28 Avqust 2025 08:15
1165
SİYASƏT
A- A+
Sülhə bir az da yaxınlaşırıq

Sülhə bir az da yaxınlaşırıq


Minsk qrupu gələn ay tarixin arxivinə göndərilə bilər


Avqustun 8-də ABŞ-də Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətninin paraflanması tərəflərin sülhə daha da yaxınlaşdığını təsdiqləyən reallıqdı. ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə keçirilən görüşdə iki ölkə arasında müəyyən məsələlərdə razılaşmalar oldu. 

Sülh müqaviləsinin imzalanması üçün Ermənistanın üzərinə iki əsas vəzifə düşürdü. Bunlar Minsk qrupunun ləğvi ilə əlaqədar ATƏT-ə birgə müraciət və Ermənistan konstitusiyasına dəyişiklik edilməsi idi. Beləliklə, Azərbaycan və Ermənistan tərəfindən ATƏT sədrinə birgə müraciət məktubu imzalandı. İki ölkə arasında sazişin mətni paraflanandan sonra bu müqavilənin ratifikasiyası üçün növbəti addımların atılmasının zəruriliyi tanındı. Vaşinqtonda Azərbaycan media nümayəndələrinə müsahibəsində Prezident İlham Əliyev bununla bağlı bildirdi ki, sülh sazişinin paraflanması və Minsk qrupunun ləğvi ilə bağlı müştərək müraciət birinci maneəni aradan qaldırıb. Yayılan məlumatlara əsasən sentyabr ayının 1-də Minsk qrupu tarixin arxivinə göndəriləcək. 

Avqustun 26-da Nazirlər Kabinetində Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasında xarici işlər naziri Ceyhun Bayramov bu məsələyə toxunaraq qeyd edib ki, ATƏT-in Minsk qrupu artıq prosesdən kənarlaşdırılıb. Nazir bildirib ki, Azərbaycan regionda sülhün davamlı olması üçün ciddi addımlar atıb. Onun sözlərinə görə, Minsk qrupu və əlaqədar strukturların bağlanması ilə bağlı müraciət ATƏT ölkələri arasında yayılıb. İştirakçı dövlətlər qərarın qəbulu üçün lazımi prosedurları dəstəkləməyə çağırılıb.

Ceyhun Bayramovun sözlərinə görə, 1 sentyabrda qərarın qəbulu gözlənilir.

Xatırladaq ki, avqustun 8-i keçirilən Vaşinqton görüşü zamanı Azərbaycan və Ermənistan liderləri  ABŞ Prezidentinin şahidliyi ilə ATƏT-in Minsk qrupunun və əlaqədar strukturların buraxılması ilə bağlı qərar qəbul edib. Azərbaycan Xarici İşlər Nazirliyi artıq iki ölkənin ATƏT katibliyinə birgə müraciət etdiyi barədə ictimaiyyətə məlumat verib. ATƏT-dən isə bildirilib ki, qurumun fəaliyyətdə olan sədri kimi Finlandiya Minsk prosesi və əlaqəli strukturların bağlanması ilə bağlı birgə müraciətə cavab olaraq iştirakçı dövlətlərlə müzakirələrə rəhbərlik edəcək.

Prezident İlham Əliyev Kəlbəcər şəhər sakinləri ilə görüşdə də Minsk qrupu ilə bağlı məsələyə toxunub: "Biz istədiyimizə nail olmuşuq, mənfur Minsk qrupu artıq son günlərini yaşayır. Faktiki olaraq o, heç bir fəaliyyət göstərmirdi və göstərə də bilməzdi. Ancaq hüquqi cəhətdən mövcud idi, indi onun da sonu yaxınlaşır".

Minsk qrupunun buraxılması proseduru formal olaraq, ATƏT çərçivəsində konsensus əsasında qərar qəbulunu tələb edir. Proses ATƏT-in Daimi Şurasında müzakirə olunur və daha sonra Nazirlər Şurasında təsdiqlənir. Həm Azərbaycan, həm də Ermənistan ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı rəsmi mövqelərini ifadə etdikləri üçün prosesin hər hansı bir formada mübahisələndirilməsi mümkün deyil. Bu baxımdan, prosesin qısa zaman çərçivəsində yekunlaşması reallaşa bilər. 

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının "Əl-Ərəbiyyə" telekanalına müsahibəsində "Minsk qrupu artıq bitdimi?" sualına cavabında konkret olaraq bildirib ki, bu qrupun ləğvi Azərbaycan tərəfindən danışıqların ilkin mərhələlərində irəli sürülmüş şərtlərdən biri idi: "Bizim məntiqimiz bundan ibarət idi ki, Minsk qrupu 1992-ci ildə ATƏM tərəfindən Qarabağ münaqişəsinin həlli üçün yaradılmışdı. Ermənistan rəsmi şəkildə Qarabağı Azərbaycanın hissəsi kimi tanıdığını və münaqişənin başa çatdığını bildirdiyi halda, Minsk qrupunun hüquqi mövcudluğu absurddur". 

İlham Əliyev həmçinin vurğulayıb ki, əgər onu saxlamaqda israrlı olsalar, bu, onların Qarabağla bağlı hələ də ərazi iddialarının olduğunu göstərir. Bu, Azərbaycanın mövqeyinin əsasında dayanan məntiq idi: "Ermənistana anlatmaq üçün çox vaxt və səy sərf etdik ki, hər iki tərəf Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə məktub yazsın və bu, Prezident Trampın iştirakı ilə baş verdi. Hazırda proses artıq başlayıb və bu, Minsk qrupunun hüquqi süqutunu ifadə edəcək, çünki o, artıq beş ildən çoxdur ki, fəaliyyətsizdir".

