04 Iyun 2024 08:05
916
SİYASƏT
A- A+

TALEYİN HÖKMÜ

 

Donub qalmışam heyrətdən…
Qarşımda qədim və sirli tarixin xəritələri - bu qoca tarixi yaşadıb, lal sükuta dalıb...
Heyrətlə, sirli-müəmmalı baxır... 
Mən də baxıram, həsrətli gözlərimin acısını alıram…
Gözlərimsə... qərinələrcə… yol çəkir.
Aman!.. 
Bu Yurd, bu Vətən Torpağı gör nə boydaymış...
Pərən-pərən olmuş Vətən torpağı…
Nələr gedib, nələr?!
Parçalanıb, paylanıb, satılıb…
Axırı da… Belə… 
İllər boyu, sağdan-soldan, qol-qanadı qırılmış 
Qartal bənzərli bir sonuc…
Dimdiyi Xəzərə çökmüş, dərin düşüncəli və min 
illərin sirrini-sehrini özündə yaşadan bir QARTAL... 
İllərin cəfası və səfası ilə düşünürəm...
Hamısını, bu qədim-qayım torpaqların hamısını qucaqlayıb, bağrıma basmaq istəyirəm...
Eeheeeyyy!!!
Qayıdırıq, gəlirik və... bütövləşirik!!!
Səbirlə, aramla...

İlham ƏLİYEV kimi ŞƏXSİYYƏTLƏRİ xalq üçün seçən, onların tarixdəki mövqeyini, statusunu müəyyənləşdirənsə — TALEDİR…
Ali Baş Komandanın UCA və 
MÜZƏFFƏR TALEYİ…
Onun Azərbaycan xalqına, dövlətinə rəhbərlik etməsi, bu  şərəfli və həyati məsuliyyəti çiyinlərinə götürməsi, özünüz deyin, 
TALEYİN HÖKMÜ DEYİLMİ?!.
İlham Əliyevin varlığı — bizim üçün elə Taleyin hökmü deyilmi?..
***
O, çətinliklərdən və döyüşlərdən keçib gəlmiş, Azərbaycan xalqının TALEYİNƏ şərəflə yazılmış sƏrkƏrdƏ, həyat və fəaliyyəti ilə xalqın da, dövlətin də alın yazısına çevrilmiş LİDERDİR...
Milli dövlətçilik tariximizin qırıq-qırıq parçalardan ibarət hissələri bu adda birləşib bir bütün olur... 
Əcdadlarımızdan üzübəri yol gələn pərakəndə məqsədlər, yollar, ideyalar, təşəbbüslər bu adda bir araya gəlib aydın gələcəyə, böyük hədəflərə yönəlir... 
Tarixin böyük həqiqəti: bax beləcə güclüyük! 
Qürurluyuq!.. 
Birgəyik!.. 
Tamıq!.. 
Birlikdə — cəmimizdən daha böyüyük!..

***
Azərbaycan Prezidentinin yaratdığı salnaməni bu tarixin canlı şahidləri kimi müxtəlif mənbələrdən görüb izlədikcə, onun ayrı-ayrı epizodlarını düşüncələrində bir araya gətirdikcə, yaranan mənzərəyə heyrətlənməyə bilmirsən... 
İlahi, bir insan bu qədər aydın fəhmə, müdrikliyə, qətiyyət və iradəyə, eyni zamanda o qədər də səbir və təmkinə necə sahib ola bilərmiş...

Siyasət dəryasının bir an da ara verməyən dərin burulğanları ətrafında, qaynar qazan kimi çoxlarını yandırıb pörşələyən aramsız proseslərin tam mərkəzində, bu qədər çevik və səhvsiz davranmağı, üstəlik, hadisələrin sürətli axarını hər an ölkənin, xalqının möhtəşəm uğurlarına yönəltməyi hansı məktəblərdə öyrənmək, hansı təcrübədən görüb əxz etmək olar ki?!.
Cənab İlham Əliyev də lap gənc yaşlarından siyasətində, idarəetməsində, strateji qərarlarında həmişə öz işinin yüksək peşəkarı kimi davrandı. 
Başqa cür ola da bilməzdi — axı o, nəhəng DÖVLƏT XADİMİ Heydər Əliyevin müqəddəs ocağından nur alıb, boy tutub, bəhrələnib. 

