07 Iyun 2024 09:20
778
Oxucu məktubları
A- A+

Tezliklə su sarıdan korluğumuz olmayacaq

 

Bərdə rayonunun Xanərəb kəndində yaşayıram. Kəndlinin ruzisi torpaqdan çıxar. İslahat zamanı ailəmizə düşən pay torpağı əsas gəlir mənbəyimizə çevrilib. Onu qayğı ilə əkib becərir, taxıl, pambıq, yem bitkiləri yetişdiririk. Halal zəhmətimizlə firavan dolanırıq. 
Amma istifadə etdiyimiz subartezian quyusu bir neçə il əvvəl yararsız hala düşüb. Üz tutmadığımız dövlət qurumu qalmadı. Çoxsaylı müraciətlər etsək də, üzləşdiyimiz problem həll olunmur, əkinləri suvarmaq üçün su qıtlığından korluq çəkirik.
Son ümid yeri olaraq Prezident İlham Əliyevə müraciət etdik. Çox keçmədi ki, şad xəbər aldıq. Dövlət başçısının qayğısı sayəsində istifadə etdiyimiz 16 nömrəli subartezian quyusunun bərpasına qərar verildi. Artıq yaxın günlərdə təmir-bərpa işlərinə başlanacaq. Bununla da neçə ailənin su problemi həll olunacaq.
Hörmətli redaksiya, hər bir Azərbaycan vətəndaşının Prezidenti olan, bundan hər kəsə yetərincə pay düşən dövlətimizin qüdrətli başçısına sonsuz minnətdarlığımızı bildiririk!

İlqar QULİYEV,
Bərdə rayonunun Xanərəb kənd sakini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video