20 Avqust 2025 22:10
463
DÜNYA
A- A+
Tanınmış ziyalılardan Fransa və Əlcəzair prezidentlərinə açıq məktub  

Tanınmış ziyalılardan Fransa və Əlcəzair prezidentlərinə açıq məktub  


Qırx nəfər tanınmış əlcəzairli və fransalı şəxs iki ölkə arasında bir ildən çoxdur davam edən diplomatik böhranın həll olunması üçün Əlcəzair Prezidenti Abdelmacid Tebbuna və Fransa Prezidenti Emmanuel Makrona açıq məktubla müraciət ediblər.

AZƏRTAC xəbər verir ki, məktub Fransada “Mediapart” saytında dərc olunub və imza atanlar münasibətlərin gərginlik, anlaşılmazlıq və qarşılıqlı narazılıq mərhələsinə daxil olmasından dərin narahatlıqlarını ifadə ediblər.

“Biz sizə bu gün, əlcəzairlilər, fransızlar, Fransa-əlcəzairlilər və hər iki tərəfin dostları kimi, həm narahatlıq və ciddiyyətlə, həm də səmimi bir ümidlə müraciət edirik,” – deyə məktubda qeyd olunur. Məktub müəllifləri bildirirlər ki, iki ölkə arasında dərinləşən siyasi böhrana baxmayaraq, cəsarətli siyasi yanaşma və qarşılıqlı iradə dayanıqlı barış üçün yol aça bilər.

Onlar, həmçinin vurğulayıblar ki, bu böhrandan əziyyət çəkən milyonlarla insan sadəcə sakit və ləyaqətli birgə yaşamaq, damğalanmadan, karikaturaya çevrilmədən, siyasi oyunların qurbanı olmadan həyatlarını davam etdirmək istəyirlər.

Məktubda prezidentlərə birbaşa müraciətlə deyilir: “Sizdə bu böhrandan çıxış yolu açmaq gücü və məsuliyyəti var. Səmimi dialoqu bərpa edin, tarixlə bağlı məsələləri cəsarətlə və dürüstlüklə müzakirə edin, humanitar, mədəni və iqtisadi mübadilələri gücləndirin”.

İmza atanlara görə, Fransa-Əlcəzair münasibətləri təkcə seçki hesablamalarına və keçici diplomatik jestlərə əsaslana bilməz. Onların fikrincə, bu münasibətlər milyonlarla insanın həyatına, gələcək nəsillərə və hər iki ölkənin dünyadakı imicinə birbaşa təsir edir.

Prezidentlərə müraciət məktubunu tanınmış universitet professorları, hüquqşünaslar, tarixçilər psixoanalitiklər, həmçinin ABŞ-ın Johns Hopkins Universitetinin professoru Todd Şepard, vətəndaş cəmiyyətinin üzvləri, bir neçə assosiasiyanın rəhbərləri, Əlcəzair müharibəsində xidmət etmiş keçmiş əsgərlər imzalayıblar.

Qeyd edək ki, Əlcəzair və Fransa arasındakı böhran 2024-cü ilin iyul ayında Fransa Prezidentinin Qərbi Saharanın Mərakeşə aidliyini tanıması ilə başlayıb. Gərginlik daha sonra yazıçı Bualem Sansalın həbsi və əlcəzairli miqrantların məcburi deportasiyası ilə artıb.

Bu müddətdə yalnız bir dəfə yaxınlaşma cəhdi olub: 2025-ci il martın 31-də Tebbun və Makron arasında telefon danışığı baş tutub və ikitərəfli münasibətlərin bərpası üçün yol xəritəsi cızılıb. Fransa xarici işlər naziri Jan-Noel Barro Əlcəzairə rəsmi səfər edib. Amma bu yaxınlaşma uzun çəkməyib. Aprelin 14-də Əlcəzair 12 fransız diplomatı ölkədən çıxardığını, ertəsi gün isə Fransa cavab olaraq 12 əlcəzairli diplomatı ölkədən çıxarmağa qərar verdiyini elan edib.

Əlcəzair Prezidenti Abdelmacid Tebbun Fransa siyasətçilərinin gündəlik düşmənçilik bəyanatlarını tənqid edib və Makronla dialoqu vaxt itkisi adlandırıb. O, həmçinin bərpaedilməz ayrılıq riski ilə bağlı xəbərdarlıq edib.

2025-ci il avqustun 7-də, Fransa Prezidenti Makron 2013-cü il sazişinin rəsmi olaraq dayandırılmasını tələb edib.

Fransa, həmçinin daxili işlər naziri Brüno Rötayonun Şengen ölkələri ilə birlikdə müəyyən əlcəzairli rəsmilərin Avropaya girişinə məhdudiyyətlər qoyması üçün koordinasiya aparmasını istəyir.

Böhran iki ölkə arasında hələ də həllini tapmamış dərin tarixi münaqişələr fonunda davam edir. Əlcəzair isə Fransanın nüvə sınaqlarından zərər çəkən vətəndaşlara kompensasiya verilməsini, arxivlərin tam şəkildə geri qaytarılmasını və kolonial dövr cinayətlərinin rəsmi tanınaraq üzr istənilməsini tələb edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dağlıq ərazilərə qar yağıb, bəzi yerlərdə duman müşahidə olunur - FAKTİKİ HAVA  

10:31
16 Dekabr

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

10:07
16 Dekabr

Dünya birjalarında neft ucuzlaşıb

10:07
16 Dekabr

Azərbaycan nefti ucuzlaşıb  

10:01
16 Dekabr

Daxili İşlər Nazirliyi elektron xidmətlərdə süni intellekt texnologiyalarını tətbiq edib  

10:00
16 Dekabr

Xocavənd sakini: Torpaqlarımıza qayıtmaq bizə yeni ümid verir  

09:56
16 Dekabr

Keçmiş məcburi köçkün: Övladlarım mənim yaşaya bilmədiyim günləri yaşayacaqlar

09:47
16 Dekabr

Xocavəndin Sos kəndinə növbəti köç karvanı yola salınıb  

09:40
16 Dekabr

İsti ürəklərin qış nağılı

08:55
16 Dekabr

Suverenliyin zəfər yolu: reallaşmış ideyalar

08:50
16 Dekabr

Sənət yolunda fədakarlıq

08:45
16 Dekabr

Dənizdən güclü...

08:40
16 Dekabr

Qeyri-neft sənaye məhsullarının istehsalında 5 faizə yaxın artım qeydə alınıb

08:35
16 Dekabr

Toxumçuluq: real vəziyyət, problemlər və onların həlli yolları

08:30
16 Dekabr

Sosial xidmətçilər onlar üçün əsl dostlardır

08:25
16 Dekabr

Kiçik addımlar, böyük nəticələr

08:20
16 Dekabr

Enerji, əməkdaşlıq və dəhliz diplomatiyası

08:15
16 Dekabr

Azərbaycan bölgəni əməkdaşlıq ünvanına çevirir

08:10
16 Dekabr

Azərbaycan vətəndaşları heç bir fövqəladə hadisənin qarşısında tək deyillər

08:05
16 Dekabr

Tarixdə ilk dəfə

08:00
16 Dekabr

"Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

02:25
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!