31 Avqust 2023 09:10
3472
SİYASƏT
A- A+
Türk dünyasının Zəfər sevinci

Türk dünyasının Zəfər sevinci

 

Azadlıq gününün 101-ci ildönümü qardaş Türkiyə ilə yanaşı, Azərbaycanda da təntənə ilə qeyd edildi

 

Dünən qardaş Türkiyədə Zəfər bayramı və Silahlı Qüvvələr Günü qeyd olundu. Qazi Mustafa Kamal Atatürkün komandanlığı ilə 101 il öncə qazanılan möhtəşəm zəfərin sevinci təkcə qardaş ölkədə deyil, bütün türk dünyasında qürurla paylaşıldı.
Türkiyə xalqının yaddaşına azadlıq günü kimi həkk edilən bu bayram günü Prezident Rəcəb Tayyib Ərdoğan Qurtuluş Savaşının öndəri, Türkiyə Cümhuriyyətinin banisi və ilk Prezidenti Mustafa Kamal Atatürkün mavzoleyi olduğu Anıtqəbiri ziyarət edib xatirə kitabına ürək sözlərini yazıb. Prezident qeyd edib ki, türk millətinin azadlıq və istiqlal ideyasının ölməz abidəsi kimi təsvir edilən böyük zəfərin 101-ci ildönümünü qeyd etmək qürurvericidir. Bu gün türk xalqı şanlı tarixin dönüş nöqtələrindən biri olan böyük Atatürkü və onun döyüş yoldaşlarını, əziz şəhidləri rəhmətlə yad edir: "Çağdaş sivilizasiyalar səviyyəsinə yüksəlmək məqsədimizin simvoluna çevrilmiş Türkiyə yüzilliyi baxışımızı böyük əzmlə dövlət və millətlə əl-ələ verib həyata keçiririk. Ölkəmizi hədəfləri ilə, millətimizi isə əsrlər boyu arzuları ilə bir araya gətirənə qədər gecə-gündüz çalışmağa davam edəcəyik".
Bu il oktyabr ayında 100 illik yubileyini qeyd edəcək Türkiyə Cümhuriyyəti, həqiqətən də, ötən illər ərzində keçdiyi yüksək inkişaf yolu ilə dünyada böyük nüfuza sahib olan dövətlərdən birinə çevrilib. Son 20 ildə bu ölkənin hərtərəfli tərəqqisi, bütün sahələrdə qazanılan möhtəşəm nailiyyətləri onu deməyə əsas verir ki, böyük öndər Mustafa Kamal Atatürkün qurduğu dövlət etibarlı əllərdədir. 
Əgər ölkənin təkcə hərbi sənayesinin son 10 ildə qazandığı nailiyyətlərə nəzər yetirsək görərik ki, Türkiyə bir çox dövlətlərin 100 ildə nail ola bilmədiklərinə qısa zamanda sahiblənib. Dünyanın dəyişən geosiyasi reallıqları fonunda Türkiyə güc sahibi kimi həm yerləşdiyi regionda, həm də beynəlxalq miqyasda tam müstəqil diplomatiya yürütməklə strateji tərəfdaşlarının sayını artırıb. Bu illər ərzində siyasi və iqtisadi baxımdan sürətli inkişaf yolu keçən Türkiyə "Böyük İyirmilik" sırasında mühüm yer tutub və dünyada söz sahibi olan əsas dövlətlərdən birinə çevrilib. 
Bu gün Türkiyə Silahlı Qüvvələri hərbi gücü ilə dünyanın ən qüdrətli orduları sırasında yer alır. Qardaş ölkə silahlı birləşmələrinin şəxsi heyətinin sayı baxımından NATO dövlətləri arasında ikinci yerdə qərarlaşıb. Hazırda Türkiyə təkcə hərbi gücünə görə yox, eyni zamanda  iqtisadi nailiyyətlərinə, siyasi çəkisinə, qlobal proseslərdə oynadığı rola görə dünyanın güclü dövlətlərindən biridir .
Türkiyənin güclənməsi, uğurları Qərbdəki bəzi dairələri daim narahat edib. Həmin qüvvələr hansısa formada bu ölkəyə təzyiq göstərmək üçün daim əllərindən gələni edirlər. Lakin heç bir halda istəklərinə nail ola bilmirlər. Türkiyədəki vahid xalq-iqtidar birliyi bütün çətinliklərdən üzüağ çıxmağa imkan yaradıb. 
Bu vəziyyəti dəyərləndirən Prezident İlham Əliyev qeyd edib ki, 1992-ci illə bugünkü vəziyyəti müqayisə etmək olmaz. Bu gün Türkiyə nəinki bölgədə, dünya miqyasında güc mərkəzidir. Bunu Qərbdə bir çox dairələr qəbul etmək istəmirlər, çünki bu, onları qıcıqlandırır: "Onlar öyrəşiblər, təəssüf ki, keçən əsrdə bəzi hallarda onların sözü Türkiyə siyasətində çox böyük dəyər təşkil edirdi. Ancaq bu gün Türkiyə tam müstəqil siyasət aparır və dünya miqyasında gücə çevrilib. Hansı məsələ bizim bölgəmizdə Türkiyəsiz həll olundu? Baxın, Suriyada, Liviyada, Orta Şərqdə, bizim bölgədə Türkiyə söz sahibidir və bu, reallıqdır. Onunla hesablaşmaq lazımdır".
Bütün bunlara misal olaraq 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhdin qarşısının alınmasına diqqət yetirmək yetərlidir. Məhz elə çətin məqamda xalq dövlətinə sahib çıxıb Prezident Rəcəb Tayyib Ərdoğanın ətrafında birlik nümayiş etdirdi və bu mütəşəkkillik çevrilişin baş tutmasına imkan vermədi. Xalq-iqtidar birliyinin uğuru ölkənin həm daxildən güclənməsinə, həm də regional və beynəlxalq məsələlərdə daha qətiyyətli mövqe nümayiş etdirməsinə real zəmin yaratdı. 
