01 Oktyabr 2024 08:10
414
SİYASƏT
A- A+
Sülh razılaşmasının təxminən 80 faizə qədəri hazırdır

Sülh razılaşmasının təxminən 80 faizə qədəri hazırdır


Ermənistan Azərbaycanın bütün şərtləri ilə hesablaşmalıdır


"2020-ci ildə torpaqlarını Ermənistanın işğalından azad etdikdən sonra sülh gündəliyini başladan da, bu gün irəli aparan da Azərbaycandır.  Bu, təkcə keçmiş münaqişə subyektləri arasında münasibətlərin normallaşdırılması deyil, bütövlükdə Cənubi Qafqaz regionunda dayanıqlı sülhün, təhlükəsizliyin təmin olunması, səmərəli əməkdaşlıq sisteminin qurulması kontekstində formalaşdırılıb və irəli aparılır". 

Bu sözləri "Azərbaycan" qəzetinə Sosial Tədqiqatlar Mərkəzinin direktor müavini Elşad Mirbəşiroğlu deyib. Onun sözlərinə görə, Azərbaycan regionda kommunikasiyaların açılması, iqtisadi layihələrin həyata keçirilməsi, regional təhlükəsizlik sisteminin qurulması istiqamətində səmimi mövqe nümayiş etdirib və praktiki addımlar atır. Ermənistanla Azərbaycan arasında sülh sənədinin mübadiləsi həyata keçirilir. Bir sıra maddələr üzrə razılaşma var, tərəflərin  məlumatına əsasən, bu, təxminən 80 faiz təşkil edir. Amma nəzərə almaq lazımdır ki, Azərbaycanın prinsipial olaraq təqdim etdiyi şərtlərin təmin edilməsi dayanıqlı sülh  üçün çox vacibdir. "Sonuncu təmaslardan, yəni BMT Baş Assambleyasının 79-cu toplantısı çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ABŞ Dövlət katibi Blinkenin vasitəçiliyi ilə görüşündən sonra sərgilənən mövqe ondan ibarət oldu ki, Ermənistan Konstitusiyasında dəyişiklik edilməli, Azərbaycana olan ərazi iddiaları ortadan qaldırılmalıdır. Paşinyan da bildirdi ki, Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi Konstitusiya ilə uyğunsuzluq təşkil edəcəksə, o zaman Konstitusiyaya dəyişiklik ola bilər. Bunun konstruktiv yanaşma olduğunu deyə bilərik, amma Ermənistanın praktiki addımları  sülh gündəliyində nə qədər səmimi olduğunu göstərəcək. Bir çox halda Paşinyanın mövqeyində sərt transformasiyalara yol verdiyini müşahidə etmişik".

Nyu Yorkda XİN rəhbərləri arasında baş tutan görüş zamanı ölkələr arasında münasibətlərin qurulmasının və sülh gündəliyinin irəli aparılmasının vacibliyinin bir daha vurğulandığını xatırladan politoloq bildirib ki, indiki şərtlər çərçivəsində bu deklorativ bəyanat kimi qalmayacaq. Çünki sülh gündəliyini irəli aparan Azərbaycanın iradəsi və güc mövqeyidir. Ermənistan bu gün sülh ritorikasına bir çox halda istinad edirsə, bu da  Azərbaycanın gücü ilə yaranmış siyasi reallığın təsiri altında baş verir. Çünki 2020-ci ildən ötən müddətdə gördük ki, Ermənistan imitasiyalarla məşğuldur, proseslər üzərindən manipulyasiyalara üstünlük verir, amma Azərbaycanın iradəsi ilə bir çox məsələlərlə razılaşmaq məcburiyətində qalır. Ortada artıq əldə olunmuş nəticə var. Azərbaycan və Ermənistan sərhədlərinin 12 kilometrə qədərinin delimitasiya və demarkasiyası həyata keçirilib. Bu prosesin də Ermənistan Konstitusiyasına uyğunluğu Ermənistan tərəfindən təsdiqlənib. 

