19 Mart 2025 09:45
1079
Mədəniyyət
A- A+
"Torpaq əlimdə, Bahar ürəyimdə"

"Torpaq əlimdə, Bahar ürəyimdə"


Paytaxtın yaz ətirli Novruz yarmarkası qonaq-qaralıdır


Milli varlığımızın rəmzi olan Novruz xalqımızın mənəvi dünyasını, həyata baxışını özündə əks etdirir. Ulularımızdan bizə yadigar qalan bayram baharın gəlişini, təbiətin oyanışını, həyatın canlanmasını müjdələyir, ölkəmizə şənlik, birlik, həmrəylik gətirir. 

Bayram münasibətilə paytaxtda, bölgələrimizdə küçələr müxtəlif Novruz atributları ilə bəzədilib, şənliklər, yarmarkalar təşkil olunub. Bayramın yaraşığı olan səməninin, rəngarəng yumurtaların, həmçinin Keçəl və Kosanın, eləcə də paytaxtın mərkəzi küçəsində hazırlanmış bayram xonçasının maketləri həm paytaxt sakinlərinin, həm də turistlərin marağına səbəb olub.

Fəvvarələr meydanı da libasını dəyişərək baharın gəlişini müjdələyir. Burada açılan "Torpaq əlimdə, Bahar ürəyimdə" yarmarkası şəhərin mərkəzində bayram ab-havası yaratmaqla yanaşı, eyni zamanda yardıma ehtiyac duyan ailələrə ümid işığı olur. Nəcib missiyalı "Novruz" yarmarkası nəinki Azərbaycanda, həm də regionda keçirilən ən böyük xeyriyyə layihələrindən biridir. Layihə 2019-cu ildən etibarən "Nərgiz" Fondu tərəfindən həyata keçirilir. Hər il olduğu kimi, builki yarmarkada da toplanan vəsaitlər müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərclərinin qarşılanmasına sərf ediləcək.

Böyükdən-kiçiyə hər kəsin səbirsizliklə gözlədiyi xeyriyyə yarmarkası martın 15-dən paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının üzünə açıqdır. "Torpaq əlimdə, Bahar ürəyimdə" yarmarkası 36 böyük və 20 kiçik ev, 3 ədəd ikimərtəbəli restoran, Novruz bayramına aid dekorativ konstruksiyalar, balaca köşklər, oyun zonaları, fotozonalardan ibarətdir. Həmçinin yarmarka konseptinə yeniliklər edilərək ziyarətçilərin, xüsusilə gənclərin marağına səbəb olacaq yeni tematik guşələr təqdim edilib.

Yarmarkanın qonaqları şirniyyatlar, milli və xarici mətbəxin ləziz təamlarını dada, suvenirlər və hədiyyələr əldə edə, hər yaşa uyğun oyunlar oynaya, şəkillər çəkdirə, ən önəmlisi Novruz bayramının həyəcanı və sevincini birlikdə paylaşa biləcəklər.

Əsl yaz havasının müşahidə edildiyi bu günlərdə yarmarkada gəzmək xüsusi zövq verir. Burada hər yaşdan insanların əylənməsi üçün, demək olar ki, bütün şərait yaradılıb. Uşaqlar səməninin ətrafında qaçdı-tutdu oynayır, yumurta döyüşdürür, gənclər musiqilərin fonunda söhbətləşir, oyunlar oynayır, alış-veriş edirlər. 

Köşklərin hər biri qonaqlı-qaralıdır.  Hansı köşkə üz tutursansa, böyük sevinclə qarşılanırsan. Sanki yarmarka insanları bir-birinə daha da yaxınlaşdırıb. Bu ünvanda həm milli, həm xarici təamları dadmaq mümkündür. Yarmarkada ən böyük növbə milli təamların satıldığı köşkdür. Övladları ilə yarmarkaya gələn Məlahət xanım deyir ki, bu növbədə gözləmək onun üçün ənənəvi hala çevrilib: "Uşaqlar neçə gündür yarmarkanın açılmasını gözləyirlər. Bura qısa müddətdə artıq ikinci gəlişimizdir. Yarmarkadakı səliqə-sahmana söz yoxdur. Satıcıların müştərilərlə rəftarı çox gözəldir. Növbəti ünvanımız oyuncaq köşküdür".