Prezidentimizin beynəlxalq siyasi məkanda yüksəldiyi uca mövqe, malik olduğu böyük nüfuz, sözünün, rəyinin təsir gücü, kəsəri Azərbaycan xalqının tarixində yeni başlanğıc, yeni səhifədir! 
Mənə elə gəlir ki, bu xalq, böyük imperiyaların mövcudluğundan bəri, sözü, baxışı, strateji qərarları geniş coğrafiyada mühüm dəyişikliklər yaradan, proseslərin axarını dəyişən, yeni reallıqlar müəyyənləşdirən İlham Əliyev kimi Lideri gözləyirmiş... 
"Ona özüm qədər inanıram" - deyib çətinliklə qurduğu dövləti, məşəqqətlə xilas etdiyi xalqını məhz Ona əmanət etməkdə Ulu Öndərimiz nə qədər haqlı idi... 
Əslində, elə bu da İlahi Haqq idi, Tanrı hökmü, Tale Qisməti idi - Azərbaycan dövləti üçün, Azərbaycan xalqı üçün!..
İLHAM ƏLİYEVİN liderlik qüdrəti isə yalnız Onun aid olduğu zəmanənin reallıqları ilə deyil, həm də, qövm-qədim tariximizin zərurətləri ilə bir-birini tamamladı...

***
Mahir və peşəkar diplomatın atdığı ardıcıl addımları izlədikcə, qurduğu mürəkkəb kombinasiyaların hələ ilkin nəticələrinə baxdıqca, adamı heyrət bürüyür. 
Bu heyrətin içində düşünürəm, gör hələ son nəticə necə möhtəşəm olacaq!!!

Kimin ağlına gələrdi ki, dünyanın böyük güclərinin öz oyunlarını oynamaqdan ötrü, Qafqazın qoynunda əfi ilan kimi bəsləyib böyütdükləri, əsrlərdir regionumuzun başının bəlasına çevirdikləri erməni projesi cəmi üç ilin içindəcə tam məhv ediləcək?!
Xəyalların hüdudu, miqyası yoxdur. Ancaq xəyalları da gerçəkliklə birləşdirəndə, qısa müddətdə ərazi bütövlüyümüzü bərpa edəcəyimizi, azad yurdlarımıza el-obanın köçünün başlanacağını kim düşünə bilərdi?..
Xankəndidə bayrağımız dalğalanacaq, bu doğma şəhərimiz separatçıların nanəcib izlərindən, zəhərli nəfəsindən birkərəlik arınıb durulacaq... 
Sıra Qazaxın kəndlərinə gələcək, bir güllə atmadan işğalçılardan təmizlənəcək.
Vallah, xəyallarımızda da bunların hamısını bir yerdə və bir zamanda təsəvvür etmirdik...
Ancaq İlham Əliyevin reallıqları xəyallarımızın hüdudlarını da qat-qat aşdı!..
… Və bayaq xəritədəki bənzətdiyim o Qartal sankı dimdiyini dənizdən çıxarıb, güc yığır, qol qaldırıb qanad çalır. Qayıdan və qayıdacaq torpaqlarımızı isti, imisti ANA qoynuna toparlamaq istəyir… 
Bütövləşən Zəfər ruhlu Vətənimizi haraylayır!
Qibləsi, səmti, yolu-yönü haradır?..
Yaradan bilir!..
Və Yaradanın yaratdığı qətiyyətli və uzaqgörən Rəhbər də bilir!..