Ümumiyyətlə, Türkiyə Rəcəb Tayyib Ərdoğanın yürütdüyü müstəqil siyasətlə son 20 ildə böyük tarixi yol qət edərək dayanıqlı inkişafını qoruyub saxlaya bilib. Bunun müqabilində isə modern sənayesinin inkişafı ilə dünyanın diqqətini hər zaman özünə yönəldib. 
Bu gün daha güclü Türkiyə sürətlə inkişaf edən milli hərbi sənayesi ilə dünyaya meydan oxuyur. Qlobal siyasətdə böyük rol oynayan Türkiyənin razılığı olmadan regionda heç bir siyasi proses həyata keçirilmir. Bütün bunların arxasında Türkiyənin iqtisadi və hərbi qüdrəti dayanır. 
Zəfər bayramının 101-ci ildönümü münasibətilə avqustun 30-da qardaş ölkədə təşkil olunan sayca 8-ci "TEXNOFEST" sərgisində nümayiş etdirilən müasir texnikalar bir daha deyilənləri təsdiqləyir. Dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı hesab edilən sərgidə müdafiə şirkətləri, elm ocaqları və araşdırma mərkəzləri öz məhsullarını təqdim edirlər.
İlk dəfə 2018-ci ildə keçirilən "TEXNOFEST" bu il Türkiyədə 7-ci, ümumilikdə isə biri Azərbaycanda olmaqla 8-ci dəfə keçirilir. Sərgidə Azərbaycan Ordusunun "Su-25" qırıcıları xüsusi diqqət çəkib. Su-25 ML "Laçın" adlandırılan təyyarə Türkiyədə modernləşdirilib.
Beynəlxalq arenada mövqelərini əzmlə möhkəmləndirən, yeni-yeni sosial-iqtisadi layihələr əsasında bütün sahələr üzrə sürətlə inkişaf edən Türkiyə müdafiə qüdrətini və iqtisadi yüksəlişini dünyanın aparıcı dövlətləri ilə eyni səviyyəyə çatdırmaqda qərarlıdır. Siyasətinin təməlində milli təhlükəsizliyin qorunması, ölkənin müdafiə qüdrətinin yüksəlişi, xalqın rifahının təmin edilməsi və s. Türkiyənin dövlət siyasətinin təməl prinsipləridir.
Ümumiyyətlə, Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra bütün istiqamətlərdə olduğu kimi, hərbi sahədə də ölkəmizə kompleks yardımını əsirgəməyən qardaş Türkiyə Milli Ordumuzun qurulmasında və inkişafında böyük səylər göstərib. Məhz bu əməkdaşlığın nəticəsidir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu Vətən müharibəsində parlaq qələbə qazanaraq 30 illik işğala son qoyub. Şanlı Azərbaycan Ordusu qəhrəmanlıq nümunəsi göstərərək 44 günə Azərbaycanın ərazi bütövlüyünü təmin edib.
İkinci Qarabağ müharibəsində Türkiyə istehsallı silah və texnika Ermənistan ordusunun məhv edilməsində xüsusi rol oynayıb. Bu müharibədən sonra Türkiyənin PUA satışlarında ciddi artım qeydə alınıb. Məlumata görə, bir çox Afrika və Asiya ölkələri Türkiyədən "Bayraktar TB2" PUA-sını sifariş edib. Ukraynadakı müharibə isə bu sistemlərin nə qədər önəmli olduğunu bir daha göstərib. 
Avqustun 30-da Bakıda da qardaş ölkənin Zəfər bayramı təntənəli şəkildə qeyd edilib. Bu münasibətlə təşkil olunan mərasimdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib: "105 il bundan əvvəl azərbaycanlı qardaşlarımızla çiyin-çiyinə Azərbaycanın azadlığı uğrunda mübarizə aparan türk əsgərlərinin bir çoxu Şəhidlər xiyabanında Azərbaycan şəhidləri ilə bir məkanı paylaşırlar. Azərbaycanın hər yerində Türkiyə şəhidlərinin xatirəsinə böyük ehtiram duyulduğunun şahidi oluruq. Şəhidlərimiz 105 il bundan əvvəl "bir millət, iki dövlət" ifadəsinin sarsılmazlığını sübuta yetirdilər. Biz bu qardaşlığımızın sarsılmazlığını inamla davam etdirəcəyik".
Cahit Bağçı 101 illiyi qeyd olunan bu böyük qələbənin türk millətinin sarsılmazlığının və iradəsinin nümunəsi olduğunu vurğulayıb.
Heydər Əliyev adına Hərbi İnstitutda təşkil olunan tədbirdə isə qeyd edilib ki, Mustafa Kamal Atatürkün komandanlığı altında qazanılan möhtəşəm tarixi zəfər türk xalqının hərb tarixinə yazılan ən şərəfli səhifələrdən biridir. Türk ordusu tarixboyu düşmənlərinə qarşı qətiyyətlə savaşaraq igidlik, qəhrəmanlıq nümayiş etdirib, döyüş meydanında hər zaman hünər göstərərək şanlı qələbələrə imza atıb. 
Bu gün Azərbaycan-Türkiyə qardaşlığının dünyada tayı-bərabəri və bənzəri yoxdur. Bu sarsılmaz bağlılıq getdikcə daha da möhkəmlənməkdədir. 

