib  

19:25
17 Yanvar

ABŞ konqresmenləri Danimarka və Qrenlandiyaya dəstək verdiklərini bəyan ediblər  

19:03
17 Yanvar

Sabah Səudiyyə Ərəbistanında çoxmillətli hərbi təlimlərə start verilir  

18:51
17 Yanvar

Alman mediası Azərbaycan qazının Almaniya və Avstriya bazarına ixracına geniş yer verib  

18:27
17 Yanvar

Pediatr: Antibiotiklərin səbəbsiz istifadəsi uşağın immun sisteminə mənfi təsir göstərir  

18:13
17 Yanvar

Vitali Kliçko: Kiyevdə 6000 evin istilik problemi həll edilib  

17:49
17 Yanvar

CAR mətbuatında “Azərbaycan 20 Yanvar faciəsinin 36-cı ildönümünü qeyd edir” adlı məqalə dərc edilib  

17:43
17 Yanvar

Suriyanın Əl-Məşrəfa kəndi qaçaqmalçılıq mərkəzindən turizm məkanına çevrilib  

17:01
17 Yanvar

ABŞ Prezidenti Türkiyə Prezidentini Qəzza Sülh Şurasında təsisçi üzv olmağa dəvət edib  

16:23
17 Yanvar

Afrikanın cənubunda daşqınlar nəticəsində 200-dən çox insan ölüb  

15:49
17 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!