Sülh üçün unikal şans yaranıb
Fransa isə İrəvanı yenə də revanşizmə sürükləyir
"Fransa faktiki olaraq beynəlxalq hüquq normalarında əksini tapan prinsipləri, bütövlükdə ümumbəşəri dəyərləri özünün imperialist, təcavüzkar mahiyyətdə ehtiva olunan riyakar maraqlarına qurban verərək irticaçı subyekt kimi çıxış edir. Onsuz da revanşist təfəkkürdən qurtulmamış İrəvanı da öz məqsədləri üçün yenidən alətə çevirir. Konseptual yanaşdıqda Fransanın son məqsədi regionda vəziyyəti gərginləşdirmək, Ermənistanı faktiki olaraq Ukrayna kimi qurban vermək bahasına Cənubi Qafqazda münaqişə ocağının saxlanmasıdır. Əgər Prezident Emmanuel Makron əvvəllər daha qapalı tezislərlə çıxış edirdisə, artıq beynəlxalq ictimaiyyət qarşısında və media nümayəndələri üçün açıqlamalarında Ermənistanın revanşist niyyətlərinə açıq dəstək verməkdən və təcavüzkar niyyətlərə təşviq etməkdən çəkinmir".
Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
Deputatın sözlərinə görə, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkəsinin Azərbaycandan sülh müqaviləsi ilə bağlı 10-cu paket təklif aldığını bəyan edərək bildirib ki, proses dinamikdir, bəzən irəliləyiş var, bəzən yox. Amma tərəflər bu gün də sənəd üzərində işləyirlər. Ermənistan Xarici İşlər Nazirliyinin də iyunun 7-də məlumat yaydığını xatırladan deputat bildirib ki, iki ölkə arasında sülh sazişi imzalamaq üçün vaxtın yetişdiyini və Ermənistan tərəfinin onun yaxın bir ay ərzində başa çatdırılması, imzalanması istiqamətində konstruktiv və intensiv işləməyə hazır olduğu bəyan edilib: "Həmin bəyanatdan bir gün sonra Misirdə səfərdə olan Prezident İlham Əliyev Ermənistanla danışıqlar prosesində də irəliləyiş üçün yaxşı imkanların olması barədə xoşməramlı bəyanat verdi. Daha əvvəlki müsbət inkişaf tendensiyaları, xüsusən aprelin 19-da və mayın 15-də sərhədlərin delimitasiya və demarkasiyası üzrə əldə olunan nəticələrin yekun sülh üçün unikal şans yaranması fonunda Fransa ilə Ermənistan arasında "Caesar" özüyeriyən artilleriya qurğularının alqı-satqısı barədə kontraktın imzalanması iki reallığı bir daha üzə çıxardı. Birincisi, Ermənistan sülh prosesində səmimi deyil. İkincisi, Fransa hələ də Cənubi Qafqazda dayanıqlı sülhün, davamlı sabitlik perspektivlərinin, xalqların birgə yaşayış və qarşılıqlı etimad mühitinin formalaşmasının qarşısında əsas əngəl kimi çıxış edir. Baxmayaraq ki, Fransa BMT idarəçilərindən biri, Təhlükəsizlik Şurasının daimi üzvü kimi təşkilatın sülh və təhlükəsizlikdə ehtiva olunan məqsədlərinin realizə olunmasında, o cümlədən beynəlxalq hüquq normalarında əksini tapan prinsiplərin, ələlxüsus dövlətlərin əməkdaşlıq prinsipinin təmin olunmasında qlobal öhdəlik daşıyır".
B.Məhərrəmov vurğulayıb ki, Vətən müharibəsində qalib tərəf Azərbaycanın olmasına baxmayaraq, regionda sülhün əsas təşəbbüskarı kimi çıxış edib. Hətta antiterror tədbirləri fonunda belə Prezident sülh niyyətindən vaz keçmədi, Ermənistan və havadarlarının ikinci kapitulyasiya aktından sonra, sentyabrın 20-də xalqa müraciətində dövlət başçısı açıq mətnlə bildirdi ki, Azərbaycanın niyyəti sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır. Eyni zamanda ötən üç il yarım ərzində Bakı müvafiq məcburetmə tədbirləri ilə Moskva, Brüssel və Vaşinqton platformalarında müəyyən irəliləyişlərə nail olmuşdu.
