19 Fevral 2025 08:00
728
İQTİSADİYYAT
A- A+
Azərbaycan-Çin strateji tərəfdaşlığı - Avrasiyada iqtisadi sabitliyə və inkişafa xidmət edən əməkdaşlıq 

Azərbaycan-Çin strateji tərəfdaşlığı - Avrasiyada iqtisadi sabitliyə və inkişafa xidmət edən əməkdaşlıq 


Son dövrlər Azərbaycanla Çin arasında iqtisadi əlaqələr sürətlə genişlənir. Bu yöndə Strateji Tərəfdaşlıq Bəyannaməsinin imzalanması mühüm rol oynayır. 

Məlumat üçün bildirək ki, hazırda Çin ölkəmizlə xarici ticarətdə ixrac üzrə 4-cü, idxal üzrə isə 1-ci  yerdədir. Bununla belə, perspektivlərdən tam istifadə olunduğunu demək hələ tezdir. 

Prezident İlham Əliyev Davosda Çinin CGTN kanalına verdiyi müsahibəsində iki ölkə arasında siyasi və iqtisadi əlqaqələrin mövcud vəziyyəti ilə yanaşı, perspektivlərdən də danışmışdır. Bu perspektivlərə investisiya, innovativ texnologiyalar, xüsusən "yaşıl enerji" sahəsində geniş əməkdaşlıq imkanları daxildir. Ən önəmlisi isə odur ki, hər iki tərəf bu sahələr üzrə əməkdaşlığın genişlənməsinə  böyük maraq göstərir.

Dövlət başçısı sözügedən müsahibədə vurğulamışdır ki, "yaşıl enerji" layihəsinin icrasında Azərbaycan şirkətləri Çinin texnologiyalarından istifadə edirlər. Ölkəmizdə günəş və külək enerjisinin istehsalının 2027-ci ildə 2 giqavat həcminə çatdırılmasının nəzərdə tutulduğunu deyən Prezident İlham Əliyev 2030-cu ildə bu rəqəmin 6 giqavata çatdırılacağını diqqətə çatdırmışdır. O da qeyd olunmuşdur ki, Azərbaycan bu sahədə Çin investisiyalarından və texnologiyalarından istifadəyə üstünlük vermək niyyətindədir.

Bu gün Çinlə Azərbaycanın  əsas əməkdaşlıq etdiyi sahə həmçinin Orta dəhlizdir. Orta dəhlizin hər iki ölkə üçün strateji əhəmiyyəti var. Bu sahədə Çinlə Azərbaycan rəsmilərinin tez-tez görüşüb müzakirələr aparmalarının səbəbi də bunu təsdiq edir. Hədəf beynəlxalq əhəmiyyətli bu ticarət dəhlizinin tranzit imkanlarını daha da genişləndirməkdir.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) Şərqi Asiya üzrə eksperti Vüsal Quliyev deyir: "2024-cü ildə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi iki ölkə arasında daha sıx inteqrasiyanın formalaşmasına zəmin yaratdı. Hazırda bu strateji tərəfdaşlıq iqtisadi və ticarət əlaqələrindən başlayaraq enerji, nəqliyyat-kommunikasiya sahələrinə, eləcə də yeni nəsil texnologiyalar və rəqəmsal infrastrukturun inkişafına qədər geniş sahələri əhatə edir".

Vüsal Quliyev iki dövlət arasında qarşıdakı dövrdə yeni əməkdaşlıq imkanlarının yaranacağına da əmindir: "Azərbaycanın iqtisadi siyasətinin əsas istiqamətlərindən biri də xarici sərmayə axınını təşviq etməkdir. O cümlədən Çin mənşəli şirkətlərin iri investisiya və texnologiya layihələrində iştirakı üçün optimal şərait yaradılır. Hazırda Çinin Azərbaycanla alternativ enerji mənbələri üzrə əməkdaşlıqlar qurması üçün geniş imkanlar mövcuddur".

