Şuşa ədəbi mühitindən bəzi nümunələr
Azərbaycanın və bütün Qafqazın tacı qədim Şuşamız əsrarəngiz təbiəti, dünyaya səs salan musiqisi, gözoxşayan sənətkarlıq nümunələri ilə yanaşı, həm də bir söz möcüzəsidir.
Əsrlər boyu bu ədəbi mühitdə istedadlı ədiblər yetişmiş, kamil əsərlər, poetik-fəlsəfi nümunələr yaranmışdır. Şuşa şairlərinin əksəriyyəti şəhərin və məmləkətimizin hüdudları daxilində yaşayıb yaratmış, bəziləri isə sərhədləri aşaraq xarici ölkələrə üz tutmuş, qoca Şərqdə məşhurlaşmışlar.
Heç də təsadüfi deyil ki, ötən il sentyabrın 25-də Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2024-cü il üçün islam dünyasının mədəniyyət paytaxtı elan edildi. Əlamətdar hadisə ilə əlaqədar Preident İlham Əliyevin müvafiq sərəmcamında da qeyd edildiyi kimi, bu qərar Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olub, islam mədəniyyətinin zənginliklərini dolğun təzahür etdirən Şuşaya xüsusi ehtiramın ifadəsidir və islam dünyasının həmrəyliyinin yeni rəmzinə çevrilməklə qarşılıqlı əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsində özünəməxsus rol oynayacaqdır.
Dövlətimizin başçısının həm imzaladığı mötəbər sənədlər, həm də bu istiqamətdə dəyərli tövsiyələri "qırmızı imperiya" tərkibində olduğumuz, xüsusən də 30 illik işğal dövründə məqsədli şəkildə silinmiş səhifələrin - zəngin mədəni irsimizin bərpa edilməsini, haqqı tapdalanmış şuşalı qələm əhlinin yaradıcılığının araşdırılmasını nəzərdə tutur, alimlərin, tədqiqatçıların üzərinə ciddi vəzifələr qoyur.
AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun fondlarındakı materiallara əsasən aparılan tədqiqatlar artıq öz bəhrəsini verməkdədir. Elm adamlarının gərgin axtarışları sayəsində bir çox şuşalı söz ustadlarının həyat və yaradıcılığı barədə məlumatlar əldə etmək mümkün olmuşdur. Onlardan biri də Zeynalabdin ibn Molla Sadıq Sağəri Şuşidir. O, 1791-ci (h.1206) ildə Şuşa şəhərində doğulub. İbtidai təhsilini atası Axund Sadıqdan alıb. Ömrünün sonuna qədər müdərrislik və şairlik edib, türkcə və farca şeirlər yazıb. Əsərlərinin mövzu və ideyası vətən, təbiət, gözəllik, sevgi, dövrün cəfalarından şikayətlərdir. Sağəri 1854-cü (h.1271) ildə Şuşada vəfat etmişdir. Fondlarda müxtəlif məzmunlu şeir, rübai, qəzəl, saqinamələrini ehtiva edən divanları saxlanılır. Əlyazmaları qara mürəkkəblə nəstəliq xətti ilə ağ saya kağızda fars dilində yazılmış, Şərq üsulu və sadə qələmlə müasir üsulda ardıcıl olaraq səhifələnmişdir. Divan A.A.Bakıxanovun "Qanuni-Qüdsi" adlı əsəri ilə birlikdə cildlənib.
Mirzə Əbülhəsən bin Kərbəlayi Kazım Şəhid Şuşalı isə 1816-cı (h.1231) ildə dünyaya gəlib. Mədrəsə təhsili aldıqdan sonra müxtəlif vəzifələrdə, eləcə də Cavanşir qəzasının qazısı kimi çalışmışdır. Həmçinin "Şəhid" təxəllüsü ilə şeirlər yazır, "Məclisi-fəramuşan" ədəbi məclisinin tədbirlərinə qatılırdı. 1872-ci (h. 1289) ildə Şuşada vəfat etmişdir.
Əlyazma bənövşəyi rəngli mürəkkəblə nəstəliq xətti ilə Rusiya istehsalı olan kağızda türk və fars dillərində yazılıb. Məcmuəyə şairin fərqli mövzuda saqinamə, qəsidə, qəzəl, məsnəvi və digər janrlarda əsərləri daxil edilmişdir. Yazılı abidədə yalnız 6 şeir türk dilindədir.
Mirzə Ələsgər bəy Kərbəlayi Abdinbəy oğlu Əhmədbəyov 1836-cı (h. 1252) ildə Şuşa şəhərində anadan olub. Əslən Cavanşir-Dizaq mahalının Zərgər obasındandır. Mükəmməl mədrəsə təhsili görmüş və "Növrəs" təxəllüsü ilə şeirlər qələmə almışdır. Şuşada fəaliyyət göstərən "Məclisi-üns" ədəbi məclisinin üzvü olmuş, Xurşidbanu Natəvan, Seyid Əzim Şirvani və digər ünlü söz adamları ilə mütəmadi yazışmışdır. O, türk, ərəb, fars dillərini yaxşı bilməklə, rus dilini də öyrənib qəza idarəsində kargüzar işləyirdi. Əlyazma nüsxəsinə müxtəlif məzmunlu qəzəl, müxəmməs, nəzirə, tərcibənd və başqa şeir nümunələri daxil edilib. Abidənin beş vərəqində isə müəllifin avtoqraflı əsərləri yer alıb. Mirzə Ələsgər Növrəs 1912-ci (h.1330) ildə Şuşada dünyasını dəyişmiş və Mirzə Həsən məzarlığında dəfn olunmuşdur.
Bu kiçik təqdimatdan göründüyü kimi, XVIII-XIX əsrlərdə, ondan daha əvvəl və sonra Şuşada Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri yaşayıb yaradıblar. Bu gün əbəbiyyatşünaslığımızın qarşısında duran mühüm vəzifələrdən biri də həmin külliyyatları araşdırıb oxucuların ixtiyarına verməkdir.
Qurban MƏMMƏDOV
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Fransa "çıxış yolu" tapıb
11 May
"Anadolu Ankası - 2024" təlimi: şərti düşmənin avtomobil kolonu pusquya salınıb
11 May
Ordu quruculuğu sahəsində Ulu Öndərin siyasi xəttini Prezident İlham Əliyev uğurla davam etdirir...
11 May
BP cari ilin birinci rübünün yekunlarını açıqlayıb
11 May
"Cənub qaz dəhlizi" ilə inkişaf edən əməkdaşlıq
11 May
Azərbaycanın mədəniyyət ictimaiyyəti Heydər Əliyev Fondunun 20 illiyi münasibətilə Birinci vitse-pre...
11 May
Xoşməramlı missiya
11 May
Pakistanın Baş naziri COP29-a dəvət olunub
11 May
Pakistan Prezidenti Muxtar Babayevi qəbul edib
11 May
Heydər Əliyevin parlaq ideyaları xalqımızın inkişaf yollarına daim işıq saçacaq
11 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!