Antiterror tədbirlərindən sonra sülh üçün geniş imkanlar açıldığını qeyd edən deputat xatırladıb ki, hətta Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan baş nazirinin Aparatının birgə bəyanatları fonunda, habelə COP çərçivəsində qarşılıqlı xoş niyyət ifadə olunub: "Doğrudur, xüsusən bu il fevralın ilk yarısında təxribatlar fonunda münasibətlərdə yenidən gərginləşmə müşahidə edilsə də, Münxen Təhlükəsizlik Konfransında Azərbaycan və Ermənistan rəhbərlərinin görüşünün ardınca xarici işlər nazirlərinə verilən təlimatlar yenidən sülh ümidləri yaratmağa başladı. Lakin Münxen görüşündən dərhal sonra Paşinyanın Fransaya səfəri Azərbaycan-Ermənistan arasında hökm sürən və sülh üçün real imkanlar açan pozitiv mühiti faktiki olaraq yenidən dalana dirədi. Daha dəqiq ifadə etsək, Ermənistan baş nazirinin Parisdə davranışı və açıqlamaları Münxendə əldə olunmuş pozitiv irəliləyişə zərbə oldu. Lakin regionun hərbi-siyasi gündəminin Bakıdan diktə olunmasının məntiqi nəticəsi olaraq bu il aprelin 19-da Qazaxın dörd kəndinin geri qaytarılması, may ayı ərzində sərhədlərin 12.7 km-lik hissəsinin delimitasiya və demarkasiyası Azərbaycanla Ermənistan arasında faktiki sülhə gətirib çıxartdı".
Müsahibimiz bildirib ki, bu vəziyyət sülh və sabitliyə özünün neoimperialist niyyətləri üçün təhdid kimi baxan Fransanı razı sala bilməz. Cənubi Qafqazda geosiyasi situasiyanın təhlili göstərir ki, Azərbaycanın qələbəsi ilə formalaşan yeni reallıqda regionda neoimperializm niyyətlərinə yer qalmayıb. Əksinə, formalaşan sülh və əməkdaşlıq perspektivi bölgədə sağlam maraqlara malik beynəlxalq subyektlər üçün geniş imkanlar açıb. Təbii ki, bu reallıq 30 il ərzində bölgədə qeyri-sağlam siyasət yürüdən, öz maraqlarını işğal və təcavüz faktoru üzərində quran Fransa üçün fiasko deməkdir. Məhz bu səbəbdən Makron iqtidarı Ermənistanın silahlandırılması istiqamətində növbəti addımı lüzum görərək sülh prosesinin pozulmasında israrını bəyan etmiş oldu. Regionda situasiyanın imperializmin arzu etdiyi istiqamətdə irəliləməməsi Qərbi yenidən hərəkətə keçməyə vadar edir. Ermənistan müdafiə naziri Suren Papikyanın Paris səfəri və Ermənistanla Fransa arasında hərbi-texniki əməkdaşlıq sahəsində yeni razılaşmalarla İrəvanın öldürücü, hücum təyinatlı artilleriya qurğuları və digər silah növləri ilə təchiz edilməsi də məhz bu ssenarinin tərkib hissəsidir. Əslində, bu, təəccüblü deyil, çünki Paris Azərbaycanın 44 günlük müharibədə qələbəsi, habelə antiterror tədbirlərində böyük uğuru fonunda müxtəlif platformalarda ölkəmizə qarşı davamlı hücumlar edir, habelə Fransanın peykinə daxil olan dövlətləri, təsisatları, muzdlu siyasətçiləri anti-Azərbaycan addımlara təşviq edir. Lakin Prezident İlham Əliyev bu prosesdə də diktə edən, qalib tərəf kimi çıxış edərək, bütün anti-Azərbaycan cəhdləri neytrallaşdırmağı bacarıb. Bir sözlə, müşahidələr göstərir ki, proseslər Fransanın Qafqaz siyasətinin tam iflasa uğraması, Makronun və komandasının İlham Əliyevə istisnasız məğlubiyyəti fonunda inkişaf edir.
