01 Oktyabr 2024 17:35
423
CƏMİYYƏT
A- A+
Prezident İlham Əliyevin Milli Məclisdə çıxışının müzakirəsinə həsr olunan tədbir keçirilib

Prezident İlham Əliyevin Milli Məclisdə çıxışının müzakirəsinə həsr olunan tədbir keçirilib

Oktyabrın 1-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) “Prezident İlham Əliyevin Azərbaycan Respublikası Milli Məclisində çıxışının müzakirəsi: Müstəqil və prinsipial xarici siyasət” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Prezident İlham Əliyevin VII çağırış Milli Məclisin ilk iclasında cari qlobal və regional böhranlar fonunda Azərbaycan xarici siyasətinin prioritetləri, ölkəmizin üzləşə biləcəyi təhlükəsizlik çağırışlarına adekvat reaksiya mexanizmləri barədə ətraflı çıxış etdiyini diqqətə çatdırıb.

Müasir dövrdə hibrid müharibə taktikalarının genişləndiyini qeyd edən F.Şəfiyevin sözlərinə görə, artıq dövlətlər öz hüdudlarının təhlükəsizliyini hərbi sursatlarla yox, həm də texnoloji imkanlardan faydalanaraq qorumalıdır.

Azərbaycanın hər zaman milli maraqlara əsaslanan balanslı xarici siyasət yürütdüyünü deyən BMTM sədri ölkəmizin həm Qərb, həm də Şərq ölkələri ilə fəal əməkdaşlıq etdiyini bildirıb. O, həmçinin ABŞ və Avropa İttifaqında (Aİ) Azərbaycan əleyhinə çalışan qüvvələrlə yanaşı, ölkəmizi dəstəkləyən və əməkdaşlığın inkişafı üçün çalışan qüvvələrin olduğunu diqqətə çatdırıb.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xarici siyasət xətti və geosiyasi vəziyyət” mövzusunda paneldə çıxış edən Milli Məclisin deputatı Rasim Musabəyov Azərbaycanın regional geosiyasəti formalaşdıran ölkə olduğunu və Ermənistanın kənar qüvvələr tərəfindən silahlandırılmasının bu gerçəkliyi dəyişməyəcəyini bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, Cənubi Qafqaz ölkələri arasında əməkdaşlıq üçün geniş imkanlar olduğu halda, Ermənistan daxilindəki revanşizm və üçüncü dövlətlərin regiona müdaxilə cəhdləri bu tarixi fürsətdən yararlanmaq imkanlarının qarşısını alır.

Azərbaycanın Mərkəzi Asiya, Xəzər regionu, digər regional və qlobal aktorlara münasibətdə fəal xarici siyasət yürütdüyünü deyən R.Musabəyov ölkəmizin bu əlaqələrdə subyektivlik amilini qoruduğunu vurğulayıb.

Milli Məclisin deputatı Fariz İsmayılzadə isə artan hibrid hücumlara diqqət çəkərək, Kanada və Avropa dövlətləri tərəfindən Ermənistana verilən dəstəyin təhlükəsizlik riskləri yaratdığını, Cənubi Qafqazda sülh və əmin-amanlıq əvəzinə, rəqabət və silahlanmanı gücləndirdiyini bildirib.

F.İsmayılzadə çıxışında iqtisadi potensialın gücləndirilməsinin də vacibliyinə toxunub.

Milli Məclisin deputatı Qaya Məmmədov Ermənistan daxilindəki revanşistlərlə yanaşı, hökumətdəki qüvvələrin anti-Azərbaycan siyasətini regional təhlükəsizliyə əsas hədə olaraq dəyərləndirib. Onun sözlərinə görə, Fransa və Hindistan ilə artan hərbi əməkdaşlıq, böyük atəş gücünə malik silahların tədarükü və xarici məsləhətçilərin Ermənistan ordusuna cəlb edilməsi, bunlarla paralel, minatəmizləmə fəaliyyətlərində Azərbaycana adekvat dəstək göstərilməməsi həmin ölkələrin İrəvanın təcavüzkar siyasətlərinə birbaşa dəstək verməsinin göstəricisidir.

