05 Oktyabr 2024 17:23
1427
CƏMİYYƏT
A- A+
Tədqiqat: İndiyədək 610 quş növünün nəsli kəsilib, növbəti iki əsrdə daha 1000 növ yox ola bilər

Tədqiqat: İndiyədək 610 quş növünün nəsli kəsilib, növbəti iki əsrdə daha 1000 növ yox ola bilər

Ekoloqlar bildirirlər ki, Hind okeanının Mavriki adasında məskunlaşan uça bilməyən məşhur quş olan Dodo insanların təqsiri üzündən nəsli kəsilməkdə olan qanadlı heyvanların bir nümunəsidir. Təcrid olunmuş ekosisteminə yaxşı uyğunlaşan, lakin insanların gəlişinə hazır olmayan Dodo ilə ilk dəfə 1598-ci ildə niderlandlı dənizçilər qarşılaşıb. Ovçuluq, yaşayış yerlərinin məhv edilməsi və yerli olmayan növlərin gətirilməsi 80 ildən az müddətdə onu məhv edib.

Amma bu quş növü məhv olan yüzlərlə qanadlının yalnız bir örnəyidir. Yeni araşdırmalar son 130.000 il ərzində 610 quş növünün nəslinin kəsilməsini sənədləşdirib və bu, “Homo Sapiens” növünün qlobal miqyasda yayılması ilə üst-üstə düşür. Quş böhranı son illərdə və onilliklərdə daha da sürətlənib. Məsələn, Havayın nəğməkar quşu olan Kauaʻi keçən il nəsli kəsilmiş elan edilib.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, tədqiqatçılar, həmçinin bu prosesin ekoloji nəticələrini də aşkar ediblər, çünki quş növlərinin yoxa çıxması onların saysız-hesabsız ekosistemlərdə xidmət etdiyi funksiyaları da aradan qaldırır. İngiltərənin Birminhem Universitetinin ekoloqu, bu həftə “Science” jurnalında dərc olunan araşdırmanın aparıcı müəllifi Tom Metyus deyib: “Quşlar toxumların səpilməsi, həşəratların istehlakı, ölü materialın təkrar emalında əsas rol oynayır. Məsələn, qarğalar tozlanma kimi bir çox vacib ekosistem funksiyalarını yerinə yetirirlər. Növlər məhv olsa, onda biz bu funksiyaları da itiririk. Bunun ən yaxşı nümunəsi Mavriki və Havay adalarıdır. Burada demək olar ki, bütün yerli meyvə yeyən quşların nəsli kəsilib”.

Ekoloq əlavə edib ki, quşlar meyvələri yeyərkən və sonra hərəkət edərkən, meyvələrin aid olduğu bitkilərin toxumlarını da səpirlər. Onun sözlərinə görə, bu səbəbdən ağac növlərinin də bir çoxu məhv ola bilər.

Tədqiqatçılar tərəfindən sənədləşdirilmiş nəsli kəsilmiş quşların əksəriyyəti adalarda yaşayıb. Yaşayış yerinin itirilməsi təcridolunma və ərazinin azaldılması nəzərə alınmaqla böyük təsirlərə səbəb ola bilər, siçovullar, pişiklər və siçanlar kimi heyvanların introduksiya edilməsi isə uça bilməyən bir çox ada-endemik quşların yeni yırtıcılardan qaça bilməməsinə ciddi təsir göstərəcək.

İnsan ovçuluğu keçmişdə quşların nəslinin kəsilməsinə səbəb olan ən böyük amil idi və indi də müəyyən bölgələrdə problem olaraq qalır. Metyus qeyd edib ki, nəğməkar quşların ticarət məqsədilə tutulması xüsusilə Cənub-Şərqi Asiyada böyük bir problemdir. Müəyyən bölgələr və növlər daha spesifik amillərlə əlaqəli idi. Məsələn, insanlar tərəfindən təqdim edilən quş malyariyasını göstərmək olar. Gələcəkdə böyük naməlum amil meydana çıxa bilər ki, bu da antropogen iqlim dəyişikliyi ilə bağlı olacaq.

Beləliklə, alimlər hesab edirlər ki, 3 milyard illik unikal təkamül tarixində hər bir itirilmiş növ həyat ağacından bir budaq kəsmək kimidir. Eyni zamanda, 610 rəqəmi quşların nəslinin tükənməsinin cüzi bir hissəsidir, çünki bəzi bölgələrdən əldə edilən məlumatların azlığı və bir çox itirilmiş növləri tapmaq üçün skelet qalıqlarının olmaması daha çox quş növünün yoxa çıxması fərziyyəsini gücləndirir. Real rəqəmdən asılı olmayaraq, Metyus son 50.000 il ərzində yoxa çıxmaların böyük əksəriyyətini insan amili ilə əlaqələndirir. Hazırda planetimizdə 11 minə yaxın quş növü mövcuddur. Tədqiqatçılar növbəti iki əsr ərzində 1000-dən çox növün nəslinin kəsilməsini proqnozlaşdırırlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Donald Tramp sui-qəsdə məruz qaldığı yerdə yenidən seçiciləri ilə görüşüb

10:35
06 Oktyabr

Volodimir Zelenski: Ukrayna üçün sülhə zəmanət ərazi güzəşti olmadan verməlidir

10:31
06 Oktyabr

430 il əvvəl...

08:35
06 Oktyabr

Bir gün balıq ovunda…

08:30
06 Oktyabr

Əgər COP29-un iştirakçıları Balaxanıya gəlsələr...

08:25
06 Oktyabr

İlham ƏLİYEV: "Azərbaycan ərazi bütövlüyünü təkbaşına bərpa edir"

08:20
06 Oktyabr

Qərbi Azərbaycana qayıdış milli ideyamızın ayrılmaz hissəsidir

08:15
06 Oktyabr

ABŞ-nin riyakarlığı

08:10
06 Oktyabr

Azərbaycan sabitlik məkanıdır

08:05
06 Oktyabr

Eviniz mübarək, eliniz abad olsun

08:00
06 Oktyabr

Çin sərhədindən Abşerona qədər yükdaşımaların müddəti 9 günədək azaldılıb

01:58
06 Oktyabr

"Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında 2 mindən çox iş yeri yaradılacaq

01:57
06 Oktyabr

"Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında 

01:55
06 Oktyabr

S.K.Hacıyevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında

01:54
06 Oktyabr

Bu il "Ümumdünya kosmos həftəsi" kosmos və iqlim dəyişmələri mövzusuna həsr olunub 

01:49
06 Oktyabr

BANM-də innovativ ideya və həllər müsabiqəsi başa çatıb 

01:47
06 Oktyabr

İsveç mətbuatı: Azərbaycan COP29-un sədri kimi iqlim böhranına diqqət yetirməyə çağırış edib

01:45
06 Oktyabr

XİN: Ermənistan və Fransanın Beynəlxalq Frankofoniya Təşkilatındakı təxribatçı addımları iflasa uğrayıb

23:31
05 Oktyabr

Rəsmi Bakı: Fransa özünün dar maraqları naminə Ermənistandan istifadə edir

23:01
05 Oktyabr

Azərbaycan XİN: Ermənistan normallaşma və qarşıdurma arasında seçim etməlidir

22:52
05 Oktyabr

Deputatlarımız Qazaxıstanda keçiriləcək referendumu müşahidə edəcəklər

22:28
05 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!