Fransız siyasi analitik Maksim Gauin də Ermənistan və Azərbaycan arasında qarşılıqlı razılıqla Minsk qrupunun faktiki olaraq fəaliyyətini dayandırması ilə bağlı Fransanın mövqeyini ifadə edib. Onun fikrincə, mövqe açıq şəkildə ifadə olunub və aydındır: "Fransa Vaşinqtonda, Prezident Trampın himayəsi altında, Prezident Əliyev və baş nazir Paşinyan arasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş razılaşmanın elanını alqışlayır". 

Siyasi analitikin fikrincə, kommünikedə, həmçinin qeyd olunur ki, Fransa Minsk qrupunun ləğv olunması ilə bağlı ümumi çağırışa qoşulur və razılaşmanın ən qısa zamanda imzalanıb ratifikasiya edilməsini arzulayır. 

Bu da 44 günlük Vətən müharibəsindən sonra Azərbaycana qarşı ən çirkin kampaniyalar təşkil edən Fransanın "sonrakı peşmançılığı". Artıq Fransa da Azərbaycanın yaratdığı reallıqlarla barışır.

Ümumiyyətlə, ATƏT-in Minsk qrupunun 30 ildən çox vasitəçilik missiyası Azərbaycan xalqına yaxşı bəllidir. Bu müddətdə qrupun həmsədr ölkələrinin regiona birgə səfərləri yalnız turistik səfərləri xatırladırdı. Bir dəfə də olsun sülh müqaviləsi, iki tərəfin razılaşması ilə bağlı təklif irəli sürməyən Minsk qrupunun varlığı ilə yoxluğu bilinmirdi.  İşğalçı Ermənistan isə Minsk qrupu və ümumən digər dövlətlər tərəfindən təzyiq hiss etmədiyi üçün istədiyi oyuna əl atırdı. Həmsədrlər isə onlara verilən mandatdan sui-istifadə edərək açıq-aşkar işğalçıya dəstək verirdilər. 

Azərbaycan bu qurumun ədalətli addımlar atacağına ümid etsə də, daha çox ATƏT-in fəaliyyətsizliyi ilə üz-üzə qaldı. Keçmiş münaqişənin həlli üçün çalışmalı olan təşkilat tezliklə erməni yalanlarının "ortağına" çevrildi. Təsadüfi deyil ki, məhz ATƏT-in keçmiş Minsk qrupunun həmsədr ölkələrinin riyakarlığı Azərbaycanın qələbəsi ilə başa çatan İkinci Qarabağ müharibəsini qaçılmaz etdi. Bu qurum otuz il ərzində keçmiş münaqişənin ədalətli və şəffaf şəkildə həllinə deyil, daha çox dondurulmasına çalışdı. Bununla da iki tərəf arasında aparılan danışıqlar fiaskoya uğradı. ATƏT-in keçmiş Minsk qrupunun fəaliyyətsizliyi Qarabağda müharibənin daha da alovlanmasına gətirib çıxardı. Məhz bu qrupun vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında illərlə davam edən danışıqların heç bir müsbət nəticəsi olmadı. Çünki keçmiş Minsk qrupunun həmsədrləri o qədər yarıtmaz və bədnam idilər ki, yalnız öz ölkələrinin məkrli maraqlarını reallaşdırmağa çalışırdılar. Amma onların bu xain niyyəti baş tutmadı. Qalib sərkərdə kimi Azərbaycanın Müzəffər Ali Baş Komandanı İlham Əliyev məğrurluğunu, qətiyyətini ortaya qoymaqla bu münaqişəni kökündən həll etdi.


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dağlıq ərazilərə qar yağıb, bəzi yerlərdə duman müşahidə olunur - FAKTİKİ HAVA  

10:31
16 Dekabr

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

10:07
16 Dekabr

Dünya birjalarında neft ucuzlaşıb

10:07
16 Dekabr

Azərbaycan nefti ucuzlaşıb  

10:01
16 Dekabr

Daxili İşlər Nazirliyi elektron xidmətlərdə süni intellekt texnologiyalarını tətbiq edib  

10:00
16 Dekabr

Xocavənd sakini: Torpaqlarımıza qayıtmaq bizə yeni ümid verir  

09:56
16 Dekabr

Keçmiş məcburi köçkün: Övladlarım mənim yaşaya bilmədiyim günləri yaşayacaqlar

09:47
16 Dekabr

Xocavəndin Sos kəndinə növbəti köç karvanı yola salınıb  

09:40
16 Dekabr

İsti ürəklərin qış nağılı

08:55
16 Dekabr

Suverenliyin zəfər yolu: reallaşmış ideyalar

08:50
16 Dekabr

Sənət yolunda fədakarlıq

08:45
16 Dekabr

Dənizdən güclü...

08:40
16 Dekabr

Qeyri-neft sənaye məhsullarının istehsalında 5 faizə yaxın artım qeydə alınıb

08:35
16 Dekabr

Toxumçuluq: real vəziyyət, problemlər və onların həlli yolları

08:30
16 Dekabr

Sosial xidmətçilər onlar üçün əsl dostlardır

08:25
16 Dekabr

Kiçik addımlar, böyük nəticələr

08:20
16 Dekabr

Enerji, əməkdaşlıq və dəhliz diplomatiyası

08:15
16 Dekabr

Azərbaycan bölgəni əməkdaşlıq ünvanına çevirir

08:10
16 Dekabr

Azərbaycan vətəndaşları heç bir fövqəladə hadisənin qarşısında tək deyillər

08:05
16 Dekabr

Tarixdə ilk dəfə

08:00
16 Dekabr

"Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

02:25
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!