Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə tarixi mədəniyyət abidələrinin və muzeylərin bərpası, habelə yenidən qurulması işləri sürətlə davam edir. Prezident İlham Əliyevin sərəncamı ilə Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan ediləndən sonra bu sahədə işlərə xüsusi diqqət yetirilir.
Dövlət başçısı hər dəfə Şuşaya səfər edəndə bu şəhərdə bərpa-quruculuq işlərinin miqyası daha da genişlənir. Təxminən bir il bundan əvvəl Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şuşaya növbəti səfəri zamanı Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynamış Xalq artisti Bülbülün ev-muzeyinin və büstünün açılışı olmuş və bu, ictimai rəydə rəğbətlə qarşılanmışdır.
Xatırladaq ki, Ümummilli Lider Heydər Əliyevin tapşırığına əsasən 1983-cü ildən Bülbülün Bakı Muzeyinin Şuşa filialı yaradılıb. İki otaq, bir eyvandan ibarət bu evdə Bülbülə aid məlumatlar, müxtəlif eksponatlar olub. Bülbül həmin evdə anadan olub və uşaqlıq illərini keçirib. Təəssüf ki, bu ev-muzeyi 1992-ci ildə Şuşa şəhəri işğal edildikdən sonra ermənilər tərəfindən talan edilib, hər şey dağıdılıb. Bəzi mənbələrə görə, muzeyin əvvəlki dövründə 6000-dən çox eksponat olub. Bəzi mənbələrdə isə eksponatların sayının 9000 olduğu deyilir. Şuşanın qəfil işğalı imkan verməyib ki, muzeyin eksponatları binadan çıxarılsın. Onların içərisində çox dəyərli fotoşəkillər, qrammofon valları olub. Milli-mənəvi dəyərlərimizi ehtiva edən bu kimi bütün əşyalar ermənilərin əlinə keçib və onların vandalizminin qurbanı olub. Bülbülün büstü də ermənilər tərəfindən tanınmaz hala salınıb. Muzeyi bərbad günə qoyan ermənilər işğal dövründə binadan anbar kimi istifadə ediblər.
Şuşa işğaldan azad edildikdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən unudulmaz sənətkarın ev-muzeyində təmir-bərpa və yenidənqurma işləri yüksək zövqlə, böyük sənətkarlıqla aparılıb. Bərpa işləri zamanı eyvana çıxan divarlarda suvaq altından daş üzərində yonulmuş ərəb əlifbası ilə iki yazı və günəş simvolunu əks etdirən təsvir aşkar olunub. Yazıların birində Qurandan ayə, digərində isə evin tikilmə tarixi qeyd edilib. Divarın üzərində yeni aşkar olunmuş yazıda göstərilir ki, bina 1788-ci ildə inşa edilib. Bina tipoloji mənsubiyyətinə görə Qarabağ və Azərbaycanın tarixi yaşayış binalarının xüsusiyyətini özündə əks etdirir, otaqların daxili quruluşu Azərbaycanın ənənəvi evlərinə xasdır. Şəhər ermənilər tərəfindən işğala məruz qalarkən ev yararsız hala salınmış, yükdaşıyıcı divarlarında çatlar əmələ gəlmiş, bəzi hissəsi isə çökmüşdü. Bərpa zamanı bütün yükdaşıyıcı divarların bünövrəsi möhkəmləndirilib, çat olan divar hissələrində bərpa işləri aparılıb. Binanın daxili otaqlarında çürümüş taxta döşəmələr yeniləri ilə əvəz olunub. Dam örtüyü, qapı və pəncərələr istismara yararsız halda olduğundan binanın tarixi görkəmini qorumaq şərti ilə yenisi ilə əvəz edilib. Muzeyin həyətyanı sahəsinin ilkin görkəmi saxlanılmaqla əlavə yay konsert salonu yaradılıb, müəyyən dizayn işləri görülüb. Həyətdə Bülbülün yeni hazırlanan büstü ucaldılıb. Şuşa şəhəri işğalda olduğu dövrdə Bülbülün vandalizmə məruz qalmış büstü isə erməni vəhşiliyini nümayiş etdirmək məqsədilə saxlanılıb.
Muzeyin ekspozisiyasının qurulmasında, eksponatların düzümü, nümayişi üçün müvafiq yerlərin seçilməsində, Bülbülün 1982-ci ildən Bakıda fəaliyyət göstərən ev-muzeyinin direktoru Fərqanə xanım Cabbarova və onun rəhbərlik etdiyi muzey bələdçiləri əllərindən gələni ediblər. Muzey bir ilə yaxındır ki, öz fəaliyyətini yenidən davam etdirir. Bülbülün uşaqlıq illərindən bəhs edən foto-şəkillər, şəxsi əşyalarından bəziləri, o cümlədən onun qavalı ziyarətçilərdə maraq doğurur. Təsadüfi deyil ki, ötən müddət ərzində muzeyi 30 mindən çox insan ziyarət edib. Muzeydə ziyarətçilərin ürək sözlərini özündə əks etdirən 2 xatirə kitabı var. Kitabın biri fəxri qonaqlar üçün, digəri isə adi vətəndaşlar üçün nəzərdə tutulub. Xatirə kitabından göründüyü kimi, dünyanın hər yerindən Bülbülün ev-muzeyini ziyarətə gəlirlər: Amerikadan, Avropa ölkələrindən, Orta Asiyadan, Rusiyadan, Gürcüstandan, Yaponiyadan, Çindən, ərəb ölkələrindən...
