31 Mart 2026 10:02
94
SİYASƏT
A- A+
Tariximizin faciəvi səhifələrindən biri

Tariximizin faciəvi səhifələrindən biri


31 Mart – Azərbaycanlıların Soyqırımı Günü Azərbaycan tarixinin ən faciəli və ağrılı səhifələrindən biridir. 1918-ci ilin martında Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri, “Daşnaksütyun” partiyasının 4 minlik silahlı dəstəsi tərəfindən Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən, Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur, İrəvan və digər ərazilərdə azərbaycanlı soydaşlarımıza qarşı genişmiqyaslı zorakılıqlar həyata keçirilmişdir. Həmin dövrdə bolşevik-daşnak silahlı dəstələri tərəfindən minlərlə dinc sakin, o cümlədən qadınlar, uşaqlar və yaşlılar amansızcasına qətlə yetirilmiş, talanlar və etnik təmizləmələr həyata keçirilmiş, yaşayış məntəqələri dağıdılmış, tarixi və dini abidələrimiz məhv edilmişdir. Erməni cəlladları on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirərək diri-diri yandırmışdılar. Xüsusilə Şamaxı qəzasında onlarla kənd yerlə-yeksan edilmiş, minlərlə insan qətlə yetirilmişdir. 

1990-cı illərdən etibarən tədqiqatçılar Şamaxı hadisələri ilə bağlı bir sıra araşdırmalar aparılıb və nəticədə erməni cinayətkarlarının Şamaxı şəhərində təqribən 14-16 min, onun 40 kənd və obasında 6-8 min nəfəri qətlə yetirildiyi, Şamaxı qəzasından 18 min nəfərdən çox insanın didərgin düşdüyü müəyyən edilib. Həmçinin Quba bölgəsində aşkar edilmiş kütləvi məzarlıq bu hadisələrin miqyasını və qəddarlığını bir daha sübut edən mühüm tarixi faktlardan biridir. Quba qırğınları zamanı şəhərdə  öldürülənlərin təxmini sayının 2900-dək, Quba qəzası üzrə ümumilikdə isə 4000 nəfərdən artıq olduğu qeyd olunur. Bu soyqırımı nəticəsində Quba qəzasının 122 kəndi tamamilə dağıdılmış, 2750-dən çox ev tamamilə yandırılmışdır.

Qərbi azərbaycanlılara qarşı törədilmiş kütləvi deportasiyalardan ilki də həmin dövrdə - 1918-1920-ci illərdə baş verib. 1917-ci ilin noyabrında Rusiyada baş verən dövlət çevrilişindən sonra Şərqi Anadolu və Qafqaz cəbhələrindən geri çəkilən rus qoşunlarının silahlarını ələ keçirən erməni silahlı dəstələri türklərə və azərbaycanlılara qarşı genişmiqyaslı qırğınlar törətdilər. İrəvan quberniyasında azərbaycanlı əhaliyə qarşı zorakılıqların ilk mərhələsi 1918-ci ilin əvvəllərindən etibarən başlamışdır. Həmin ilin mart ayınadək erməni silahlı birləşmələri İrəvan qəzasında 32, Eçmiədzin qəzasında 85, Novo-Bəyazid qəzasında 7 və Sürməli qəzasında 75 kəndi, ümumilikdə isə 199 yaşayış məntəqəsini viran qoymuş, təxminən 135 min azərbaycanlı qətlə yetirilmişdir. 1918-ci il aprelin 29-da isə Gümrü yaxınlığında əsasən qadın, uşaq və yaşlılardan ibarət təxminən 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq tamamilə məhv edilmişdir. Erməni silahlı dəstələri tərəfindən Zəngəzur qəzasında 115 azərbaycanlı kəndi məhv edilmiş, 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüşdür. 1918-1920-ci illərdə Qarabağa edilmiş yürüş nəticəsində Qarabağın dağlıq hissəsində 150 kənd dağıdılmış, əhalisi məhv edilmişdir.

