19 İyun 2025 08:10
4658
PARLAMENT
A- A+
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında 4 qanun layihəsi müzakirə olunub

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında 4 qanun layihəsi müzakirə olunub


İyunun 18-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin videokonfrans formatında iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, komitənin sədri Sadiq Qurbanov gündəliyə 4 məsələnin - "Qaz  təchizatı haqqında" (ikinci oxunuş), "Elektroenergetika haqqında" qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş), "İstilik təchizatı haqqında " (üçüncü oxunuş), "Elektroenergetika haqqında" qanunda dəyişiklik edilməsi barədə" qanun layihələrinin daxil olduğunu bildirib.

İlk olaraq "Qaz  təchizatı haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Məlumat verilib ki, bu qanun qazın nəqli, paylanması, saxlanması, satışı, idxalı, istehlakı və qaz qurğularının istismarı ilə bağlı qaz təchizatı subyektləri, istehlakçılar və qaz təchizatı sektorunda fəaliyyət göstərən dövlət orqanları (qurumları) arasında yaranan münasibətləri tənzimləyəcək, həmçinin qaz təchizatının hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edəcək.  

Sonra gündəliyin ikinci məsələsi - "Elektroenergetika haqqında" qanuna təklif olunan dəyişiklik barədə məlumat verilib. Bildirilib ki, qanun layihəsi elektroenergetika sektorunda sabit tarifin tətbiqi məqsədilə hazırlanıb. Layihədə istehlak səviyyəsindən asılı olmayaraq, hər bir istehlakçı üçün sabit tarifin aylıq ödəniş elementi kimi müəyyənləşdirilməsi, bu tarif vasitəsilə paylayıcı sistem operatorunun sabit xərclərinin qarşılanması nəzərdə tutulur. Eyni zamanda layihədə sabit tarifin tətbiqindən irəli gələn məsələlər, elektrik enerjisi təchizatçısının və istehlakçının hüquq və vəzifələri də tənzimlənir.

Gündəliyin üçüncü məsələsi olan "İstilik təchizatı haqqında " (üçüncü oxunuş) qanun layihəsinə dair məlumat verən komitə sədri Sadiq Qurbanov bildirib ki, sənəd istilik enerjisinin istehsalı, paylanması (ötürülməsi), satışı və istehlakı ilə bağlı yaranan münasibətləri, bu sahədə dövlət orqanlarının və tənzimləyicinin səlahiyyətlərini, istilik təchizatı subyektlərinin hüquq və vəzifələrini tənzimləyəcək və istehlakçıların istilik təchizatı ilə təminatının keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək.

Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov gündəliyin sonuncu məsələsi - "Elektroenergetika haqqında" qanunda dəyişiklik edilməsi barədə məlumat verib. O, qanun layihəsinin "Elektroenergetika haqqında" qanunun 13.2-ci maddəsinin qüvvəyə minmə müddətinin dəyişdirilməsi məqsədilə hazırlandığını söyləyib. Bildirilib ki, hazırkı variantda bu maddənin 2025-ci il iyulun 1-də qüvvəyə minməsi nəzərdə tutulsa da, təklifə əsasən bu müddətin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməsi məqsədəuyğun hesab olunur. 

Komitənin sədr müavini Fatma Yıldırım, üzvləri Vüqar Rəhimzadə, Asif Əsgərov qanun layihələri ilə bağlı fikirlərini bölüşüblər. Müzakirələrin sonunda qanun layihələrinin hər biri Milli Məclisin plenar iclasına tövsiyə olunub.


"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Heydər Əliyev xalqımızın və dövlətimizin xilaskarıdır

11:17
10 May

Heydər Əliyev və Bərdənin inkişaf tarixində silinməz izlər

11:02
10 May

Ulu Öndər Heydər Əliyev tarixə həm də milli memarlıq məktəbinin hamisi kimi düşmüşdür

11:02
10 May

Prezident Administrasiyasının rəhbəri: Şəhərsalma mühitinin inkişafında Heydər Əliyevin əvəzolunmaz töhfələri xüsusi əhəmiyyətə malikdir  

10:19
10 May

Samir Nuriyev: Heydər Əliyev Azərbaycan tarixində dövlətçilik ənənələrinin, milli dirçəlişin güclənməsinə əvəzolunmaz töhfələr vermiş görkəmli dövlət xadimidir  

09:56
10 May

Heydər Əliyev irsinin işığında

08:50
10 May

Heydər Əliyev: işıqlı yolun banisi

08:48
10 May

Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi

08:45
10 May

Atəşkəsdən Zəfərə

08:43
10 May

Heydər Əliyevin ideyaları ilə formalaşan gənclik

08:40
10 May

Heydər Əliyevin siyasi-hüquqi irsi: hüquqi dövlət və insan hüquqlarının təminatı

08:35
10 May

Heydər Əliyevin Azərbaycanı informasiya cəmiyyətinə transformasiya etmək siyasəti: dünən və bu gün

08:30
10 May

Heydər Əliyev düşüncəsində milli ideologiya konsepti

08:25
10 May

Milli dəyərlər, ictimai mühit və dövlətçilik ideologiyası

08:20
10 May

Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası Azərbaycanın parlaq gələcəyinin əsasını qoydu

08:15
10 May

Azərbaycanın quruculuq salnaməsinin müəllifi

08:10
10 May

Müasir dövlətçilik tariximizin müəllifi

08:05
10 May

Zamanın fövqündə duran dahi

08:00
10 May

Putin Zelenski ilə Moskvada görüşməyə hazır olduğunu bildirib

01:15
10 May

Xarici işlər nazirinin müavini “Türkiyənin COP31-ə Gedən Yolu: Dayanıqlı Şəhərlər” adlı tədbirdə çıxış edib  

01:02
10 May

“Qalatasaray” 26-cı dəfə Türkiyə çempionu olub

00:48
10 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!