B.Məhərrəmov qeyd edib ki, indiki məqamda Fransanın yeganə ümidi Azərbaycanda daxili qeyri-konstruktiv qüvvələrdən, satılmış siyasətçilər və muzdlu mediadan istifadə edərək stabilliyi hədəfə almağa qalıb: "Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi müstəsna nüfuzu, xalq arasında yüksək reytinqi Parisin bu niyyətini də puça çıxarmaqdadır. Üstəlik, Afrikadan Okeaniyaya, Asiyadan Mərkəzi Amerikaya qədər uzanan nəhəng və məğlubedilməz fransız xüsusi xidmət şəbəkəsinin Azərbaycanda çökdürülməsi Paris üçün ağlasığmaz zərbə oldu. Azərbaycan xüsusi xidmət orqanlarının peşəkarlığı nəticəsində Fransa agentura şəbəkəsinin ifşası, əslində, ardıcıl uğursuzluqlarının davamı kimi Ermənistan üçün də dərs olmalıdır. Erməni xalqı anlamalıdır ki, Fransanın Ermənistanı silahlandırması, revanşist əhvali-ruhiyyənin artmasına çalışması onların mənafelərinə xidmət deyil, ermənilərin neokolonializmin çirkin niyyətlərinə alət edilməsidir. Ermənistan, nəhayət, başa düşməlidir ki, İrəvanın Azərbaycanla danışıqlara getməkdən başqa çıxış yolu yoxdur və istənilən əks-cəhd sadəcə məğlubiyyət seriyasının davamı olacaq".
Deputat vurğulayıb ki, Azərbaycan ümumbəşəri dəyərləri rəhbər tutaraq dünya xalqları ilə beynəlxalq hüquq normaları çərçivəsində mehriban əlaqələr qurmaq niyyətindədir. Ermənistanın yenidən silahlandırılması, revanşizm naminə yeni texnologiyalar vəd edilməsi bölgədə heç nəyi dəyişə bilməz, əksinə, onu yenidən münaqişəyə təşviq etməklə Ermənistanın "failed state" statusunun daha da dərinləşməsinə səbəb olacaq. Yeni dövr üzrə Azərbaycanın xarici siyasət kursunda Ermənistanla münasibətlər prioritet deyil. Prezidentin andiçmə mərasimində dediyi kimi, Azərbaycan artıq dünyanı narahat edən qlobal məsələlərlə məşğuldur. "Bu mənada İrəvan faydasız silahlanma, yaxud heç bir perspektivi olmayan uğursuz revanşizm niyyətlərindənsə, sülhə fokuslanmalıdır. Artıq səmərəsiz sülh proseslərinin uzanması dövrü deyil və biz Ermənistandan real addımlar gözləyirik. Konseptual əsası olmayan sülh Cənubi Qafqazda dayanıqlı ola bilməz. Ermənistan konstitusiyası dəyişməyincə, Azərbaycan və Ermənistan arasında dövlətlərin qarşılıqlı olaraq ərazi bütövlüyünü ehtiva edən sülh müqaviləsinin imzalanması və qüvvəyə minməsi mümkün deyil. Azərbaycan Ermənistan konstitusiyasında təcavüzkar, region dövlətlərinə qarşı ərazi iddialarını özündə ehtiva edən normaların ən qısa müddətdə ana qanundan çıxarılmasını, yəni konstitusiya islahatlarını zəruri hesab edir", - deyə deputat bildirib.