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb  

20:17
18 Dekabr

Belarus Prezidenti: Minsk ölkənin qapalı və təcrid olunması barədə Qərbin formalaşdırdığı mifi məhv edib  

19:11
18 Dekabr

Aleksandr Lukaşenko: Dünyada üç güc qütbü var – Çin, Rusiya və ABŞ  

19:03
18 Dekabr

BMT-nin rezident-əlaqələndiricisi minatəmizləmə fəaliyyəti barədə məlumatlandırılıb  

18:59
18 Dekabr

YAP Gənclər Birliyi hesabat verib  

18:51
18 Dekabr

MDB iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının 74-cü iclası keçirilib  

18:48
18 Dekabr

Kreml Amerika tərəfi ilə Mayamidə görüşə hazırlığı təsdiqləyib  

18:41
18 Dekabr

Daha iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub  

18:33
18 Dekabr

Ekspert: Azərbaycandan Ermənistana neft yükünün tədarükü Vaşinqtonda sülhə dair əldə edilmiş razılığı təsdiqləyir  

18:23
18 Dekabr

Rəqəmsal inkişaf və nəqliyyat naziri Naxçıvanda səfərdədir  

18:18
18 Dekabr

Laçın və Xocavənd rayonlarının meşə örtüyü və relyefinin 3D modelləri hazırlanıb  

18:02
18 Dekabr

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!