Yarmarkada yerli sakinlərlə yanaşı, çoxsaylı turistlərə də rast gəlmək mümkündür. Dostları ilə birlikdə ölkəmizdə qonaq olan Hindistan vətəndaşı Mishra Prakash deyir ki, Azərbaycana gəlişi bayram günlərinə təsadüf etdiyi üçün çox xoşbəxtdir: "Səyahət etməyi, müxtəlif xalqların adət-ənənələrini öyrənməyi, özəl günlərdə, bayramlarda iştirak etməyi çox sevirəm. Novruzun adını dəfələrlə eşitsəm də, bayram haqqında çox məlumatım yox idi. Burada gördüklərim çox xoşuma gəldi. Yarmarka yüksək səviyyədə, əsl bayram ab-havasında  təşkil olunub. Milli təamlarınızı dadmaq üçün səbrsizlənirəm. Adətən milli bayramlara böyüklərin daha çox marağı olur. Novruz isə elə bir bayramdır ki, adət-ənənələri hər yaşdan olanlar üçün maraqlıdır. Növbəti bayrama ailəmlə gəlməyi düşünürəm".

Oyun zonasının yanından keçdikdə uşaqların həvəslə yarışdıqlarını müşahidə edirik. Onların yanında dayanan böyüklərə yaxınlaşırıq. Oyunda ciddi mübarizə aparan Elmirin nənəsi Sevda xanım gülərək deyir ki, uşaqlar ilboyu bu yarmarkanın açılmasını gözləyirlər: "Buradakı oyunlar da, yeməklər də balama bir ayrı zövq verir. Nə evdə, nə də digər kafe və restoranlarda yemədikləri burada ona çox dadlı və maraqlı görünür. Bayram boyunca fürsət tapdıqca, yenə bu yarmarkaya gələcəyik. Havanın xoş keçməsi isə əhvalımızı daha da yüksəldir".

Novruzun ab-havasını yaşadan yarmarka aprelin 15-dək davam edəcək. Burada iştirak etməklə hər birimiz həm Novruz nağılının parçası olub, həm də dəstəyimizə ehtiyacı olan uşaqlara əsl möcüzə bəxş edə, onlara yeni nəfəs verə bilərik.


Ülkər XASPOLADOVA,

İlham BABAYEV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Laçında özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub

18:40
11 Mart

CENTCOM: ABŞ İranda 5,5 mindən çox hədəfə zərbə endirib  

18:31
11 Mart

İran: Bir barel neftin qiymətinin 200 dollara çatacağı günə hazır olun  

18:25
11 Mart

Antonio Koşta: Bakı-Naxçıvan dəmir yolu layihəsi Avropa və Asiya arasında dayanıqlı marşrut yaradacaq  

18:23
11 Mart

BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı Azərbaycanla Orta Dəhliz çərçivəsində əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır  

18:23
11 Mart

Azərbaycan və Serbiya ordularının Baş Qərargah rəisləri arasında telefon danışığı olub  

18:12
11 Mart

Azərbaycanın Baş naziri Kosta Rikanın Birinci vitse-prezidenti ilə görüşüb

18:08
11 Mart

Milli Məclisdə ictimai dinləmə: Kənd təsərrüfatında süni intellektin tətbiqi, nəticələr və perspektivlər 

18:01
11 Mart

Agentlik ölkəyə repatriasiya olunan Azərbaycan vətəndaşlarının sayını açıqlayıb  

17:57
11 Mart

Aİ Şurasının Prezidenti: Azərbaycan Avropa İttifaqı üçün çox mühüm tərəfdaşdır  

17:53
11 Mart

Antonio Koşta: Enerji tərəfdaşlığımız heç vaxt olmadığı qədər əhəmiyyətlidir

17:50
11 Mart

Antonio Koşta: Azərbaycanın Aİ vətəndaşlarının İrandan təxliyəsində əvəzsiz yardımını yüksək qiymətləndiririk  

17:49
11 Mart

Azərbaycan Çin ilə müasir IT və süni intellekt həllərinin inkişafı istiqamətində əməkdaşlığı dəyərləndirib  

17:48
11 Mart

Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNƏCƏK  

17:47
11 Mart

Migel Angel Moratinos Azərbaycanın mədəniyyətlərarası dialoq sahəsində siyasətini yüksək qiymətləndirib  

17:33
11 Mart

Prezident İlham Əliyev: Biz külək və Günəş enerji stansiyalarına böyük sərmayə yatırırıq  

17:30
11 Mart

Prezident İlham Əliyev: Avropa İttifaqı ilə ikitərəfli münasibətlərimiz uğurla inkişaf edir  

17:30
11 Mart

Azərbaycan ilə İndoneziya arasında aqrar sahədə İşçi Qrup yaradılacaq  

17:28
11 Mart

Mütəxəssis: Martda hava şəraitinə uyğun geyinmək və temperatur dəyişiklikləri ilə bağlı diqqətli olmaq lazımdır  

17:28
11 Mart

Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti ilə təkbətək görüşü keçirilir

17:27
11 Mart

Əmək və əhalinin sosial müdafiə naziri Laçında vətəndaşların müraciətlərini dinləyib  

17:22
11 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!