Azərbaycan torpaqlarını işğal edib, yurd-yuvamızı çapıb yağmalayanların, satıb-sovanların, vücudları şişib dərilərinə, iddiaları isə yerə-göyə sığmayanların bir gün qaçıb-aradan çıxmaq istəyərkən, sərhəd-keçid məntəqəsində qulaqlanıb, Bakıya qoluqandallı gətiriləcəkləri, indi burada ağzıbir küncünə qısılıb əməllərinə görə ədalət mühakiməsi qarşısında cavab verəcəkləri günü qorxa-qorxa və peşmançılıqla gözləyəcəkləri röya yox, reallıqdır!
Bizim qayıdış planlarımız genişdir, qayıdırıq... 
Üz tutub qədim-qayım torpaqlarımız boyunca gedirik... 
Özü də davasız-savaşsız, sakit və təmkinlə... 
Diplomatik məharətlə...
İnanılmazları mümkün edən, ağlagəlməzləri reallığa çevirən odur — 
İLHAM ƏLİYEV!.. 
Adını qızıl hərflərlə ƏBƏDİYYƏTƏ yazdıran milli dövlətçilik tariximizin BÖYÜK ŞƏXSİYYƏTİ…

***
Tale bizə başqalarının Azərbaycana və bölgəyə qarşı məkrli oyunlarını pozan, zaman-zaman buraları qan çanağına döndərmək istəyənlərin fitnə-fəsadlarına imkan verməyən və arzusunda olduğumuz gələcəyi kərpic-kərpic qurub, dikəldən güclü və səriştəli LİDER nəsib edib…  
O LİDER ki, əslində, hər yerdədir!.. 

Bəzən də... heç nəzərə çarpmadan, özünü bəlli etmədən... 
Özünün görünmədiyi yerlərdə Prezidentimizin qətiyyəti danışır, nəcib əməlləri dilə gəlir, böyük şahmat taxtasında birilərinin hiyləgərcəsinə qurmağa çalışdıqları kombinasiyalara qarşı mahir gedişləri ilə çoxlarını mat qoyur...

Hətta sükutunda belə, qətiyyəti görünür!..…
***
İlham Əliyev Haqq, İnam, Azərbaycan yolunda Tanrı rizasıyla, xalqının duaları ilə, bir də ki, əlbəttə, ən böyük dəstəkçisi, ən fədakar silahdaşı, ən cəfakeş dostu Mehriban xanım Əliyeva ilə birgə əzmlə addımlayır...
Cıdır düzündən Xəzər sahilinə, Ağalıdan Şahdağa, Əlincədən Muğanadək... - bu məmləkətin hər bir guşəsində Onların səfərlərinin, əməllərinin və amallarının əsrarəngiz izləri, möhtəşəm nümunələri var...
Onların dövlətçilik təfəkkürünün "Dəmir yumruğ"u, strateji baxışlarının "zərif biləy"i Azərbaycanı həm hifz edir, həm də gülüstana çevirir...
Bir-birilərindən aldıqları GÜC ilə millətə və dövlətə də GÜC verirlər...
Güclü Azərbaycanı birgə qururlar — 
Tanrının buyruğu ilə, taleyin qisməti ilə, Heydər Əliyevin vəsiyyəti ilə...
Kim danar? Əliyevlər ailəsi böyük Azərbaycan ailəsinin halal mayasını, möhkəm bünövrəsini və daha uğurlu gələcəyini təmin edən əsas təməldir!..
Bu təməldə — keçmiş də birləşir, sabah da...
Bu təməldə — xalq da qovuşur, dövlət də...
Arzularımız da gerçəkləşir, hədəflərimiz də...
Və Azərbaycan bütövləşir, tamlaşır...

Belə böyüklük və möhtəşəmlik, tarix boyu,
taleyin sevib-seçdiyi az sayda ŞƏXSİYYƏTƏ nəsib olur…
Bu əməlləri ilə Taleyin hökmü olmaq - sözü dürüst və 
imzası qədər dəyəri olan insanların qismətidir… 
Nə yaxşı ki Tale Azərbaycanla bağlı öz hökmünü 
cənab İlham Əliyevin əməllərində göstərir və yaşadır. 
Tarixi və taleyi biz yazmırıq…
Qisməti də biz bölüşdürmürük: o, hər kəsə layiq və qadir olduğu qədər verilir!..
Bəlkə də taleyin hökmüdür ki, bu, Sizin alın yazınız olmalı idi, cənab Prezident!!!
Sizin timsalınızda TALE — bizi, layiqliyin də, qadirliyin də ən yüksək məqamında qərarlaşdırdı!.. 
Ömür yolunuz həmişə belə nurlu olsun, 
əziz Prezidentimiz!!!

 

İmamverdi İSMAYILOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video