02 Avqust 2024 17:19
183
İDMAN
A- A+

Transgenderlə döyüşməkdən imtina edən italiyalı boksçu idmanla vidalaşır

 

İtaliyalı idmançı Anjela Karini cins testindən keçə bilməyən Əlcəzair təmsilçisi İman Xəliflə qalmaqallı döyüşdən sonra boksdan getməyə qərar verib. Xatırladaq ki, onların qarşıdurması Parisdə keçirilən Olimpiya Oyunlarında 1/8 final mərhələsində baş tutub. Döyüş başlayandan 46 saniyə sonra başa çatıb. Ardıçıl sarsıdıcı zərbələrə məruz qalan Anjela Karini qarşıdurmanı davam etdirməkdən imtina edib və göz yaşları içində rinqi tərk edib. Nəticədə İman Xəlif qalib elan olunub.
"La Stampa"qəzeti  italiyalı idmançının sözlərindən sitat gətirir: "Başımı dik tutaraq ayrılıram və boksla vidalaşıram".
Xatırladaq ki, İman Xəlif də tayvanlı atlet Lin Yutinq kimi 2023-cü ildə dünya çempionatında gender testlərindən keçə bilmədikləri üçün diskvalifikasiya edilmiş, lakin pasportlarında cinsləri "qadın" qeyd olunduğu üçün BOK tərəfindən Paris  Olimpiya Oyunlarına buraxılmışlar.

"Azərbaycan"


 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video