19 İyun 2025 08:35
2704
İQTİSADİYYAT
A- A+
Türk dünyasında iqtisadi əməkdaşlıq platformaları: rəqəmsal ticarət, startaplar və investisiya

Türk dünyasında iqtisadi əməkdaşlıq platformaları: rəqəmsal ticarət, startaplar və investisiya


Bu günlər "Bakı-Ekspo" Mərkəzində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) və Türkiyənin "Rok Expo" şirkətinin birgə təşkilatçılığı ilə "II Türk dövlətləri ticarət və investisiya əməkdaşlıq forumu və sərgisi" keçirilmişdir.

Tədbirin əsas məqsədi türk dövlətləri arasında ticarət əlaqələrinin genişləndirilməsi, birbaşa investisiyaların təşviqi və qarşılıqlı sərmayə imkanlarının dəyərləndirilməsi, regional layihələrin və strateji tərəfdaşlıqların daha da inkişaf etdirilməsi idi. Forum çərçivəsində yeni texnologiyaların, sənaye məhsullarının və xidmətlərin sərgisinin təşkili də bu istiqamətdə atılan addımlardandır. Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər türk dövlətlərinin rəsmi nümayəndə heyətləri, ixracatçılar, sənaye şirkətləri, investisiya qurumları və iş adamları, həmçinin regional və beynəlxalq media nümyəndələrinin iştirak etdiyi  bu forum türk dövlətləri arasında iqtisadi və ticarət əlaqələrinin gücləndirilməsi baxımından çox əhəmiyyətlidir. Belə tədbirlər,  ümumiyyətlə, türk dövlətləri arasında iqtisadi əməkdaşlığı möhkəmləndirmək, sərmayə imkanlarını genişləndirmək və ticarət əlaqələrini artırmaq məqsədini güdür. 

İyunun 10-12-də keçirilən forumda tədbir iştirakçıları ölkələrin investisiya imkanları, beynəlxalq ticarətdə mövcud çağırışlar və regional əməkdaşlıq perspektivləri barədə müzakirələr aparıblar. İştirakçılar üçün yeni biznes əlaqələri qurmaq, tərəfdaşlıq imkanlarını dəyərləndirmək və türk dünyasının vahid iqtisadi məkan kimi formalaşmasına töhfə vermək üçün unikal fürsət yaradan tədbirdə türk dövlətlərinin iqtisadiyyatı, rəqəmsal ticarət, kənd təsərrüfatı, turizm və mədəniyyət, startaplar və investisiya, o cümlədən akademik sahələri əhatə edən panel müzakirələri təşkil olunub.  Xüsusilə də "Türk dövlətləri iqtisadiyyatı", "Türk dövlətlərində kənd təsərrüfatı ticarəti və imkanları", "Kommersiya mübahisələrinin həllində arbitraj və mediasiya", "Türk dövlətlərində rəqəmsal ticarət", "Türk dünyası biznes qadınları zirvəsi", "Akademik istiqamətlər", "Startaplar və investisiyalar", "Türk dünyasında medianın gücü" mövzularında keçirilən panel müzakirələr əhəmiyyətinə görə diqqət çəkib. 

Tədbir çərçivəsində ikitərəfli görüşlər keçirilib, şirkətlərin strateji tərəfdaşlıqları qurulub və türk dövlətlərinin ortaq brendlərinin yaradılması ilə bağlı müzakirələr aparılıb. Bu cür tədbirlərdə adətən sərmayə qoyuluşu, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq və ticari mübadilənin inkişafı müzakirə olunur, eyni zamanda müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlər öz məhsul və xidmətlərini nümayiş etdirir və qarşılıqlı əlaqələr qururlar. Bu baxımdan forumla birgə təşkil olunan sərgi çərçivəsində 10 ölkədən 35-ə yaxın sahə üzrə, o cümlədən ticarət, enerji, "yaşıl iqtisadiyyat", turizm, rəqəmsallaşma və hətta kosmik tədqiqatlara qədər məhsullar və qabaqcıl texnologiyalar nümayiş etdirilib. 

Yeri gəlmişkən qeyd edək ki, indiyədək türk dövlətləri arasında iqtisadi əməkdaşlığı gücləndirmək məqsədi daşıyan bir sıra digər tədbirlər keçirilmişdir. Bu tədbirlər qardaş dövlətlər arasında iqtisadi inteqrasiya, regional əməkdaşlıq və birgə inkişaf strategiyalarının qurulması baxımından böyük əhəmiyyət kəsb edir. Məsələn, 2023-cü il 21 dekabr tarixdə keçirilən Azərbaycan-Türkiyə İnvestisiya Forumu Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi və Türkiyə Respublikasının yaranmasının 100-cü ildönümü münasibətilə Bakıda keçirilmişdir. Strateji önəm daşıyan həmin forumda təkcə iqtisadi deyil, həm də siyasi və təhlükəsizlik əməkdaşlığının dərinləşməsi üçün baza yaradılmışdır.

Ötən ilin mayında Bakıda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Türk Dövlətləri Təşkilatı (TDT) və digər tərəfdaş qurumların birgə təşkilatçılığı ilə keçirilən Türk Dövlətləri İqtisadi Forumunda da türkdilli ölkələr arasında iqtisadi əməkdaşlığın inkişafı, markaların beynəlxalq bazara inteqrasiyası və digər mövzular müzakirə olunmuşdur. Tədbirdə KOB-ların  beynəlxalq bazarlara çıxış imkanlarının artırılması, rəqəmsallaşma, logistika və ixracın təşviqi üzrə fikir mübadiləsi aparılmışdır ki, bu da türk dünyası iqtisadi məkanının formalaşdırılması istiqamətində atılmış addımdan dolayı regional əhəmiyyət daşıyır.