B.Məhərrəmov xatırladıb ki, Ermənistanın mövcud iqtidarının nümayəndələri və Nikol Paşinyan da ölkənin konstitusiya islahatlarının zəruri olması barədə dəfələrlə fikir bildirsə də, ölkədəki revanşist dairələr, həmçinin erməni kilsəsi bu prosesdə islahatların qarşısında dayanan əsas qüvvə kimi çıxış edir. Azərbaycanın qələbəsindən sonra əsl siması üzə çıxan bəzi Qərb dairələri də proseslərə nüfuz edərək Ermənistanda islahatların həyata keçirilməsinə məqbul yanaşmır. Qısa müddət əvvələ qədər konstitusiya islahatlarından bəhs edən Nikol Paşinyan da artıq Qərbin direktivlərini rəhbər tutaraq aidiyyəti dəyişiklikləri hökumətin siyasi gündəmindən çıxarmaqdadır. Lakin Ermənistan başa düşməlidir ki, dalan dövlət statusundan qurtulmaq və real müstəqilliyə çatmaq üçün özündən min kilometrlərlə kənarda yerləşən Fransa kimi dövlətlərlə "müttəfiqlik" deyil, Azərbaycan və Türkiyə simasında qonşuları ilə müsbət məcrada inkişaf edən tərəfdaşlıq zəruridir.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Zelenski: Ukraynanın əlavə hava hücumundan müdafiə vasitələrinə ehtiyacı var
30 Iyun
Hərbi institutda hərbi vətənpərvərlik mövzusunda tədbir keçirilib
30 Iyun
Sabah Bakıda hava əsasən yağmursuz keçəcək
30 Iyun
Avstriyada Millətlər Festivalında Azərbaycan mədəniyyəti təbliğ olunub
30 Iyun
Azərbaycanın energetika naziri İtaliyaya səfər edib
30 Iyun
Xarici işlər nazirinin müavini Xorvatiyada işgüzar səfərdə olub
30 Iyun
Rusiyanın Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk edib
30 Iyun
Fransada növbədənkənar parlament seçkiləri üzrə səsvermə başlayıb
30 Iyun
DİN və DSX-nin birgə əməliyyatı zamanı 180 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb...
30 Iyun
Avro-2024: Daha iki komanda 1/4 final mərhələsinə vəsiqə qazanacaq
30 Iyun
DİQQƏT ÇƏKƏNLƏR
Prezident İlham Əliyev BMT-nin Baş katibinin müavini və Ətraf Mühit Proqramının icraçı direktorunu q...27 Iyun 2024
![](/uploads/img/posts/2024/06/27/1719473706217621927_1200x630jpg-1719477132.jpg)
Prezident İlham Əliyevə İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan hərbi nəqliyyat təyyarəsi tə...26 Iyun 2024
![](/uploads/img/posts/2024/06/26/17193913105429036540_1200x630jpg-1719393315.jpg)
Azərbaycan beynəlxalq əməkdaşlıq platformasına çevrilir25 Iyun 2024
![](/uploads/img/posts/2024/06/25/manwetttjpg-1719265024.jpg)
İlham Əliyevin əməkdaşlıq modeli qlobal platformaya çevrilir21 Iyun 2024
![](/uploads/img/posts/2024/06/21/1647332818_ef00f73450eae074135fcd9c4cacf6d8 Копированиеjpg-1718925466.jpg)
Qurtuluş missiyası15 Iyun 2024
![](/uploads/img/posts/2024/06/15/saytjpg-1718404077.jpg)
ÇOX OXUNANLAR
Prezident növbədənkənar parlament seçkilərini təyin etdi29 Iyun 2024
![](/uploads/img/posts/2024/06/29/1583835201167192134jpg-1719605770.jpg)
Sülh uğrunda müharibə26 Iyun 2024
![](/uploads/img/posts/2024/06/26/1656311658_e346c3b9742c001ff2f42ef9aa7170cajpg-1719357575.jpg)
Davamlı inkişaf, səmərəli islahat, real nəticə25 Iyun 2024
![](/uploads/img/posts/2024/06/25/4jpg-1719265162.jpg)
Böyük tarixdən başlanan Zəfər yolu23 Iyun 2024
![](/uploads/img/posts/2024/06/23/babaaajpg-1719094277.jpg)
“Euronews” televiziyasında Prezident İlham Əliyevin müsahibəsi yayımlanıb22 Iyun 2024
![](/uploads/img/posts/2024/06/22/17190365625934912960_1200x630jpg-1719036839.jpg)
Adın nədir - Daşdəmir...21 Iyun 2024
![](/uploads/img/posts/2024/06/21/susajpg-1718926127.jpg)
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!