15 Sentyabr 2026 12:41
392
CƏMİYYƏT
A- A+
Tural Gəncəliyev: Qarabağ və Şərqi Zəngəzura qayıdış daha da intensivləşəcək 

Tural Gəncəliyev: Qarabağ və Şərqi Zəngəzura qayıdış daha da intensivləşəcək 

Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, eləcə də Azərbaycanda akkreditə olunmuş xarici diplomatik nümayəndəliklərin təmsilçilərinin azad edilmiş ərazilərə səfərləri Azərbaycanın gördüyü işlərin beynəlxalq ictimaiyyətə nümayiş etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu səfərlər diplomatların regionda aparılan bərpa prosesini, yaradılan yeni infrastrukturu və “Böyük Qayıdış” proqramının icrasını yerində görməsinə imkan yaradır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib.

Deputat qeyd edib ki, bu günə qədər Azərbaycanda akkreditə olunmuş xarici diplomatik nümayəndəliklərin nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura 20-dən çox səfəri təşkil olunub. Diplomatların hər səfər zamanı regionda baş verən dəyişiklikləri öz gözləri ilə görməsi və qiymətləndirməsi Azərbaycanın həyata keçirdiyi bərpa-quruculuq işlərinin dünyaya çatdırılması baxımından olduqca önəmlidir.

“Hazırda Qarabağ və Şərqi Zəngəzurda “Böyük Qayıdış” proqramı uğurla həyata keçirilir. 2022-ci ildən başlayan davam edən proqramın birinci mərhələsi artıq başa çatmaq üzrədir. Bu il “Böyük Qayıdış” proqramının ikinci mərhələsinə başlanılması nəzərdə tutulur və proses 2040-cı ilə qədər davam edəcək. Böyük Qayıdış”ın uğurla həyata keçirilməsi üçün ilk növbədə Qarabağ və Şərqi Zəngəzurun bərpası, yenidən qurulması və vətəndaşların ləyaqətli şəkildə geri qayıtması üçün lazımi şəraitin yaradılması vacib idi. Söhbət yalnız insanların fiziki olaraq öz torpaqlarına qayıtmasından getmir. Əsas məqsəd vətəndaşların doğma yurdlarına ləyaqətli, təhlükəsiz və normal yaşayış imkanları ilə dönməsidir. “Böyük Qayıdış” proqramının birinci mərhələsində əsas resurslar dağıdılmış şəhərlərin, qəsəbələrin və kəndlərin yollarının bərpasına, tunellərin, körpülərin və digər mühüm infrastruktur obyektlərinin inşasına yönəldilib. Artıq proqramın ikinci mərhələsində vətəndaşların azad edilmiş ərazilərə qayıdışı daha da intensivləşəcək”, - deyə deputat bildirib.

T.Gəncəliyev diqqətə çatdırıb ki, Azərbaycan 2020-ci ildən etibarən Qarabağ və Şərqi Zəngəzurun bərpasına 22 milyard manat vəsait ayırıb. Bu göstərici dövlətin azad edilmiş ərazilərin bərpasına və dirçəldilməsinə verdiyi əhəmiyyətin bariz nümunəsidir. Ən mühüm məqamlardan biri budur ki, Azərbaycan bu işi öz gücü və resursları hesabına həyata keçirir. Bu, Azərbaycanın iqtisadi imkanlarını, siyasi iradəsini və qarşıya qoyduğu məqsədlərə sadiqliyini göstərir.

O, Qarabağ və Şərqi Zəngəzurun bərpasını İkinci Dünya müharibəsindən sonra Avropanın yenidən qurulması prosesi ilə müqayisə edib: “Müharibədən sonra darmadağın edilmiş Avropa şəhərləri və ölkələri yalnız öz imkanları hesabına bərpa olunmayıb. ABŞ-nin “Marşall planı” çərçivəsində 16 Avropa ölkəsinə təxminən 15 milyard ABŞ dolları ayrılıb. Bu məbləğin bugünkü ekvivalentinin 160 milyard dollara yaxın olduğu bildirilir. “Marşall planı” olmasaydı, indiki Avropanın və Avropa şəhərlərinin bu səviyyəyə gəlib çatması mümkün olmazdı. Azərbaycan isə bütün çətinliklərə və çağırışlara baxmayaraq, Qarabağ və Şərqi Zəngəzurun bərpasını təkbaşına həyata keçirir”.

