17 Noyabr 2024 09:26
763
SİYASƏT
A- A+
"Təşkilatçılıq ən yüksək səviyyədədir"   

"Təşkilatçılıq ən yüksək səviyyədədir"   


Bakıda davam edən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29)  Beynəlxalq aləmdə böyük maraq var. Dünyanın aparıcı qəzet, televiziya və KİV-inin əsas xəbər başlıqlarını COP29-la bağlı ən son məlumatlar bəzəyir. Bəzi televiziyalar və agentliklər Bakıdan canlı bağlantı qururlar.

Fransanın onlayn nəşri "La Gazette du Caucase"nin məqaləsində deyilir ki, COP29 iqlim maliyyələşdirilməsinə, təsirin azaldılmasına və uyğunlaşmaya xüsusi diqqət yetirərək kritik qlobal iqlim problemlərinin həllinə yönəlib. Sayt Prezident İlham Əliyevin COP29 çərçivəsində Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitində səsləndirdiyi sözlərinə istinad edərək yazır: "Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında, həmçinin qlobal Cənub və Şimal arasında əlaqə nöqtələri tapmağa çalışacaq. Prezident

İlham Əliyev son 4 ildə BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatında Azərbaycanın səmərəli liderliyini vurğuladı ki, bu da ölkənin qlobal təşəbbüsləri həyata keçirməkdə geniş təcrübəsinin sübutudur".

Məqalədə o da qeyd edilib ki, 11 noyabrda Bakıda qlobal iqlim konfransı - COP29 işə başlayıb. Azərbaycan beynəlxalq ictimaiyyətin dəstəyi ilə, 11 dekabr 2023-cü ildə keçirilən COP28-in plenar iclasında yekdilliklə ev sahibi kimi təsdiq olunub.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan iqlim təşəbbüslərinə töhfə verməyə sadiqdir və ölkənin ekoloji proqramı quruda 135 QVt, dənizdə 157 QVt həcmində qiymətləndirilən bərpaolunan enerji mənbələrinin əhəmiyyətli potensialının üzə çıxarılmasına yönəlib.

O da vurğulanıb ki, Azərbaycan artıq bu potensialın istifadəsində mühüm uğurlar əldə edib, o cümlədən Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti tərəfindən tikilən regionun ən böyük 230 MVt gücündə günəş-elektrik stansiyasına investisiya qoyulub. Bundan əlavə, Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti 240 MVt potensiala malik külək-elektrik stansiyası tikir.

COP29-un keçirilməsi zamanı BP şirkəti ilə 4 il əvvəl Ermənistanın işğalından azad edilmiş Cəbrayıl rayonunda 240 meqavatlıq günəş-elektrik stansiyasının tikintisi barədə müqavilə imzalanacaq. COP29-da qəbul edilən qərarlardan geniş bəhs edən nəşr Prezident İlham Əliyevin fikirlərinə yer ayırıb: "Azərbaycan 2030-cu ilədək təxminən 6 QVt günəş, külək və hidroelektrik stansiyalarının tikintisini planlaşdırır. Ümumilikdə, ölkə 10 QVt-lıq bərpaolunan enerji layihələri üzrə müqavilə və anlaşma memorandumları imzalayıb. Ölkənin ekoloji proqramı, həmçinin, daxili bölgələri, o cümlədən Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur regionlarını əhatə edir ki, onlar da "yaşıl zona"lar elan olunub. 2020-ci ildə azad edildikdən sonra Qarabağ və Şərqi Zəngəzur regionlarında ümumi 10000 MVt-lıq alternativ enerji potensialı müəyyən edilib. Bu regionlar hidroenerji, günəş enerjisi, külək və geotermal mənbələr daxil olmaqla, demək olar ki, bütün növ bərpaolunan resurslara malikdir".

Məqalədə həmçinin qeyd edilib ki, Naxçıvandan sonra Füzuli, Cəbrayıl və Zəngilan rayonları günəş potensialına görə əsas yerdədir: bu rayonlarda kvadratmetrə düşən günəş radiasiyası ildə 1600-1700 kVt-saat təşkil edir və ümumi güc 7200 MVt-dır. Külək potensialı xüsusilə Kəlbəcər və Laçın rayonlarında yüksəkdir, burada orta illik külək sürəti saniyədə 10 metrə çatır və Qarabağın dağlıq ərazilərində 2000 MVt-lıq potensial mövcuddur. Bundan əlavə, Kəlbəcər, Laçın və Şuşa rayonlarında gündəlik hasilatı 4000-5000 kubmetr olan termal suların əhəmiyyətli enerji ehtiyatları var.

