06 İyul 2025 09:05
905
İDMAN
A- A+
"Transferlər nəzarətim altındadır"

"Transferlər nəzarətim altındadır"


"İyunun 25-dən məşqlərə başlamışıq. Demək olar ki, 10 gündür hazırlaşırıq, ilk tsikli keçmişik. Deməzdim təəccübləndim. Lakin sevindirici hal odur ki, yetərincə uzunmüddətli pauzadan sonra futbolçular xoş təəssürat yaratdılar, düşərgəyə yaxşı vəziyyətdə qayıtdılar. Bu, məni sevindirdi. Eyni zamanda bu məqam bizə kömək olur ki, tez yükləmələrə keçək. Yoxlama oyunlarına daha tez hazır olaq".  Bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Abasov klubun televiziyasına müsahibəsində deyib.

O, Kiprin "Apollon" klubundan heyətə cəlb olunan Sessi D'Almeydanın çıxışını bir neçə aydır izlədiklərini bildirib: "Sessinin üzv olduğu klubu ilə danışıqlarımız çoxdan gedirdi. Bu futbolçu qışdan nəzarətimizdə idi. Şükürlər olsun ki, ilk transferimiz oldu, bizə qoşuldu. Dayaq yarımmüdafiəçisidir O, aqressiyası, mübarizliyi, döyüşkənliyi ilə seçilir. Hansı ki, bu baxımdan keçən il problemlərimiz var idi. İnanırıq ki, bizə yetərincə kömək olacaq".

Samir Abasov Paraqvayın "Sportivo Ameliano" klubundan icarəyə götürülən Luis Ortis barədə də fikirlərini bölüşüb: "Ortis bizə icarə əsasında qoşulub. Kömək etsə, gələcəkdə klubu ilə danışıqlarımız davam edəcək. Bir neçə mövqedə - həm yarımmüdafiənin solunda, həm sağında, eləcə də 5-li müdafiə sistemində sol hücumameyilli müdafiəçi kimi çıxış edə bilir. Bir futbolçu bir neçə mövqedə oynaya bilirsə, bu, onun üstünlüyüdür və bizə xeyri dəyə bilər".

Mütəxəssis "Sumqayıt"da rəhbərliyi altında çıxış etmiş Elvin Bədəlovun keçidinə də münasibət bildirib: "Çempionatda legioner limiti ləğv olunub. Lakin bu o demək deyil ki, bizdə yerli futbolçu olmayacaq. Elvini "Neftçi" cameəsi yaxşı tanıyır. Burada oynayıb. Sağ olsunlar, dəvətimizi, mənim istəyimi qəbul etdilər, "Neftçi"yə qoşuldular. Futbolçu olaraq bizə kömək edəcək, inanıram ki, "Neftçi"nin yükünü daşıya biləcəklər".

"Neftçi"nin baş məşqçisi "Araz-Naxçıvan"dan İqor Ribeyronun keçidinə görə xoşbəxt olduğunu vurğulayıb: "Ribeyronun üstün cəhəti odur ki, bizi tanıyır. Söhbət Azərbaycan çempionatından gedir. Çox klublar bu cür varianta əl atırlar. Yəni imkanı daha yuxarı olan kollektivlər digər Azərbaycan klublarından futbolçu götürürlər. İqor çempionatımızın ən yaxşı müdafiəçilərindən biridir. İnanıram ki, bizə xeyir verəcək. Özü də "Neftçi"yə keçməkdə israrlı idi. "Neftçi" flaqmandır. Müdafiəyə yenə transferimiz olacaq. Xoşbəxtəm ki, Ribeyronu götürə bildik". 

