11 Fevral 2026 08:10
410
İQTİSADİYYAT
A- A+
TRIPP artıq reallıqdır

TRIPP artıq reallıqdır


Azərbaycanla ABŞ arasında siyasi-iqtisadi əlaqələr yeni mərhələyə keçir


Yeni dünya düzəninin qurulması prosesi qlobal güclərin Cənubi Qafqaz regionuna olan marağını artırıb. Xüsusən Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması, aparılan sülh danışıqları bölgəmizi geniş əməkdaşlıq platformasına çevirib. 

Bu səbəbdən ABŞ-nin bölgənin logistika imkanlarından bəhrələnərək dünya ticarətinə töhfə vermək siyasəti gündəmə gəlib və Amerikanın vasitəçiliyinin qərəzsiz olması iki ölkə arasında kommunikasiyaların açılması barədə müqavilə bağlanması ilə nəticələnib. Ötən ilin avqustunda Vaşinqtonda imzalanan sənəd qlobal ticarətdə yeni bir təhlükəsiz marşrutun yaranmasında da önəmli rol oynayıb. Yeri gəlmişkən qeyd edək ki,  açılacağı artıq şübhə doğurmayan Zəngəzur dəhlizi (TRIPP) əlavə 15 milyon ton yükün digər marşrutlarla müqayisədə daha qısa müddətdə alıcıya çatdırılmasına imkan verəcək.

Prezident İlham Əliyev fevralın 9-da ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən Azərbaycanın logistika imkanları və Zəngəzur dəhlizinin əhəmiyyəti barədə demişdir: "Biz bağlantıları da diqqət mərkəzində saxladığımız mühüm sahələrdən biri  hesab edirik. Nəqliyyat və logistika infrastrukturumuzu lazımi səviyyəyə çatdırmaq üçün indiyədək çox işlər görülüb. Hazırda bizim dəniz limanımızın yükaşırma qabiliyyəti 15 milyon tondur və onun genişləndirilməsi yükaşırma qabiliyyətini 25 milyon tona gətirib çatdıracaq. Dəmir yollarımız müasirləşdirilir. Ermənistan ərazisindən keçəcək və sonra Orta dəhlizin daha bir davamına çevriləcək yeni dəmir yolu tikilir. Doqquz beynəlxalq hava limanı, regionda ən böyüklərdən biri, bəlkə də ən böyük olan yükdaşıma hava yolu şirkəti - bütün bunlar artıq bir üstünlükdür". 

Donald Tramp administrasiyası ilə Azərbaycan rəhbərliyi arasında yaranan səmimi və etibarlı  dostluq əlaqələri ölkəmizə və regionumuza sülh və iqtisadi inkişaf vəd edir. Amerika şirkətləri artıq siyasi sabitliyin, iqtisadi inkişafın mövcud olduğu Azərbaycana investisiya qoymaqda maraqlıdır. Qarşılıqlı iqtisadi əməkdaşlıq, sərmayələrin yatırılması Azərbaycanla ABŞ arasında siyasi əlaqələrin də inkişafına təkan verib. Amerika kimi bir supergüc olan dövlətlə qarşılıqlı maraqlar üzərində qurulan bu əlaqələr regionda pozuculuq fəaliyyəti ilə məşğul olmaq istəyən məlum ölkələrə ciddi xəbərdarlıqdır.

Cənubi Qafqazda möhkəmlənmək üçün ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Ermənistana və Azərbaycana səfərinin tarixi əhəmiyyəti var. Bu səfər bütün tərəflərə iki qonşu ölkənin Amerikanın tərəfdaşı olması barədə göndərilən siyasi mesajıdır. Xüsusən ABŞ-nin Azərbaycanla siyasi-iqtisadi əlaqələrlə yanaşı, hərbi sahədə də əməkdaşlıq etmək istəyi bizim üçün çox önəmlidir.

ABŞ-nin vitse-prezidenti C.D.Vensin İrəvanda verdiyi bəyanatdan məlum olur ki, qonşu ölkənin enerji müstəqilliyini təmin etmək ABŞ-nin əsas hədəfidir. Məlumdur ki, Ermənistan bu sahədə Rusiyadan ciddi şəkildə asılıdır və şimal qonşumuz bundan vaxtaşırı təzyiq vasitəsi kimi istifadə edir. ABŞ bu problemi aradan qaldırmaq üçün Ermənistanın nüvə energetika sektoruna 9 milyard dollar həcmində sərmayə yatıracaq. Bu da ona kiçiktutumlu reaktorlar (SMR) əldə etməyə imkan yaradacaq. Amerika rəsmisi bəyan edib ki, belə texnologiya hər bir ölkə ilə paylaşılmır, bu, Ermənistana edilən xüsusi bir jestdir.

Onu da vurğulayaq ki,  qonşu ölkədəki atom elektrik stansiyası sovetlər dönəmində inşa edilmişdir və sonrakı illərdə o, Rusiya mütəxəssisləri tərəfindən təmir olunmuşdur. İndi Ermənistanın bu sahədə ənənəvi tərəfdaşından imtina etməsi həm də rəsmi İrəvanın siyasi kursunun hansı istiqamətə yönəldiyini göstərir.