Energetika Nazirliyinin məlumatına görə, Azərbaycanda "yaşıl enerji" mənbələrinin iqtisadi potensialı 27 QVt təşkil edir ki, bunun da 3 QVt-ı külək enerjisi, 23 QVt-ı günəş enerjisi, 380 MVt bioenerji potensialı və 520 MVt dağ çaylarının potensialıdır.

"Azərbaycan 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını ratifikasiya edib, 2000-ci ildə isə qlobal istiləşməyə səbəb olan istixana qazlarının emissiyasını məhdudlaşdıran 1997-ci il Kioto Protokoluna qoşulub. Daha sonra Azərbaycan 2015-ci il Paris Sazişi üzrə öhdəliklərini təsdiqləyərək, istixana qazı emissiyalarını 2030-cu ilədək 35 faiz, 2050-ci ilədək isə 40 faiz azaltmağı öhdəsinə götürüb" - "La Gazette du Caucase" yazır.

Türkiyənin "Haber Global" kanalının  Fransanın COP29-dan kənarda qalması ilə bağlı süjetində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun fikirlərinə yer ayıraraq Parisin iqlim problemindən kənarda qalmasını yanlışlıq adlandırılıb. Süjetdə qeyd olunur ki, Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) uğurla davam edir. Tədbirdə Türkiyə, Britaniya, İtaliya, İspaniya və digər aparıcı ölkələr iştirak etdikləri halda Fransa sessiyaya qatılmayıb. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bununla bağlı suala cavabında bildirib ki, Fransanın hər nə bəhanə ilə olursa-olsun, iqlim dəyişikliyi məsələsindən kənarda qalması yanlışdır. COP29 komandası qarşı tərəflə konstruktiv işləyib, danışıqlar aparıb.

Süjetdə qeyd olunur ki, gündəmdə Azərbaycanla Ermənistan arasındakı sülh sazişi də vardı. Vurğulanır ki, C.Bayramov saziş üzərində işlərin davam etməsinə diqqət çəkib. "Əsas fokus məhz COP29-la bağlıdır. Fiziki görüşlər dekabr ayından əvvəl birmənalı mümkün deyil. Sənəd üzərində iş davam edir", - C.Bayramov qeyd edib.

Rusiyanın "NEWS.ru" portalı isə "Rosgidromet"in rəhbəri, COP29-da Rusiya nümayəndə heyəti rəhbərinin müavini İqor Şumakovun açıqlamalarına geniş yer ayırıb. Vurğulanıb ki,  Bakıda COP29 iqlim dəyişikliyi konfransının təşkilatçıları tədbirin ən yüksək səviyyədə keçirilməsi üçün çox səy göstəriblər.

İqor Şumakovun sözlərinə görə, RF nümayəndələri forumda işləməkdən məmnundurlar və rahatlıq hiss edirlər: "Hər şey əladır. Qəbul edən tərəf, Azərbaycandan olan həmkarlarımız belə miqyaslı forumu təşkil etmək üçün əllərindən gələni ediblər. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, bu forumda 70 min iştirakçı qeydiyyatdan keçib. Forumun ilk günlərində 80-dən çox prezident və hökumət başçısı tədbirdə iştirak edib. Ona görə də təşkilatçılıq ən yüksək səviyyədədir və biz burada işləməkdən çox məmnunuq və rahatıq".

İtaliya mediası bu ölkənin "Ansaldo Energia" şirkəti ilə "Azərenerji" ASC arasındakı yeni əməkdaşlıqdan yazıb. "La Repubblica", "il Sole 24 ore", "La Stampa", "il Secolo XIX" kimi saytların yaydığı materiallarda Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində "Ansaldo Energia" ilə "Azərenerji" arasında anlaşma memorandumunun imzalandığı bildirilir.

Diqqətə çatdırılır ki, sənəd dekarbonizasiya, kadr hazırlığı, karbontutma, "yaşıl hidrogen", kiçik modul reaktorları və başqa istiqamətlər üzrə əməkdaşlığı əhatə edir. Hər iki şirkət elektrik enerjisinin istehsal sistemləri "yaşıl hidrogen" istehsalına dair təcrübə mübadiləsi aparacaq, "yaşıl enerji" keçidinə töhfə verəcək.