E.Mirbəşiroğlu hesab edir ki, bu da sülh gündəliyinin vacib elementlərindən biridir: "Ən vacib məqamlardan biri də beynəlxalq müstəvidə formalaşan mövqelərdir, yəni bu gün Azərbaycanın vacib bildiyi prinsipial şərtlər əsasında sülh  sazişinin imzalanması Cənubi Qafqazda gələcək vəziyyəti təyin edəcək. Hazırda Ermənistandan istifadə edərək regionda vəziyyətin gərginləşdirilməsi istiqamətində aşkar cəhdlər müşahidə olunur. Ermənistan sistemli olaraq silahlandırılır, bu proses dayanmayıb. Bəzi dövlətlər Ermənistanı revanşa həvəsləndirirlər, ona görə sülh məsələsinə olduqca ehtiyatlı yanaşmaq, "Ermənistanın sülh ritorikası nəyə xidmət edir?" sualına cavab tapmaq lazımdır. Bu, Ermənistana zaman qazandırmaq üçün əldə olunacaq sülh sazişi olacaqsa, bütövlükdə region üçün çox təhlükəlidir. Bütün hallarda Azərbaycanın irəli sürdüyü prinsipial, ədalətli şərtlər əsasında sülh müqaviləsi imzalanacaqsa, bütövlükdə Cənubi Qafqaz regionu bundan qazanacaq. Açıq məsələlərin qalacağı halda Ermənistan müəyyən müddət sonra aldığı dəstəklə vəziyyəti dəyişməyə çalışacaq".

Ekspert qeyd edib ki, hazırda qlobal güclərin kəskin qarşıdurması fonunda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi gedir. Cənubi Qafqaz regionu ABŞ-nin rəhbərliyi altında Qərbin geosiyasi rəqibi Rusiyaya qarşı plasdarm kimi nəzərdən keçirilir. Ermənistan da alət rolunda özünü təsdiq edir. Gürcüstanda oktyabrın 26-da keçiriləcək parlament seçkilərinə Qərb də ciddi hazırlaşır. Bu seçkinin nəticəsində Gürcüstanda rejim dəyişikliyi etmək istəyirlər. Belə olacağı təqdirdə regionda güc balansı tamamilə Qərbin xeyrinə dəyişər, proseslərə onların təsir imkanları arta bilər. Ona görə region ölkələri proseslərə diqqətli və həssas yanaşmalıdırlar ki, kənar müdaxilələr zəif olsun. Belə olan halda imzalanacaq sülh müqaviləsi regionun gələcəyi üçün yaxşı nəticələr vəd edə bilər.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

NATO-nun yeni Baş katibindən ilk açıqlama gəldi

19:09
01 Oktyabr

Azərbaycanın və Braziliyanın prokurorluq orqanları əməkdaşlığı genişləndirir  

18:55
01 Oktyabr

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi “Eternity-2024” komanda-qərargah təlimində iştirak edib  

18:54
01 Oktyabr

Dünyanın ən güclü boksçularının adları açıqlandı  

18:37
01 Oktyabr

Səudiyyə Ərəbistanı Palataları Federasiyası: Azərbaycanla investisiya sahəsində yeni imkanlar yaradılır

18:23
01 Oktyabr

Sosial təcrid ölüm riskini artırır

18:23
01 Oktyabr

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin yeddinci iclası keçirilib

18:20
01 Oktyabr

Monqolustan korrupsiya ilə mübarizədə Azərbaycanla əməkdaşlığı genişləndirmək istəyir

18:17
01 Oktyabr

BMT-nin keçmiş Baş katibi Bakı İqlim Fəaliyyəti Həftəsinə videomüraciət ünvanlayıb

18:07
01 Oktyabr

Hikmət Hacıyev dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

17:53
01 Oktyabr

Azərbaycan ilə Macarıstan arasında aqrar sahədə tələbə-müəllim mübadiləsi barədə müzakirələr aparılıb

17:40
01 Oktyabr

Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimalında 13 terrorçunu zərərsizləşdirib

17:39
01 Oktyabr

Yunanıstanda NATO-nun aviasiya təlimləri başlayıb

17:38
01 Oktyabr

Prezident İlham Əliyevin Milli Məclisdə çıxışının müzakirəsinə həsr olunan tədbir keçirilib

17:35
01 Oktyabr

ANAMA: Sentyabr ərzində 3 min 301 partlamamış hərbi sursat zərərsizləşdirilib  

17:17
01 Oktyabr

Londonda Aida Mahmudovanın “Mənzərəyə açılan otaq” adlı fərdi sərgisi başa çatıb

17:15
01 Oktyabr

Qərbi Azərbaycan milli ideyanın əsas hədəflərindəndir  

16:47
01 Oktyabr

Azərbaycanla Türkiyə arasında məhkəmə-hüquq sahəsində əməkdaşlıq daha da güclənib

16:38
01 Oktyabr

İranda silahlı hücum: komandir öldürüldü

16:33
01 Oktyabr

Milli Məclis komitələrinin yeni tərkibi bəlli olub 

16:19
01 Oktyabr

Ucarda qəzaya uğrayan yanacaqdaşıyan avtomobil yanıb, sürücü ölüb - YENİLƏNİB-2

16:17
01 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!