S.Abasov heyəti daha da gücləndirəcəklərini qeyd edib: "Transferlərimiz davam edəcək. Çalışırıq ki, Polşaya təlim-məşq toplanışına gedənə qədər daha bir neçə futbolçunu komandamıza gətirək. Düzdür, transfer etmək çətindir. Təkcə biz yox, bütün klublar üçün bu belədir. Bəzən elə olur ki, futbolçunu razı salırsan, menecerləri ilə problem çıxır, yaxud menecerlərlə ortaq məxrəcə gəlirsən, onun klubu ilə hansısa problem yaranır. Hazırda danışdığımız bir neçə futbolçu var. Hansılar ki, transfer günü sabah da alına bilər, birisigün də. Lakin futbolçu rəsmi müqaviləyə imza atmadan, transfer reallaşdı deyə bilmərik. Dediyim kimi, bəzən son anda əldən çıxır. Skaut departamenti də daim işləyir. Bütün transferlər mənim nəzarətim altındadır. Onlarla bağlı qərarı 100-də 100 mən verirəm. Heyətə yalnız mənim bəyəndiyim futbolçular cəlb olunur". 

Sonda o, yeni mövsüm üçün hədəflərindən danışıb: "Yüksək hədəflər uğrunda mübarizə aparacağıq. Futbolçularımızı da buna yönəldəcəyik. Əlbəttə, bu, çətindir. Çünki biz komandanı yenidən qururuq. Transferlərimiz vaxtında reallaşsa, keçənilkindən tamam fərqli heyət görəcəksiniz. Ola bilər adaptasiya çətin olsun. Yeni ölkə, yeni klub və sairə. Düzdür, bir qədər çətin olacaq. Amma inanıram ki, öhdəsindən gələcəyik. Təzə gələn hər kəs bilməlidir ki, "Neftçi"nin adı hədəfdir. Bundan qırağa çıxmalı deyilik".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Media: İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib  

22:01
14 Mart

Azərbaycan güləşçisi Avropa ikincisi olub

21:49
14 Mart

Misli Premyer Liqası: “Sabah”dan darmadağın, “Qarabağ”dan inamlı qələbə

21:19
14 Mart

Mədəniyyət naziri Hacıqabul rayonunda vətəndaşların müraciətini dinləyib  

20:47
14 Mart

BMT Baş katibi İsrail və Hizbullahı müharibəni dayandırmağa çağırıb  

20:18
14 Mart

BƏƏ-nin İraqdakı Baş Konsulluğu bir həftə ərzində ikinci dəfə vurulub  

19:39
14 Mart

Tramp: Tezliklə Hörmüz boğazını açıq, təhlükəsiz və azad edəcəyik

19:01
14 Mart

Bugünkü iməcilikdə Bakının 537 küçəsi yuyulub

18:52
14 Mart

“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb 

18:50
14 Mart

Vircil Popesku: Rumıniya Azərbaycan kimi etibarlı tərəfdaşla əməkdaşlığı gücləndirməlidir  

18:25
14 Mart

Peşəkar Çövkən Liqasında yeni mövsümə başlanılıb

18:24
14 Mart

WUF13-ün tematik prioritetləri, regional əhəmiyyəti və iştirak imkanları barədə məlumat təqdim olunub  

18:21
14 Mart

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  

18:11
14 Mart

Azərbaycan Su İdmanı Növləri Federasiyasına yeni sədr seçilib

16:39
14 Mart

“YouTube”un bu funksiyası geri qayıdıb

16:20
14 Mart

Yalçın Rəfiyev: Azərbaycan COP31-in uğurla keçirilməsi üçün Türkiyəni dəstəkləyəcək  

16:18
14 Mart

Mərkəzi Komandanlıq: ABŞ İranın Xark adasında 90-dan çox hərbi hədəfə uğurla zərbə endirib  

16:03
14 Mart

Bu gün İrandan 6 ölkənin 60 vətəndaşı Azərbaycana təxliyə olunub

15:41
14 Mart

Komandanlıq: Bəhreyn indiyədək İrana məxsus 124 raketi və 203 PUA-nı zərərsizləşdirib  

15:31
14 Mart

Pakistanın İrandakı səfirliyinin əməkdaşı Astara sərhədindən təxliyə olunub VİDEO  

15:12
14 Mart

Azərbaycan sülhə, təhlükəsizliyə və əməkdaşlığa mühüm töhfələr verir

15:04
14 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!