31 Mart 2026 09:59
157
SİYASƏT
A- A+
Azərbaycanlıların soyqırımı və tarixi konteksti

Azərbaycanlıların soyqırımı və tarixi konteksti


Soyqırımı milli, etnik, irqi və ya dini bir qrupu tamamilə və ya qismən məhv etmək məqsədilə törədilən sistemli və kütləvi qətl, zorakılıq və repressiya aktlarıdır. Bu, beynəlxalq hüquqa görə ən ağır cinayət sayılır və insanlığa qarşı yönəlmiş hərəkət kimi qiymətləndirilir. Soyqırımının əsas xüsusiyyəti insanların öldürülməsi, fiziki və ya zehni zərər verilməsi, yaşayış şəraitinin qəsdən pozulması və doğumun qarşısının alınması və müəyyən bir qrupu yox etmək niyyətidir.

   Soyqırımı terminini ilk dəfə elmi və hüquqi anlayış kimi formalaşdıran polyak-yəhudi hüquqşünası Rafayel Lemkin olmuşdur. Rafael Lemkin uzun müddət çalışaraq 1948-cı ildə BMT tərəfindən “Soyqırımın qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya”nın qəbul olunmasına nail oldu. Lemkinin öz ailəsi Holokosta məruz qalmışdı və ona görə də bu genosid cinayəti beynəlxalq gündəliyə gətirərək dünya tərəfindən qəbul olunmasına çalışdı. Dünya tarixində müxtəlif xalqlara və millətlərə qarşı soyqırımlar mütəmadi törədilmişdir. Amma beynəlxalq səviyyədə tanınaraq təzminat ödənilməsi ilə nəticələnmiş soyqırımı hadisəsi isə 1933–1945 Almaniya tərəfindən yəhudilərin və digər qrupların sistemli şəkildə məhv edilməsi olmuşdur. 

Bundan başqa 1975-1979-cu illər Kamboca soyqırımı, 1994-cü il Ruanda soyqırımı, 1995-ci il Srebrenitsa qətliamı milyonlarla günahsız insanın qətlə yetirilməsi ilə nəticələnmidir. 

 Azərbaycan xalqı da XIX əsrin əvvəllərindən başlayaraq zaman-zaman ermənilər tərəfindən soyqırımı cinayətlərinə məruz qalmışdır.  Belə ki, 1905, 1918-ci illərdə azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınlar, 1920-ci ildə Qərbi Zəngəzurun Ermənistana verilməsi, 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlını Qərbi Azərbaycandan güc yolu ilə köçürülməsi Ermənistanın mifik “böyük Ermənistan” yaratmaq siyasətinin tərkib hissəsi olmuşdur. 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən erməni daşnak-bolşevik silahlı dəstələri tərəfindən Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur, İrəvan və digər ərazilərdə xüsusi qəddarlıqla kütləvi qırğınlar törədərək 30 mindən çox azərbaycanlı qətlə yetirilmiş, 10 minlərlə insanı öz yurdlarından qovulmuşdur. 

Mifik ideya ilə özlərinə xəyal quran erməni qatillər uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirmiş, on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirərək diri-diri yandırmış, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıdaraq tarixi-mədəni irsimizi yer üzündən silməyə çalışmışlar. 

2007-ci ilin aprelində Qubada stadionun təmiri ilə bağlı aparılan qazıntı işləri zamanı erməni daşnakların törətdikləri qırgının təzahürü olan kütləvi məzarlıq aşkar olunmuşdur. Məzarıqda aşkar olunan insan sümüklərinin tədqiqat və ekspertizaları zamanı insanlığa xas olmayan işgəncə üsulları ilə qəddarcasına qətlə yetirlmiş 500-dən çox kəllə sümüyü müəyyən olunmuşdur. 

1918-ci ilin yanvar-aprel aylarında Stepan Şaumyanın tapşırığı ilə yaradılmış 10 min nəfərdən çox əli silahlı bolşevik-daşnak ordusu qatil Hamazapsın başçılığı ilə Quba qəzasında qırğınlar törətmiş, 167 kəndi dağıtmış, 35 kəndi yandıraraq məhv etmiş, Quba, Qusar və Xaçmaz ərazisində 16 mindən çox insanı vəhşicəsinə qətlə yetirmişdir. 

Qeyd edək ki, o zaman Qubada qırgınlar törədərək Qusara tərəf irəliləyən bolşevik daşnak qoşunu Digah kəndinin (sonradan “Qanlı dərə” adı verilən) ərazisndə yerli xalqlar tərəfindən darmadağın olunmuşdur. Qusarlı Hatəm ağa Çağarvi, Möhübəli əfəndi Kuzunvi, qubalı Əli bəy Zizikski və şabranlı Həmdulla əfəndi kimi qəhrəmanların rəhbərlik etdiyi yerli xalqlardan təşkil olunmuş dəstələr “Qanlı dərədə” 5 minlik bolşevik-daşnak ordusunu darmadağın edərək geri qaçmağa məcbur etmişdir. Bu hadisə tarixə xalqımızın qəhrəmanlıq səhifəsi kimi həkk olunmuşdur. 

Qərbi Azərbaycandan azərbaycanlıların deportasiyası mərhələli şəkildə həyata keçirilmişdir. Belə ki, 1905–1920, 1948–1953 və 1988-1991-ci illərdə azərbaycanlılar öz yurdlarından deportasiya olunmuşlar. Ümumilikdə 750 mindən artıq azərbaycanlı Qərbi Azərbaycandan didərgin salınmışlar. 1988-ci ildə - sonuncu deportasiyada 250 mindən çox azərbaycanlı doğma yurd-yuvasını tərk etmişdir. 

