04 May 2024 08:15
210
SİYASƏT
A- A+

Sülhə xidmət edən forum

 

Beynəlxalq toplantılara layiqli evsahibliyi Azərbaycanın nüfuzunu yüksəldir

 

"VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda 110-dan artıq ölkənin nümayəndəsinin iştirakı onun çox əhəmiyyətli bir tədbir olduğunu aydın göstərir. Bunun Bakıda keçirilməsi isə yeni məna kəsb edir. Düşmən üzərində tarixi qələbə qazanan, dinamik iqtisadi inkişaf yolunda olan Azərbaycan bu gün dünyanın ictimai-siyasi sabitlik baxımından ən təhlükəsiz ölkələrindəndir".
Bu sözləri qəzetimizə açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib. Deputat bildirib ki, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət ölkənin inkişafını, sabitliyini təmin etməklə bərabər, beynəlxalq aləmdə yüksək nüfuz qazanmasına, sülhsevər dövlətlər tərəfindən ədalətli mübarizəmizin dəstəklənməsinə, söz sahibi olmağımıza zəmin yaradıb. Həm də son illər Azərbaycan çox mühüm beynəlxalq əhəmiyyətli tədbirlərə evsahibliyi edib, onların təşkilində zəngin təcrübə qazanıb. Bu da ölkəmizin dəyərini qat-qat artırıb. Bakıda "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da bunu bir daha təsdiq etdi.     
Deputat qeyd edib ki, forumun bu gün bəşəriyyəti düşündürən və narahat edən çox vacib bir məsələyə - sülhə və təhlükəsizliyə həsr edilməsi təsadüfi deyil: "Çünki dünyada baş verən müharibələr, qarşıdurmalar, yeni müharibə ocaqlarının yaradılmasına göstərilən cəhdlər sülhsevər insanları, dövlətləri ciddi düşünməyə və tədbirlər görməyə vadar edir. Azərbaycanda uzun illər bu bəlaların ağrı-acısını yaşayıb, torpaqları erməni təcavüzkarları tərəfindən işğal olunaraq şəhər və kəndləri viran edilib, on minlərlə vətəndaşı qətlə yetirilib, şikəst olub, əsir götürülüb. 30 ildən çox müharibənin çətinliklərini yaşayan Azərbaycanın haqlı mövqeyi təəssüflər olsun ki, beynəlxalq aləm, təşkilatlar, böyük dövlətlər tərəfindən lazımınca dəstəklənməyib. Nəhayət, Ali Baş Komandan cənab İlham Əliyevin düşünülmüş siyasi gedişləri, ordumuzun şücaəti, xalqımızın birliyi nəticəsində düşmən torpaqlarımızdan çıxarıldı, suverenliyimiz tam bərpa olundu. Qalib dövlətimizin rəhbəri müharibədən əvvəl, döyüşlər getdiyi zamanda, eləcə də bu gün sülhə, əmin-amanlığa sadiqliyini dəfələrlə bəyan edib və forumdakı çıxışı bunu bir daha təsdiqlədi". 
Komitə sədri xatırladıb ki, Prezident Bakı Forumunu çox mühüm beynəlxalq platforma adlandırmaqla və burada mədəniyyətlərarası məsələlərin müzakirə olunmasına böyük önəm verməklə qeyd edib ki, "çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik Azərbaycan cəmiyyəti əsrlər boyu mühüm dəyərləri - tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlığı qoruyub. Tolerant mühitin məkanına çevrilən Odlar diyarımız Azərbaycan sülhsevər dövlət olaraq özünəməxsus mesajlarını dünya ölkələrinə göndərir". Bu, əlbəttə sülhdür, əmin-amanlıqdır, dostluq-qardaşlıqdır, müxtəlif millətlərin və etnik qrupların dilinin, dininin və mədəniyyətinin inkişafı və qorunması ilə bağlıdır.
Dövlət rəhbərinin bildirdiyi kimi, Azərbaycan cəmiyyətində sülhün, sabitliyin, həmrəyliyin amillərindən biri məhz mədəni müxtəliflik və qarşılıqlı hörmətdir.
Məhz bu amillər Azərbaycana qələbə, uğurlar qazandırır. "Prezidentimizin məqsədyönlü fəaliyyəti nəticəsində ölkəmizdə yaradılan ictimai-siyasi sabitlik, milli-mənəvi birlik, tolerant mühit, xalqların və millətlərin qardaşlığı, dinlərə, mədəniyyətlərə hörmət uğurlarımızı artırır, iqtisadiyyatımızı inkişaf etdirir, gələcək xoşbəxt həyatımıza zəmin yaradır. Sülh amalı ilə mübarizə aparan dövlətimiz haqlı olaraq dünyanın diqqət mərkəzindədir və ölkənin hər bir vətəndaşı bundan qürur duyur", - deyə T.Rzayev bildirib.

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video