Deputat vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzurda şəhər və kəndlərin inkişaf istiqamətləri bir-birindən ayrı deyil, kompleks və vahid sistem çərçivəsində nəzərdən keçirilir. “Şuşada mədəniyyət və humanitar fəaliyyət, Xankəndidə urbanistik inkişaf və məşğulluq, Ağdamda sənaye, Zəngilan, Füzuli və Cəbrayılda kənd təsərrüfatı, digər ərazilərdə isə alternativ enerji və nəqliyyat layihələri prioritet təşkil edir. Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq prosesi mədəniyyətdən və humanitar fəaliyyətdən tutmuş kənd təsərrüfatına, sənayeyə, alternativ enerji mənbələrinə, nəqliyyat-kommunikasiya infrastrukturuna və insanların təhlükəsiz şəkildə qayıdaraq yaşamasına qədər bütün istiqamətləri əhatə edir. Heç bir məsələ digərindən ayrı nəzərdən keçirilmir. Bütün proses vahid inkişaf strategiyası əsasında həyata keçirilir. 2026–2040-cı illərdə “Böyük Qayıdış” proqramının növbəti mərhələlərinin icrası nəticəsində Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın və dünyanın əsas inkişaf etmiş regionlarından birinə çevrilə bilər”, - deyə T.Gəncəliyev əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ceyhun Bayramov: Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir VİDEO  

16:17
26 Oktyabr

Fransada ümummilli tətil və etiraz aksiyalarına çağırış edilib

15:30
26 Oktyabr

Azərbaycanlı həkimlərin Almaniyadan dünyaya uzanan həmrəylik körpüsü

15:17
26 Oktyabr

Çində 5,7 bal gücündə zəlzələ baş verib

15:15
26 Oktyabr

Modern müdafiə texnologiyaları Afrikada nümayiş etdiriləcək  

15:09
26 Oktyabr

Səhiyyə sisteminin rəqəmsallaşması bölgələrdə də sürətlənir  

15:08
26 Oktyabr

Lula da Silva yenidən Braziliyanın Prezidenti seçilib  

14:49
26 Oktyabr

Ceyhun Bayramov: Hazırda Qarabağda iki Niderland şirkəti fəaliyyət göstərir 

14:42
26 Oktyabr

Tom Berendsen: İranda olan Niderland diplomatlarına göstərdiyi böyük dəstəyə görə Azərbaycana təşəkkür edirik 

14:40
26 Oktyabr

Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib 

14:39
26 Oktyabr

Özbəkistanın idman naziri Respublika Velotrekindəki şəraitlə tanış olub  

14:33
26 Oktyabr

Aİ Serbiyanın "Tələbə siyahısı"nı parlament seçkilərindəki qələbəsi münasibətilə təbrik edib  

14:30
26 Oktyabr

Ceyhun Bayramov: Əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdik

14:18
26 Oktyabr

Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilib  

14:16
26 Oktyabr

Ceyhun Bayramov: Yol Xəritəsinin qəbulu ikitərəfli münasibətlərin inkişafı istiqamətində mühüm irəliləyişdir 

14:12
26 Oktyabr

Nazir: Qaza artan tələbat fonunda investisiya qərarları verilməlidir  

14:07
26 Oktyabr

Ceyhun Bayramov: Azərbaycan–Niderland siyasi dialoqu inkişaf edir 

13:57
26 Oktyabr

Hərbi vəzifəlilərin cəlb edildiyi təlim toplanışları başa çatıb

13:47
26 Oktyabr

Günəşdəki koronal dəlik səbəbindən Yer kürəsində geomaqnit pozuntuları gözlənilir

13:29
26 Oktyabr

FIFA U-15 dünya çempionatı: Azərbaycan millisi İsrailə qalib gəlib  

13:27
26 Oktyabr

“Qaradağ” Günəş Elektrik Stansiyasında istehsal olunan enerjinin həcmi açıqlanıb

13:24
26 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!