Mütəxəssisin fikrincə, beynəlxalq nəqliyyat və logistika sahəsindəki əməkdaşlıq iki ölkə arasında strateji istiqamətlərdə ən önəmli sahəyə çevrilir. Orta dəhliz Azərbaycan-Çin strateji tərəfdaşlığında vacib rol oynayır. Şərqi Avropada baş verən hərbi münaqişə və gərgin geosiyasi mənzərə fonunda Çin mənşəli məhsulların Avropa bazarlarına təhlükəsiz və sürətli nəqli üçün alternativ və etibarlı tranzit yolu kimi Orta dəhlizin əhəmiyyəti günbəgün artmaqdadır. İkitərəfli güclü diplomatik və kommersiya əlaqələrinin formalaşması bu çoxmodullu beynəlxalq qatar-bərə yolunun özünü iqtisadi və siyasi cəhətdən doğrultması baxımından önəmlidir.

Ekspert həmçinin qeyd edir ki, Orta dəhlizin optimallaşdırılması və ötürücülük potensialının artırılması Azərbaycan üçün yalnız tranzit gəlirlərinin artması kimi deyil, eyni zamanda beynəlxalq ticarətdə strateji mövqeyinin gücləndirilməsi, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və regional inteqrasiyanın dərinləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir. V.Quliyev deyir: "Azərbaycan Orta dəhliz vasitəsilə Çinin Avropaya çıxışını təmin edən ən vacib ölkələrdən birinə çevrilib. Bu yol həmçinin marşruta daxil olan digər dövlətlər üçün də iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, Azərbaycan Orta dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu, eləcə də Bakı limanı kimi quru və dəniz əsaslı fiziki və rəqəmsal infrastruktur layihələri vasitəsilə regional logistik qovşaq kimi mövqeyini daha da möhkəmləndirir".

"Bu əməkdaşlıqlar Orta dəhlizin inkişaf perspektivlərini genişləndirə və onun səmərəli nəqliyyat şəbəkəsinə çevrilməsinə töhfə verə bilər. Bütövlükdə, Azərbaycan-Çin strateji tərəfdaşlığı iki ölkənin milli maraqları ilə yanaşı, Avrasiya regionunda iqtisadi sabitliyin və inkişafın təmin edilməsinə töhfə vermə potensialına malikdir", - deyə ekspert bildirib.


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa İttifaqı enerji qiymətlərinin artmasından narahatdır

11:43
10 Mart

Yaxın Şərqdəki vəziyyətlə bağlı BƏƏ-dən azərbaycanlıların təxliyəsi davam edir

11:31
10 Mart

Yanvarda paytaxt əhalisi ödənişli xidmətlər üçün 740 milyon manat xərcləyib  

11:30
10 Mart

İran: Hücumlar başa çatanadək neft blokadası davam edəcək

11:29
10 Mart

Dünya bazarında qızıl və gümüş bahalaşıb

11:28
10 Mart

Dünya birjalarında neft ucuzlaşıb

11:14
10 Mart

Ötən ay Bakıda pərakəndə ticarət dövriyyəsinin həcmi 4 faizdən çox artıb

11:13
10 Mart

Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb  

11:08
10 Mart

Ötən gün 49 cinayətin açılması təmin edilib

11:07
10 Mart

Daha 200 Azərbaycan vətəndaşı Yaxın Şərqdən təxliyə edilir

10:45
10 Mart

İstismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək

10:44
10 Mart

Media: Şimali Kiprdə F-16-ların dislokasiyası Afina və Parisə cavabdır

10:24
10 Mart

Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi üzrə ombudsmanın ictimai sorğusu 

10:23
10 Mart

Qlobal silah ixracı artıb

10:10
10 Mart

Azərbaycan Prezidentinin tapşırığı ilə İrana humanitar yardım yola salınıb

10:03
10 Mart

Küləklə gələn yazın müjdəsi - Yel çərşənbəsi 

10:01
10 Mart

Azərbaycan neftinin qiyməti 103 dolları ötüb

09:58
10 Mart

Abbas Əraqçi: İran ABŞ ilə danışıqları davam etdirməyi düşünmür

09:41
10 Mart

CNN: Neft qiymətlərinin artması ABŞ administrasiyasında narahatlıq yaradıb

09:33
10 Mart

ABŞ Prezidenti: Biz İrandakı bütün qüvvələri tamamilə məhv etdik

09:24
10 Mart

NYT: İran ABŞ-nin gözlədiyindən daha çox hərbi əməliyyata hazırdır

09:22
10 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!