18 Dekabr 2024 15:17
122
DÜNYA
A- A+
Süni intellekt xəstəliyi tapılmayan uşağa diaqnoz qoyub

Süni intellekt xəstəliyi tapılmayan uşağa diaqnoz qoyub

4 yaşından bəri ağrılarla yaşayan və 3 il ərzində 17 müxtəlif həkimə müraciət edən Aleks adlı uşağın həyatını ChatGPT xilas edib. İlk olaraq həkimlər diş qıcırdaması səbəbindən tənəffüs yolunun tutulması ehtimalını irəli sürərək müalicəyə başlayıblar. Amma Aleksin ağrıları tamamilə keçməyib. Bir müddət sonra onun boyunun uzanmadığını fərq edilib. Həkimlər bunun pandemiyanın təsirindən ola biləcəyini bildiriblər. 2021-ci ildə aparılan yoxlamada Aleksin bir az böyüdüyü qeyd edilib, lakin bu dəfə də sağ və sol ayağı arasında tarazlıq problemi olduğu və sol ayağını sürüyərək yeridiyi məlum olub. Fiziki terapiya müalicəsindən sonra isə uşaqda ciddi baş ağrıları başlayıb. Bu dəfə isə həkimlərin sırasına nevroloq da əlavə edilib.

Bütün bunlardan yorulan Aleksin anası “ChatGPT”dən istifadə edərək uşağın 3 il ərzində aparılan bütün analizlərini və MRT nəticələrini ssüni intellektə təqdim edib. Süni intellekt məlumatları analiz edərək ona "gərgin onurğa beyni sindromu" diaqnozunu qoyub. Anası dərhal neyrocərraha müraciət edib və həqiqətən də süni intellektin diaqnozu doğru çıxıb. Bu xəstəlikdə onurğa beynindəki toxuma onun hərəkətini məhdudlaşdırır və anormal şəkildə gərginlik yaradan bağlar əmələ gətirirdi. Bu problem onurğa beyninin tam inkişaf etməməsi və ya müəyyən hissəsinin açıq qalması kimi doğuş qüsuru hesab edilsə də, Aleksdə vəziyyət bir qədər fərqli idi. Adətən, uşaqların belində bu problem görünən olur, amma onun yalnız ombasının üstündə doğum ləkəsinə bənzər bir iz var idi və bu vaxta qədər heç bir həkim bunu görməmişdi. Bundan əlavə, onun göbək nahiyəsi də əyri idi. Diaqnoz qoyulduqdan bir neçə həftə sonra Aleks dərhal əməliyyat olunub və sağalma yoluna qədəm qoyub.

Bu hadisə ilə də süni intellekt alətlərinin doğru şəkildə istifadə olunduqda nə qədər böyük dəyişikliklər yarada biləcəyi bir daha sübut olunub.

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

MOK rəhbərliyi İslam Həmrəyliyi İdman Assosiasiyasının 13-cü Baş Assambleyasında iştirak edib  

19:11
18 Dekabr

 Romada Azərbaycan Mədəniyyət Elçiləri Toplantısı keçirilib

18:57
18 Dekabr

Quldurluqla 127 min manat pulu ələ keçirən şəxslər həbs edilib

18:41
18 Dekabr

Gürcü portalında “Gürcüstan Azərbaycanla ikitərəfli münasibətləri yüksək qiymətləndirir” sərlövhəli məqalə dərc olunub  

18:21
18 Dekabr

Donald Tramp Kanadanın ABŞ-a birləşməsinin üstünlüyündən danışıb

18:13
18 Dekabr

Gürcüstanın Baş naziri Avropa Şurasının Baş katibi ilə görüşüb

17:58
18 Dekabr

Moldova Prezidentinin andiçmə mərasimi dekabrın 24-də keçiriləcək  

17:36
18 Dekabr

Faktiki hava: Şahdağ və Qaxda qar yağır

16:58
18 Dekabr

Türkiyədə FETÖ-yə qarşı antiterror əməliyyatı keçirilib

16:57
18 Dekabr

Adilbek Kasımaliyev Qırğızıstan Nazirlər Kabinetinin yeni sədridir 

16:56
18 Dekabr

“Apple” yeni məhsul üzərində çalışır

16:55
18 Dekabr

Kənd təsərrüfatı heyvanlarının sığorta haqqı azaldılıb

16:55
18 Dekabr

Bələdiyyə seçkiləri ilə əlaqədar 6218 nəfərin namizədliyi irəli sürülüb  

16:53
18 Dekabr

Cənubi Koreya ABŞ-Şimali Koreya danışıqlarının bərpası ehtimalını nəzərdən keçirir  

16:47
18 Dekabr

İrakli Kobaxidze: “Makkeyn İnstitutu” Gürcüstanda istədiyinə nail ola bilmədi  

16:41
18 Dekabr

Azərbaycan və Türkiyə arasında elektron icazənin tətbiqi ilə ilk yükdaşımaları həyata keçirilib

16:37
18 Dekabr

Bələdiyyə seçkilərində seçicilərin məlumatlandırılması üçün 6 milyon 52 min 721 bildiriş çap olunacaq  

16:21
18 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

16:17
18 Dekabr

2025-ci ildə “Yüksəliş” müsabiqəsinin keçirilməsi üçün Gənclər və İdman Nazirliyinə bir milyon manat ayrılıb - SƏRƏNCAM  

16:06
18 Dekabr

Dağlıq rayonlarda yollar buz bağlayacaq - Xəbərdarlıq

15:39
18 Dekabr

Milli Məclis: İsveçrə Parlamenti Milli Şurasının qərəzli mövqeyi tamamilə yolverilməzdir

15:18
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!