21 Avqust 2024 16:43
243
İDMAN
A- A+

Tahir Gözəl: “Qarabağ”ın bütün futbolçuları mənim üçün qəhrəmandır

 

“Bir Azərbaycan klubunun Avropanın futbol ölkəsi sayılan Xorvatiyada yerli liqanın çempionuna qarşı sərgilədiyi oyun, rəqibdən çəkinməməsi, qorxmadan həmişə hücuma keçməsi kimi dəyərlər bizi çox qürurlandırdı”.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Qarabağ”ın prezidenti Tahir Gözəl UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Dinamo” (Zaqreb) – “Qarabağ” matçı (3:0) barədə danışarkən deyib.

Funksioner komandasının futbolçularını qəhrəman adlandırıb: “Onlarla qürur duyuram. Oyunun əvvəlində hesaba alınmayan qol da vurduq. Bundan sonra hamımız həyəcanlandıq. Dəfələrlə qol imkanları da yaratdıq. Heyif ki, şans bizim tərəfimizdə olmadı. Mən komandamın yanında idim. “Qarabağ” klubunun bir parçası olmaq hissini sözlərlə ifadə etmək mümkün deyil. Bunu “Qarabağ”lı olmaq və “Qarabağ”la yaşamaq lazımdır”.

Klub rəhbəri heyətin gücləndirilməsi məsələsinə də toxunub: “Mən hər zaman komandamın yanındayam. Komandamızın güclənməsi üçün hər bir işi görürük və görəcəyik. Texniki heyətin tələbinə uyğun olaraq lazım olan transferləri gerçəkləşdirməyə hazıram”.

T.Gözəl avqustun 28-də keçiriləcək cavab görüşünü izləyə bilməyəcəyinə təəssüfləndiyini qeyd edib: “Ona heyifsilənirəm ki, Bakıdakı oyunda komandamın yanında olmayacağam. Ölkə xaricində olmaq məcburiyyətindəyəm. Amma biz bir komandayıq və inanırıq ki, Azərbaycanda da yenə gözəl oyun göstərəcəyik. Nəticədən asılı olmayaraq, Azərbaycan xalqını qürurlandıracağıq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video