Xatırladaq ki, Şuşada ötən bir il ərzində bir sıra tədbirlərə məhz Bülbülün muzeyi evsahibliyi edib. İlk tədbir dahi sənətkarın 125 illik yubileyi münasibətilə Bülbül adına Beynəlxalq VIII Vokal Müsabiqəsi çərçivəsində reallaşıb. Münsiflər heyətini Azərbaycanın tanınmış bəstəkarları, ictimai xadimləri ilə yanaşı, Rusiyadan, Gürcüstandan gəlmiş görkəmli şəxsiyyətlər təmsil ediblər. Müsabiqə Bülbülün doğulub-böyüdüyü evdə təntənəli şəkildə yekunlaşıb. Yekun konsertdə dünyanın hər yerindən gəlmiş qonaqlar iştirak ediblər.
Diplomatların Şuşada keçirilən konfransının rəsmi hissəsi Gövhər ağa məscidinin yanında, bədii hissəsi isə Bülbülün ev-muzeyinin yay konsert zalında keçirilib. Konsertdə xarici işlər naziri Ceyhun Bayramov başda olmaqla 200 nəfərdən çox diplomatımız iştirak edib.
Bülbülün ev-muzeyinin açılışının birilliyi bu yaxınlarda bir tədbirlə qeyd olunub. Muzeyin direktoru müxbirimizə bildirib ki, açıq havada baş tutan tədbir xoş təəssüratlarla yadda qalıb. İldönümü ərəfəsində Azərbaycan Gənclər Fondunun dəstəyi, "Böyük Qayıdış" Gənclər Təşkilatının və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Xarıbülbül" şəhid və qazi övladlarının yay düşərgəsinin rəsmi açılışı olub. Elə həmin gün muzeyin açılışının birilliyi rayon rəhbərliyi və bir sıra digər qonaqlarla birgə qeyd edilib. Səhnəmizin Məcnunu, sevilən xanəndə Səbuhi İbayev, Milli Konservatoriyanın tələbəsi Mirəli Sarızadənin ifaları səsləndirilib. Növbəti ay da tədbirlər planı ilə zəngin olacaq.
Muzey kollektivi çalışır ki, öz işlərini elə qursun ki, yaxın gələcəkdə bu müqəddəs ünvan qədim Şuşanın adına layiq musiqi ocağına çevrilsin, burada vaxtaşırı ustad dərsləri keçirilsin, konsertlər, görüşlər, müsabiqələr təşkil olunsun. Görünən odur ki, Şuşada mədəniyyət müəssisələrinin və tarixi abidələrin bərpa olunaraq yenidən fəaliyyətə başlaması Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərimizə necə böyük qayğı göstərdiklərinin bariz nümunəsidir.
Rəhman SALMANLI,
"Azərbaycan"
Gəncədə yəhudilərin Pesax bayramı qeyd olunub
Azərbaycanın iki güləşçisi Avropa çempionu olub
Gimnaziada uğurla çıxış etmiş Azərbaycan idmançıları Vətənə qayıdıblar
Hulusi Akar: Kayseri ilə Şuşa şəhərləri arasında olan münasibətlər bizi qürurlandırır
Leyla Əliyevanın təşəbbüsü ilə şəhər yaşıllıqlarının inventarlaşdırılması üzrə layihənin növbəti mərhələsinə start verilib
Türkiyənin Kayseri şəhərinin nümayəndə heyəti Şuşaya səfər edib
Şəhid polkovnik-leytenant Murad Mirzəyevin xatirəsi anılıb
“Bizim həyət” layihəsi çərçivəsində yenilənmiş növbəti həyət sakinlərin istifadəsinə verilib
Xəbərdarlıq: Qarşıdakı günlərdə Azərbaycanın bəzi rayonlarında yağıntılar intensivləşəcək
Qəbələ-Xankəndi ultramarafonunun qalibi: Azərbaycandan gələn dəvəti məmnuniyyətlə qəbul etdim
Cavid Qurbanov: Ultramarafonun finiş nöqtəsi kimi Xankəndinin seçilməsi təsadüfi deyil
Fərid Qayıbov: Ultramarafonun yüksək səviyyədə təşkili bir daha doğru yolda olduğumuzu sübut edir
“Ekspo 2025”də Azərbaycan milli pavilyonunun açılışı olub
IV Antalya Diplomatiya Forumu başa çatıb
Şuşa, Xankəndi və Xocalıda keçirilən buraxılış imtahanında 60-dan çox şagird iştirak edib
Türkiyənin Kayseri şəhərinin nümayəndə heyəti Şuşaya gəlib
Qəbələ-Xankəndi ultramarafonuna yekun vurulub, qaliblər müəyyənləşib
Ölkə ərazisində küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA
Binəli Yıldırım: Qarabağ Zəfəri ilə Türk dünyası canlandı
Xəzər dənizinin ölkəmizə mənsub ərazi sularında aşkarlanan narkotik vasitə götürülüb
Sabaha gözlənilən hava proqnozu açıqlanıb
Qürurdoğuran inkişaf, yüksək rifah və güclü dövlət11 Aprel 2025
İlham Əliyevdən dünyaya ədalət dərsi09 Aprel 2025
Müzəffər Ali Baş Komandan, hərbi güc, qüdrətli dövlət09 Aprel 2025
MÜSTƏQİL SİYASƏT APARAN AZƏRBAYCAN08 Aprel 2025
İlham Əliyevin qətiyyətinə söykənən enerji təhlükəsizliyi06 Aprel 2025
Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ başlayır04 Aprel 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!