"Euronews" kanalı isə hazırladığı süjetdə bildirib ki, dünya liderləri və tanınmış iqlimşünas alimlər tərəfindən imzalanmış məktubda COP-da islahatlar aparılması tələb olunur. Cümə günü dərc olunan açıq məktubda BMT-nin sabiq baş katibi Pan Gi Mun, keçmiş İrlandiya prezidenti Meri Robinson və BMT-nin iqlim məsələləri üzrə keçmiş rəhbəri Kristiana Figeres də daxil olmaqla 20-dən çox ekspert bildirib ki, əldə edilmiş irəliləyişlərə baxmayaraq, COP prosesində islahatlar aparılmalıdır. Məktubda iqlimin maliyyələşdirilməsinin ciddi şəkildə izlənilməsi və ən son elmin nəzərə alınmasından tutmuş, daha tez-tez görüşlərin keçirilməsinə qədər yeddi əsas islahat tələb olunur: "COP-un ilk həftəsi sona yaxınlaşarkən biz prezidentliyə namizəd Muxtar Babayevdən danışıqların necə getdiyini soruşduq. Düşünürəm ki, bu, COP29 üçün  həqiqətən yaxşı bir başlanğıcdır. "Yalnız 6.4 (Karbon bazarları üzrə Paris Sazişinin 6-cı maddəsi) deyil, həm də birinci gündə qəbul edilmiş gündəm və 6.4-cü bənd bütün digər öhdəlikləri və ya müzakirə mövzularını yerinə yetirmək üçün bizə əlavə motivasiya verir".

Danışıqlar 2009-cu ildə qoyulmuş əvvəlki 100 milyard dollarlıq iqlim maliyyəsi hədəfini əvəz edəcək yeni kollektiv kəmiyyət hədəfinə (NCQG) yönəlib. Paris Sazişinin bir hissəsi olaraq, hökumətlər 2025-ci ilə qədər yeni iqlim maliyyəsi hədəfi təyin etməyə razılaşdılar.

"The Guardian", "Reuters" və "Brasil de Fato" agentliklərinin məqalələrində vurğulanıb ki, konfransın qlobal iqlimin istiləşməsinə səbəb olan istixana qazı emissiyalarını azaltması və iqlim dəyişikliyinə uyğunlaşmaq üçün inkişaf etməkdə olan ölkələrə maliyyə yardımı üzrə yeni hədəflərlə yekunlaşacağı gözlənilir.

İordaniyanın aparıcı media qurumları Azərbaycanın evsahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) aid çoxlu sayda xəbər və videomaterial yayımlayıb. Ölkənin "Petra" Dövlət İnformasiya Agentliyi, "The Jordan Times", "Al-Rai", "Əd-Dustur", "Ammon News", "Jordan News", "Roya News", "Al-Mamlaka" qəzet və saytlarında, eləcə də "Jordan Tv", "Roya Tv" və "Mamlaka Tv" televiziya kanallarında COP29 ilə bağlı silsilə məqalə və videomateriallar dərc edilib. Xəbərlərdə COP29 çərçivəsində keçirilən Liderlər Sammitində İordaniya Kralı II Abdullahı təmsil edən Vəliəhd Şahzadə II əl-Hüseyn bin Abdullahın tədbirdəki çıxışı, həmçinin Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşü barədə ətraflı məlumat verilib.

Bundan əlavə, COP29-un Bakıda yüksək səviyyədə təşkil edilməsi, iqlim dəyişmələrinə dair danışıqların uğurla nəticələnməsi və COP29-la bağlı təşəbbüslərin dəstəklənməsi ilə bağlı müsbət rəylər oxuculara təqdim olunub. Azərbaycanın dünyanın prioritet qəbul etdiyi "yaşıl enerji" layihələri ilə bağlı məlumat verilib, ölkəmizin bu sahədə təcrübəsinin dünyaya çatdırılması məsələləri geniş işıqlandırılıb.

Yerli mediada Vəliəhd Şahzadə II Əl-Hüseyn bin Abdullahın COP29-da iştirakı, Azərbaycanın tarixi və turizm imkanları ilə bağlı faktların yer aldığı videoçarxlar da geniş yayılıb.

Səudiyyə Ərəbistanı Krallığının nüfuzlu "Əş-Şərq Əl-Avsət" qəzetində "Azərbaycanda BMT-nin COP29 iqlim konfransı keçirilir" sərlövhəsi ilə silsilə məqalələr dərc olunur. Materiallarda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) noyabrın 22-dək davam edəcəyi qeyd olunub.