Türk dövlətləri arasında iqtisadi əlaqələri möhkəmləndirmək baxımından keçirilən digər iki tədbir  də əhəmiyyətinə görə diqqət çəkir. Bu ilin yanvarında Türkiyə Ticarət Nazirliyi, Azərbaycan İqtisadiyyat Nazirliyi və Özbəkistan İnvestisiya, Sənaye və Ticarət Nazirliyi tərəfindən dəstəklənən, Türkiyə Odalar və Borsalar Birliyi (TOBB), Azərbaycanın İxrac və İnvestisiya Təşviqi Agentliyi (AZPROMO) və Özbəkistanın İnvestisiya Təşviqi Agentliyi tərəfindən təşkil olunan tədbir Ankarada baş tutmuşdur. Azərbaycanın tranzit mövqeyi, Türkiyənin sənaye gücü və Özbəkistanın təbii resurslarının birləşməsi  üçtərəfli əməkdaşlıq baxımından türk dünyasının iqtisadi potensialını reallaşdırmaq üçün ideal mühit yaradır.  Bu format həm də türk dünyasında inteqrasiyanın çoxşaxəli modelidir. 

Təxminən üç ay əvvəl  bu qəbildən olan Türk İnvestisiya Fondu və Türk Ticarət və Sənaye Palataları İttifaqının (TCCI) görüşündə Türk İnvestisiya Fondu ilə TCCI arasında əməkdaşlıq memorandumu imzalanmışdır. Məlumat üçün bildirək ki, TCCI Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında iqtisadi əməkdaşlığı gücləndirmək, sahibkarlıq mühitini yaxşılaşdırmaq və birgə layihələri təşviq etmək məqsədilə təsis olunub. Üstəlik, Türk İnvestisiya Fondu  isə TDT-yə üzv ölkələr arasında iqtisadi əməkdaşlığı gücləndirmək, ticarət və investisiyaları artırmaq məqsədilə yaradılmış ilk ortaq maliyyə qurumudur. Fond 2023-cü ilin 16 mart tarixində Ankarada keçirilən TDT-nin fövqəladə zirvə görüşündə imzalanan sazişlə təsis olunmuşdur. 

Beləliklə, türk dövlətləri arasında iqtisadi əməkdaşlığı gücləndirmək məqsədi daşıyan bu forumlar ticarət əlaqələrinin genişləndirilməsi və birgə investisiya imkanlarının artırılması istiqamətində mühüm platforma rolunu oynayır. Sadalanan  təsisatlar yalnız iqtisadi əməkdaşlıq üçün deyil, həm də ortaq inkişaf və sabitlik üçün mühüm vasitədir. Bu strukturlar milli iqtisadiyyatların bir-birini tamamlamasına, sərmayə axınlarının asanlaşmasına və türk dünyasının qlobal iqtisadi sistemdə bir güc mərkəzi kimi formalaşmasına şərait yaradır.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident Ərdoğan: İran ətrafında böhranın aradan qaldırılması şansı hələ də mövcuddur

15:07
11 Mart

Mina problemi ilə əlaqədar ölkəmizin Çin ilə əməkdaşlığı genişlənəcək  

15:06
11 Mart

Kreml: İstanbul Ukrayna üzrə danışıqlar platformasıdır

15:04
11 Mart

Avropa İttifaqı Şurasının Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

15:03
11 Mart

AFFA “Neftçi”ni 23 000 manat məbləğində cərimələyib

15:03
11 Mart

Estoniya Parlamenti Naxçıvana dron hücumunu qınayan bəyanat yayıb

15:02
11 Mart

Astana, Bakı və Daşkənd Avropaya enerji körpüsü qurur

15:01
11 Mart

“Sabah”ın məşqçisinə 7, Qurban Qurbanovun köməkçilərinə 6 oyunluq cəza verilib

15:00
11 Mart

328 nömrəli körpələr evi-uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib  

14:58
11 Mart

Quba rayonunun inzibati ərazi dairəsinin tərkibinə daxil olan yaşayış məntəqələrinin adları dəyişdirilir  

14:55
11 Mart

Qazaxıstan və Azərbaycan könüllüləri Xəzərin sahillərini təmizləyiblər

14:54
11 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

14:18
11 Mart

Türkiyəyə məxsus 15 gəmi Hörmüz boğazında gözləmə vəziyyətindədir

14:18
11 Mart

Qırımızı Bazarda daha 20 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB

14:17
11 Mart

Əli Əsədov Beynəlxalq Kanoe Federasiyasının və Avropa Kanoe Assosiasiyasının prezidentləri ilə görüşüb

14:14
11 Mart

Yaponiyaya məxsus yük gəmisi Körfəzdə atəşə tutulub

13:56
11 Mart

Azərbaycanlı ailə İrandan təxliyə olunub 

13:41
11 Mart

ABŞ: İlin ikinci rübündə “Brent”in qiyməti 91 dollara yüksələ bilər

13:32
11 Mart

Xocalının Xanabad kəndinə növbəti köç olub

13:16
11 Mart

IDEA-nın aksiyası zamanı Zaqatalada 800-dən çox ağac əkilib

13:15
11 Mart

Şuşada tədris prosesi izlənilib

13:13
11 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!