11 Mart 2026 14:17
189
CƏMİYYƏT
A- A+
Qırımızı Bazarda daha 20 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB

Qırımızı Bazarda daha 20 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB


Bu gün növbəti köç karvanı ilə Qırmızı Bazar qəsəbəsinə çatan ailələrə evlərinin açarları təqdim olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qırmızı Bazara köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

Ailələr açarları sevinclə qəbul edərək, evlərində məskunlaşıblar. Yurdlarına qayıdan keçmiş məcburi köçkünlər onlara göstərilən dövlət qayğısından böyük məmnunluq duyaraq, yaradılan müasir yaşayış şəraitinə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər. Sakinlər bu tarixi Qələbəni bizə bəxş edən, torpaqlarımızı işğaldan canı bahasına azad edən qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla anıb, onlara Allahdan rəhmət diləyiblər. Eyni zamanda, döyüşlərdə şücaət göstərən qazilərimizə uzun ömür və cansağlığı arzulayan sakinlər, azad edilmiş ərazilərdəki dirçəlişin məhz bu fədakarlıq sayəsində mümkün olduğunu diqqətə çatdırıblar. Onlar vurğulayıblar ki, bu gün Qırmızı Bazar qəsəbəsində başlayan yeni həyat həm də şəhid və qazilərimizin bizə əmanət etdiyi Zəfərin bəhrəsidir.

Qeyd edək ki, bu mərhələdə Qırmızı Bazar qəsəbəsinə 20 ailə olmaqla, 81 nəfər köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.


13:21


“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə növbəti köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan ailələr yurdlarına qovuşublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qırmızı Bazar qəsəbəsi bu gün 20 ailə olmaqla, 81 nəfərə qucaq açıb.

Qəsəbədə sakinlərin məskunlaşması üçün lazımi şərait yaradılıb. Yollar abadlaşdırılıb, evlər və infrastruktur bərpa edilib. Keçmiş məcburi köçkünlər onlar üçün yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, torpaqlarımızı işğaldan azad edən şəhidlərimizə rəhmət diləyib, qazilərimizə isə cansağlığı arzulayıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident Ərdoğan: İran ətrafında böhranın aradan qaldırılması şansı hələ də mövcuddur

15:07
11 Mart

Mina problemi ilə əlaqədar ölkəmizin Çin ilə əməkdaşlığı genişlənəcək  

15:06
11 Mart

Kreml: İstanbul Ukrayna üzrə danışıqlar platformasıdır

15:04
11 Mart

Avropa İttifaqı Şurasının Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

15:03
11 Mart

AFFA “Neftçi”ni 23 000 manat məbləğində cərimələyib

15:03
11 Mart

Estoniya Parlamenti Naxçıvana dron hücumunu qınayan bəyanat yayıb

15:02
11 Mart

Astana, Bakı və Daşkənd Avropaya enerji körpüsü qurur

15:01
11 Mart

“Sabah”ın məşqçisinə 7, Qurban Qurbanovun köməkçilərinə 6 oyunluq cəza verilib

15:00
11 Mart

328 nömrəli körpələr evi-uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib  

14:58
11 Mart

Quba rayonunun inzibati ərazi dairəsinin tərkibinə daxil olan yaşayış məntəqələrinin adları dəyişdirilir  

14:55
11 Mart

Qazaxıstan və Azərbaycan könüllüləri Xəzərin sahillərini təmizləyiblər

14:54
11 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

14:18
11 Mart

Türkiyəyə məxsus 15 gəmi Hörmüz boğazında gözləmə vəziyyətindədir

14:18
11 Mart

Qırımızı Bazarda daha 20 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB

14:17
11 Mart

Əli Əsədov Beynəlxalq Kanoe Federasiyasının və Avropa Kanoe Assosiasiyasının prezidentləri ilə görüşüb

14:14
11 Mart

Yaponiyaya məxsus yük gəmisi Körfəzdə atəşə tutulub

13:56
11 Mart

Azərbaycanlı ailə İrandan təxliyə olunub 

13:41
11 Mart

ABŞ: İlin ikinci rübündə “Brent”in qiyməti 91 dollara yüksələ bilər

13:32
11 Mart

Xocalının Xanabad kəndinə növbəti köç olub

13:16
11 Mart

IDEA-nın aksiyası zamanı Zaqatalada 800-dən çox ağac əkilib

13:15
11 Mart

Şuşada tədris prosesi izlənilib

13:13
11 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!