Qəzet diqqətə çatdırır ki, dünyanın hər yerindən olan diplomatlar hər il keçirilən iqlim sammitində iştirak etmək, iqlim dəyişikliyinin yaratdığı artan təhlükələrin qarşısını almaq yollarını müzakirə etmək üçün paytaxt Bakıya axışırlar. Azərbaycan 1846-cı ildə ilk neft yataqlarının işləndiyi yer kimi tanınır, 1899-cu ildə isə neft hasilatına görə dünyada lider olub. Qeyd olunur ki, Avropa İttifaqı Azərbaycan qazının idxalını 2027-ci ilə qədər iki dəfə artıraraq hər il onu 20 milyard kubmetrə çatdırmaq üçün müqavilə bağlayıb. Azərbaycan rəsmiləri bildiriblər ki, Avropadan gələn tələbat fonunda Bakını daha çox qaz yanacağı istehsal etdiyinə görə tənqid etmək ədalətsizlikdir. Bir neçə gün əvvəl Birləşmiş Millətlər Təşkilatı Bakı Sammitində adaptasiya əməliyyatlarının maliyyələşdirilməsini gücləndirmək öhdəliyindən başlayaraq iqlimə uyğunlaşma səylərini təcili aktivləşdirməyə çağırıb.

 

Hazırladı:

Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Vətəndaş cəmiyyəti təmsilçiləri Bakıda Frank Peloniyə qarşı növbəti dəfə etiraz aksiyası keçiriblər

00:39
18 Noyabr

Moldovanın xəbər portalında COP29-un əhəmiyyətinə dair məqalə dərc edilib  

23:58
17 Noyabr

Baş nazir Əli Əsədov “Barselona”nın prezidenti ilə görüşüb  

22:03
17 Noyabr

Azərbaycanın su təsərrüfatı sisteminin inkişafını hədəfləyən infrastruktur layihələri müzakirə olunub

21:03
17 Noyabr

“Əş-Şarq əl-Avsat” nəşri Azərbaycan Prezidentinin COP29-da çıxışından yazıb

20:59
17 Noyabr

Sahibə Qafarova Rusiya Federal Məclisinin Federasiya Şurası sədrinin birinci müavini ilə görüşüb

19:37
17 Noyabr

COP29 çərçivəsində xarici jurnalistlər üçün qoruqlara mediatur təşkil edilib  

19:24
17 Noyabr

COP29 çərçivəsində Bakıda keçirilən Parlament Görüşü başa çatıb YENİLƏNİB 

18:27
17 Noyabr

Səudiyyə Ərəbistanı mediası Azərbaycanda dənizdə ilk külək enerjisi stansiyasının tikintisi ilə bağlı razılaşmadan yazıb  

17:58
17 Noyabr

Martin Çunqonq: İqlim dəyişikliyi məsələsində təcili və qətiyyətli tədbirlər görməliyik  

17:49
17 Noyabr

Britaniyanın “Telegraph” və “The World of Fine Wine” nəşrlərində Azərbaycanda şərabçılığın inkişafından bəhs edən məqalələr yayımlanıb

17:32
17 Noyabr

Pakistan Fövqəladə Halların İdarə edilməsi üzrə Milli Qurumunun sədri FHN-in Akademiyasında olub  

17:09
17 Noyabr

Fərid Qayıbov: Su və təbiətin təmiz olması insan həyatı üçün önəmlidir  

16:47
17 Noyabr

COP29 çərçivəsində Bakıda “Həmkarlar ittifaqları üçün strateji gün” mövzusunda tədbir keçirilib

16:43
17 Noyabr

COP29-da iqlimin səbəb olduğu miqrasiya və məcburi köçkünlüyün həlli yolları axtarılıb

16:40
17 Noyabr

COP29 çərçivəsində keçirilən Parlament Görüşünün yekun sənədi qəbul olunub  

16:39
17 Noyabr

COP29-da iqlimin səbəb olduğu miqrasiya və məcburi köçkünlüyün həlli yolları axtarılıb

16:36
17 Noyabr

Sabah paytaxtda fasilələrlə yağış yağacağı gözlənilir  

15:07
17 Noyabr

COP29-un qadınlarla bağlı panel sessiyasında zərif cinsin nümayəndələrinin ambisiyalı olmalarına çağırış edilib

14:57
17 Noyabr

Prezident İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb YENİLƏNİB

14:53
17 Noyabr

Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb YENİLƏNİB

14:49
17 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!