Məlumdur ki, Ermənistanda parlament seçkilərinə çox zaman qalmayıb. Bu səbəbdən ölkədə siyasi hərarət getdikcə qızışır. N.Paşinyan iqtidarına qarşı olan revanşist qüvvələr və kilsə birləşərək seçkilərdə mövcud hakimiyyəti dəyişmək istəyirlər. Şimal qonşumuz da bu qüvvələrə açıq və ya dolayısı ilə dəstək verir. O üzdən Paşinyan iqtidarının ABŞ kimi bir qüdrətli dövlətin dəstəyinə ehtiyacı var. Başqa sözlə, ABŞ vitse-prezidentinin bu səfəri lap yerinə düşüb. 

Ermənistandan fərqli olaraq Vensin Azərbaycanda aparacağı danışıqlarda müzakirələrin mövzusu və dairəsi daha geniş olacaq. İlk növbədə iqtisadi sahədə müzakirə ediləcək çox məsələlər var. Yəni Azərbaycanın iqtisadi potensialı hər iki ölkəyə fayda verə biləcək qədərdir. Prezident İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndələri ilə görüşü zamanı demişdir: "Beləliklə, enerji, ticarət, investisiyalardan ibarət olan ənənəvi əməkdaşlıq sahələri ilə yanaşı, biz indi rəqəmsal transformasiya, süni intellektə aid çox vacib sahələr üzərində çalışırıq və ümid edirik ki, Amerika şirkətləri bizim əsas tərəfdaşlarımız olacaq. Artıq yaxşı təmaslarımız var və yeri gəlmişkən, siz bizim hökuməti təmsil edən nümayəndə heyətlərinin birinin səfəri zamanı bu barədə qeydlərinizi bildirdiniz. Rabitə, süni intellekt, data mərkəzlərinin yaradılması sahəsində  fəaliyyət göstərən şirkətlərlə geniş bir görüş oldu. İndi bu, bizim üçün prioritet məsələlərdən biridir. Hesab edirəm ki, bizim çoxlu üstünlüklərimiz var".

Görünən odur ki, hazırda ABŞ-nin marağında Ermənistanla Azərbaycan arasında sülhün dayanıqlı olmasıdır. Belə olarsa, Vaşinqton Cənubi Qafqazda möhkəmlənərək Mərkəzi Asiyada da nüfuzunu artıra biləcək. Beləliklə, ABŞ geniş bir coğrafiyada özünün siyasi və iqtisadi maraqlarını təmin edəcək. Bu da Donald Tramp administrasiyasının apardığı xarici siyasətin üç təməl prinsipinə - iqtisadi inkişaf, qlobal ticarət dəhlizlərinə nəzarət və təhlükəsizlik siyasətinə tam uyğundur.


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Madaqaskarda dövlət çevrilişi və Prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

09:40
04 Aprel

Bilmək istəyirəm

09:35
04 Aprel

Mina terrorçuluğu bütün bəşəriyyət üçün ağrılı problemdir

09:30
04 Aprel

Zivər bəy Əhmədbəyov - qaranlıq dövrün işıqlı memarı

09:25
04 Aprel

Bakı - Şərqlə Qərbin ortaq şəhəri

09:20
04 Aprel

Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması davam edir

09:15
04 Aprel

İdman həm də sağlam sabahdır

09:10
04 Aprel

SDU tələbələrinin layihəsi maraq doğurub

09:05
04 Aprel

Gəncədə Aprel şəhidlərinin ailələri ziyarət olunub 

09:00
04 Aprel

Qlobal çağırışlar fonunda Azərbaycanın regional inkişaf modeli

08:55
04 Aprel

Neft qiymətləri öz tarixi rekordunu yeniləyə bilərmi?

08:50
04 Aprel

Noyabr zəfəri Aprel qələbəsinin davamı idi

08:45
04 Aprel

Aprel döyüşləri Azərbaycanın hərbi gücünün ilkin təsdiqi oldu

08:40
04 Aprel

TDT ölkələri arasında ticarət dövriyyəsini artırmaq üçün böyük potensial var

08:35
04 Aprel

TDT mühüm əməkdaşlıq platformasına çevrilib

08:30
04 Aprel

Türk Dövlətləri Təşkilatı sağlam təməl üzərində qurulur

08:25
04 Aprel

TDT-nin Bakı görüşü gələcəyin strategiyasını müəyyən etdi

08:20
04 Aprel

Türk dünyasının geosiyasi özünüdərki və yeni güc mərkəzinə çevrilməsi

08:15
04 Aprel

Azərbaycanın humanitar diplomatiyası sərhəd tanımır

08:10
04 Aprel

"Heydər Əliyev ideyaları müasir Azərbaycanın Zəfər yoludur"

08:05
04 Aprel

Ölkəmizin öndərliyi ilə TDT qlobal güc mərkəzinə çevrilir

08:00
04 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!