Bundan sonra ermənilər Qərbi Azərbaycandan azərbaycanlıların izini itirmək məqsədilə buradakı qəbiristanlıqları, tarixi mədəni abidələri darmadağın ediblər. Təkcə 1988-ci ildən sonra Qərbi Azərbaycanda ermənilər azərbaycanlılara məxsus 2000-dən artıq qəbristanlıq dağıdıb. Azərbaycanlıların son deportasiyasından sonra Ermənistan monoetnik dövlətə çevrilmişdir. 

 Ermənilər “böyük Ermənistan” xülyası ilə işğal siyasətini və azərbaycanlılara qarşı soyqırımların törədilməsini XX əsrin sonunda davam etdirmişlər. Ötən əsrin 90-cı illərinin əvvəllərində müstəqil Azərbaycanın ərazilərinin 20 faizini işğal edən Ermənistan 300-dən çox yaşayış məntəqəsini yerlə yeksan edərək talamış, sakinlərə qarşı soyqırımları törətmişdir. Bu soyqırımların ən dəhşətlisi 26 fevral 1992-ci ildə Xocalıda həyata keçirilmişdir. Erməni cəlladları tərəfindən 366-cı alayın köməyi ilə Xocalıda 613 nəfər dinc sakin vəhşicəsinə qətlə yetirilmiş, 1275 nəfər əsir götürülmüşdür. 150 nəfərin taleyi bu gün də məlum deyildir. 

Xocalı soyqırımı hazırda dünyada 9 ölkə və ABŞ-nin 21-dən çox ştatı tərəfindən rəsmən soyqırımı və ya qətliam kimi tanınmışdır. Bu tanınma prosesi beynəlxalq səviyyədə faciəyə hüquqi-siyasi qiymət verilməsi istiqamətində davam edir. 

  2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycan dövləti Ermənistanı döyüş meydanında darmadağın edərək torpaqlarını işğaldan azad etdi. 20 sentyabr 2023-cü ildə isə uzun illər Azərbaycnın canına qara yara kimi salınmış erməni separatçılığının tabutuna son mismar vuruldu. Əli günahsız azərbaycanlıların qanına batmış, Azərbaycanın konstitusion quruluşuna qarşı çıxaraq separatçı xunta yaradan hərbi cinayətkarlar saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunublar və bu gün Azərbaycan həbsxanalarında törətdikləri cinayətlərin bədəlini ödəyirlər. Bəli, Xocalı və digər ərazilərdə soyqırmlara məruz qalmış azərbaycanlıların qisasını döyüş meydanında aldıq. 

   Xalqımıza qarşı törədilmiş soyqırımı cinayətlərinə hüquqi qiymətin verilməsi hər zaman Ulu Öndər Heydər Əliyevin diqqət mərkəzində olmuşdur. Dahi liderimiz Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədi ilə 26 mart 1998-cı ildə imzalnamış fərmanla da martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. 

Erməni millətçilərinin cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə 30 dekabr 2009-cu il tarixdə Prezident İlham Əliyev Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılması ilə bağlı sərəncam imzalamışdır. 2013-cü il sentyabrın 18-də isə Quba şəhərində Qudyalçayın sol sahilində memorial kompleksin açılışı olmuşdur.

Ermənilər tərəfindən törədilən soyqırımı cinayətləri bəşər tarixinin qanlı səhifələridir. Biz bu faciələri unutmamalı və gələcək nəsillərə çatdırmalıyıq. Tarixdə baş vermiş hadisələrdən ibrət götürərək gələcyimizi qurmalıyıq.


Azər BADAMOV,

Milli Məclisin deputatı


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasındadır - “Global Terrorism Index 2026” açıqlandı  

11:04
31 Mart

Soyqırımı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində mühüm addımlar atılır  

10:37
31 Mart

Xarici İşlər Nazirliyi 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb

10:36
31 Mart

Dünya bazarında qızıl 45 dollar bahalaşıb

10:33
31 Mart

Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edilib  

10:31
31 Mart

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib  

10:29
31 Mart

Əksər bölgələrdə yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA

10:28
31 Mart

Azərbaycan neftinin qiyməti 128 dolları ötüb

10:05
31 Mart

İsrail parlamenti terrorda təqsirləndirilən fələstinlilər üçün ölüm cəzasını təsdiqləyib

10:02
31 Mart

Azərbaycanlıların soyqırımı və tarixi konteksti

09:59
31 Mart

Almaniyada inflyasiya artıb

09:29
31 Mart

Aleksandr Sırski: Ukrayna ordusu strateji müdafiə əməliyyatlarına diqqət yetirəcək

07:57
31 Mart

Ukrayna mediasında 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı məqalə dərc olunub  

07:28
31 Mart

Ceyhun Bayramov iranlı həmkarı ilə telefon danışığında regional vəziyyətdən narahatlığını ifadə edib  

23:32
30 Mart

Gürcüstanın Baş naziri ABŞ Dövlət katibi ilə regional təhlükəsizlik məsələlərini müzakirə edib

23:19
30 Mart

Livanın cənubunda BMT-nin 2 sülhməramlısı həlak olub

22:59
30 Mart

Volodimir Zelenski: Ukrayna Yaxın Şərq ölkələri ilə tarixi razılaşmalar əldə etməyə başlayıb  

22:47
30 Mart

"FIFA Series - 2026" turnirinin qalibi olan Azərbaycan millisi mükafatlandırılıb  

21:49
30 Mart

Futbol üzrə Azərbaycan millisi beynəlxalq turnirin qalibi olub

21:25
30 Mart

Yaddaşımızdan silinməyən qanlı tarix

20:52
30 Mart

Səfirliyin nümayəndəsi: Enerji sahəsi Ankara ilə Bakı arasında strateji əməkdaşlığın prioritet istiqamətlərindən biri olaraq qalır  

20:38
30 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!