Deputat Qərbi Azərbaycan mövzusunun beynəlxalq gündəlikdən kənarda saxlanmasını ikili standartlar siyasətinin təzahürü kimi xarakterizə edib.

Milli Məclisin deputatı Ramid Namazov Prezident İlham Əliyevin VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışı zamanı səsləndirdiyi fikirlərin daxili auditoriya ilə yanaşı, Ermənistana və onu dəstəkləyənlərə, dost və müttəfiq ölkələrə aid tezislər ehtiva etdiyini deyib. Qarabağ müharibəsinin nəticələrinin bütün dünya tərəfindən tanındığını xatırladan R.Namazov Ermənistandaxili revanşizmi, habelə Fransa, Hindistan kimi ölkələrin Cənubi Qafqaza müdaxilə cəhdlərini əsas təhdid mənbəyi kimi qiymətləndirib.

Sonra BMTM-in aparıcı məsləhətçisi Mətin Məmmədlinin moderatorluğu ilə “Parlament diplomatiyası və beyin mərkəzləri icması” mövzusunda panel keçirilib. Paneldə xarici siyasətin formalaşdırılmasında və həyata keçirilməsində parlament fəaliyyətinin rolu və beyin mərkəzlərinin sözügedən proseslərə töhfəsi müzakirə edilib.

Tədbir sual-cavab sessiyası ilə yekunlaşıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Fransada Marin Le Penin məhkəməsi başlayıb

21:13
01 Oktyabr

Çempionlar Liqasının oyunu ləğv edilib

21:02
01 Oktyabr

Avrozonada inflyasiya 2021-ci ildən bəri ilk dəfə 2 faizdən aşağı düşüb

20:59
01 Oktyabr

FİFA-dan Etoya qadağa

20:41
01 Oktyabr

Fransada iki milyon qoca yoxsulluq həyatı yaşayır

20:39
01 Oktyabr

Dünyanın ən nəhəng elektrikli kranı nümayiş etdirilib

20:24
01 Oktyabr

Azərbaycanın MMA döyüşçüsü beynəlxalq turnirdə qələbə qazanıb

20:22
01 Oktyabr

BYD 97 min avtomobilini geri qaytarır

19:47
01 Oktyabr

Fransa Ukraynaya qoşun göndərəcəkmi?

19:29
01 Oktyabr

Paşinyan İranın vitse-prezidentinə Azərbaycanla sülh danışıqlarının gedişi barədə məlumat verib  

19:26
01 Oktyabr

NATO-nun yeni Baş katibindən ilk açıqlama gəldi

19:09
01 Oktyabr

Azərbaycanın və Braziliyanın prokurorluq orqanları əməkdaşlığı genişləndirir  

18:55
01 Oktyabr

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi “Eternity-2024” komanda-qərargah təlimində iştirak edib  

18:54
01 Oktyabr

Dünyanın ən güclü boksçularının adları açıqlandı  

18:37
01 Oktyabr

Səudiyyə Ərəbistanı Palataları Federasiyası: Azərbaycanla investisiya sahəsində yeni imkanlar yaradılır

18:23
01 Oktyabr

Sosial təcrid ölüm riskini artırır

18:23
01 Oktyabr

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin yeddinci iclası keçirilib

18:20
01 Oktyabr

Monqolustan korrupsiya ilə mübarizədə Azərbaycanla əməkdaşlığı genişləndirmək istəyir

18:17
01 Oktyabr

BMT-nin keçmiş Baş katibi Bakı İqlim Fəaliyyəti Həftəsinə videomüraciət ünvanlayıb

18:07
01 Oktyabr

Hikmət Hacıyev dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

17:53
01 Oktyabr

Azərbaycan ilə Macarıstan arasında aqrar sahədə tələbə-müəllim mübadiləsi barədə müzakirələr aparılıb

17:40
01 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!