23 Sentyabr 2026 23:48
714
SİYASƏT
A- A+
Tedros Adhanom Qebreyesus: Ortaq zəifliklər bölünmə deyil, həmrəylik mənbəyinə çevrilməlidir  

Tedros Adhanom Qebreyesus: Ortaq zəifliklər bölünmə deyil, həmrəylik mənbəyinə çevrilməlidir  


Dövlətlərin üzləşdiyi ortaq zəifliklər bölünmə deyil, həmrəylik mənbəyinə çevrilməlidir.

AZƏRTAC xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Nyu-Yorkda təşkil etdiyi “Ortaq gələcək naminə etimadın, əməkdaşlığın və qlobal sabitliyin bərpası” mövzusunda XXXVII Yüksəksəviyyəli Görüşdə çıxışı zamanı bildirib.

ÜST rəhbəri səhiyyəni dövlətlərin ümumi təhdidlər qarşısında hələ də birgə fəaliyyət göstərə bildiyi mühüm sahələrdən biri kimi qiymətləndirib. O, COVID-19-dan əldə olunan dərslər əsasında üçillik danışıqlardan sonra ÜST-yə üzv dövlətlərin Pandemiya Sazişini qəbul etdiklərini xatırladıb.

“Pandemiya Sazişi çoxtərəfliliyin canlı və işlək olduğunun real sübutudur. Ölkələr patogenlərə çıxış və faydaların bölüşdürülməsi sistemi üzrə danışıqları davam etdirirlər və bu, sazişin həyata keçirilməsinə və qüvvəyə minməsinə yol açacaq. Ölkələr arasında hələ də fikir ayrılıqları var, lakin onların həll yolunu tapacaqlarına əminəm. Ən vacibi odur ki, onlar hələ də bir-biri ilə danışırlar”, - deyə Qebreyesus bildirib.

O, son aylarda pandemiyaların qarşısının alınması, hazırlıq və cavab tədbirləri üzrə siyasi bəyannamənin də razılaşdırıldığını və sənədin bu həftənin cümə günü BMT Baş Assambleyasının yüksəksəviyyəli iclasında təsdiqlənməsinin gözlənildiyini deyib.

Qebreyesus qlobal institutların dəyişən dünyaya uyğunlaşmasının zəruriliyini də vurğulayıb: “Heç kim çoxtərəfliliyin asan və ya mükəmməl olduğunu deməyib. Dünyamız daim dəyişir və çoxtərəfli sistem də onunla birlikdə dəyişməlidir. İslahatların məqsədi institutları sadəcə qoruyub saxlamaq deyil, onların məqsədə uyğun, hesabatlı və ölçüləbilən nəticələr vermək qabiliyyətində olmasını təmin etməkdir”.

Onun sözlərinə görə, ortaq zəifliklər yox olmayıb, əksinə, daha aydın görünür.

“Zəiflik bölünmənin də, həmrəyliyin də mənbəyinə çevrilə bilər. Seçim bizimdir. Gələcək dövlətlər arasında daha güclü divarlarla deyil, daha güclü etimadla təmin ediləcək”,- deyə ÜST-ün baş direktoru vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib

22:51
14 Oktyabr

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

22:14
14 Oktyabr

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb YENİLƏNİB

21:58
14 Oktyabr

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

19:37
14 Oktyabr

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

19:36
14 Oktyabr

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib

19:35
14 Oktyabr

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib  

19:34
14 Oktyabr

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb

19:32
14 Oktyabr

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib  

19:31
14 Oktyabr

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər  

19:30
14 Oktyabr

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir  

18:48
14 Oktyabr

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

18:45
14 Oktyabr

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

18:44
14 Oktyabr

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib 

17:52
14 Oktyabr

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib  

17:51
14 Oktyabr

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

17:50
14 Oktyabr

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib  

17:48
14 Oktyabr

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

17:37
14 Oktyabr

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

17:36
14 Oktyabr

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır 

17:34
14 Oktyabr

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

17:33
14 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!