Bu hadisələrə uzun illər ərzində obyektiv hüquqi-siyasi qiymət verilməmişdir. Yalnız Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu məsələyə dövlət səviyyəsində yanaşma formalaşmışdır. 1998-ci ildə Ümummilli Lider Heydər Əliyevin imzaladığı sərəncamla 31 mart tarixi “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Bu qərar həmin faciələrin beynəlxalq ictimaiyyətə çatdırılması və tarixi ədalətin bərpası istiqamətində mühüm addım olmuşdur. Həmçinin, sözügedən Fərmandan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülmüş, çoxlu əsərlər yazılmış və əcnəbi dillərə tərcümə olunmuşdur. Bundan başqa, xarici ölkələrdə keçirilən tədbirlər, nəşr olunan elmi əsərlər və aparılan tədqiqatlar bu soyqırımı reallığının dünyaya çatdırılmasında mühüm rol oynayır.

Azərbaycan Respublikası bu tarixi hadisələrin dünya ictimaiyyətinə daha dolğun şəkildə çatdırılması üçün ardıcıl siyasət həyata keçirir. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Prezidenti İlham Əliyev 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar vermişdir. Memorial kompleks 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sol sahilində inşa edilmişdir. Ölkə başçısı İlham Əliyev, həmçinin erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalamışdır. 

Bugünkü müstəqil, suveren, qüdrətli Azərbaycanın var olması asanlıqla başa gəlməyib. Xalqımız tarix boyu müxtəlif dövrlərdə soyqırımlara, əsarətə, işğala, etnik təmizləmələrə məruz qalıb, lakin heç zaman bu haqsızlıqlarla barışmayıb. İşğalla barışmayan dövlətimiz 30 ilə yaxın daxili gücünü səfərbər edərək tarixi ədaləti bərpa etmiş, ərazi bütövlüyünü və suverenliyini tam təmin etmişdir. Bununla belə, edilən haqsızlıqları heç zaman unutmamış və unutdurmamışdır. Xalqımızın yaddaşında dərin izlər buraxmış 31 Mart Azərbaycanlıların Soyqırımı Günü də gələcək nəsillər tərəfindən daim xatırlanacaq. 


Pərvanə VƏLİYEVA,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xocavənd şəhərində daha 64 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB 2

14:48
31 Mart

Fransada yanacaq qıtlığı yaşanır  

14:29
31 Mart

Hesabat: Cəmi 13 ölkə təhlükəsiz hava keyfiyyəti standartlarına uyğundur

14:23
31 Mart

ABŞ təbii qaz mayelərinin ixracını artırıb

14:17
31 Mart

Qarabağın “Qırmızı Kitab”ı hazırlanır

14:01
31 Mart

Baş Prokurorluq: Daşkəsəndə zorakılıq iddiası üzrə istintaq davam edir

13:53
31 Mart

Qızılın qiyməti 5400 dollara yüksələ bilər – PROQNOZ

13:41
31 Mart

Sabah bəzi yerlərdə 25 dərəcə isti olacaq

13:31
31 Mart

Dollar mart ayını 2022-ci ildən bəri ən yaxşı aylıq göstərici ilə başa vurur

13:13
31 Mart

ABŞ Prezidenti: Hörmüz boğazı bağlı qalsa belə, İrana qarşı hərbi kampaniyanı başa çatdırmaq əzmindəyik  

13:07
31 Mart

Fransada yanacağın bahalaşmasına etiraz edən yük maşını sürücüləri yolu bağlayıblar  

13:05
31 Mart

Hörmüz boğazı üçün iki fərqli plan: pulsuz gəmiçilik, yoxsa Süveyş modeli?

13:04
31 Mart

BDYPİ: Yolu nəzərdə tutulmayan yerlərdən keçməyin

13:02
31 Mart

ABŞ İrana qarşı əməliyyatlarda mindən çox qanadlı raketdən istifadə edib

13:00
31 Mart

“Google” sosial media üçün ümumi qadağaları dəstəkləməyib

13:00
31 Mart

Dubay sahillərində nəhəng neft tankeri İranın hücumuna məruz qalıb  

12:58
31 Mart

Soyqırımı cinayətlərini dünyaya çatdırlmalı və gələcək nəsillərə ötürməliyik

12:47
31 Mart

“Airbus” yeni dronu sınaqdan keçirib  

12:31
31 Mart

Bəşər tarixinin qanlı facilələrindən biri

12:30
31 Mart

NASA Aya astronavtlar göndərməyə hazırlıq görür

11:57
31 Mart

Pakistanda silahlılar qaz kəmərini partladıblar  

11:52
31 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!