29 Sentyabr 2024 08:10
1520
SİYASƏT
A- A+
Mehriban Əliyeva: "Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!"

Mehriban Əliyeva: "Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!"


Cəbhənin bütün istiqamətlərində düşmən qüvvələrinə ağır zərbələr endirilir. Erməni əsgəri silahını, döyüş bayrağını ataraq qaçır. Azərbaycan Ordusunun Zəfər yürüşü davam edir. 

29 sentyabr


Düşmənin artilleriya batareyası məhv edilib


Sentyabrın 28-dən 29-na keçən gecə bütün cəbhəboyu gərgin döyüşlər davam edib.

Ermənistan silahlı qüvvələri cəbhənin Füzuli-Cəbrayıl və Ağdərə-Tərtər istiqamətlərində itirdikləri mövqeləri geri qaytarmaq üçün bir neçə dəfə əks-hücum cəhdi göstərib.

Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri uğurla müdafiə olunaraq düşmənin bütün cəhdlərinin qarşısını alıb.

Gecə döyüşlərində cəbhənin Ağdərə istiqamətində düşmənin Madagizdən (Suqovuşan) hərəkət edən zirehli və avtomobil texnikasından ibarət qarışıq kolonu və onların hərəkətinə atəş dəstəyi verən artilleriya batareyası Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri və cəbhənin bu istiqamətdə yerləşən qoşunlarımız tərəfindən məhv edilib.

Cəbhənin Füzuli-Cəbrayıl istiqamətində səhər saatlarında yerdəyişmə etmək istəyən düşmənin 1 tankı, 1 avtomobil texnikası və 10 nəfərədək şəxsi heyəti artilleriya zərbəsi ilə məhv edilib.

Gərgin döyüşlər davam edib. Düşmən ağır itkilər verərək geri çəkilməyə məcbur edilib.


Daha 4 erməni tankı sıradan çıxarılıb


Səhər saatlarından etibarən Füzuli şəhərinin işğaldan azad olunması uğrunda Azərbaycan Ordusunun hücumu davam edib.

Səhər saat 07:00-08:00 radələrində cəbhənin Füzuli-Cəbrayıl istiqamətində Ermənistan qoşunlarının daha 4 tankı qəhrəman əsgərlərimiz tərəfindən məhv edilib.


Daşkəsən artilleriya atəşinə tutulub


Ermənistan növbəti provokasiyaya əl atıb. Səhər saat 07:30-dan etibarən Ermənistanın Vardenis rayonu ərazisindən Azərbaycanın Daşkəsən rayonunun ərazisi artilleriya atəşinə tutulub.


Erməni hərbi hissəsinin komandiri məhv edilib


Bütün cəbhəboyu döyüşlər davam edir.

Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənə məxsus növbəti iki tank dəqiq atəşlə məhv edilib. Artilleriya bölmələrimiz düşmənə sarsıdıcı zərbələr endirib.

İşğal edilmiş ərazilərimizdə gedən döyüşlərə cəlb edilmiş Ermənistan ordusunun Eçmiədzin rayonunda dislokasiya olunan 61-ci əlahiddə mühəndis alayının 13516 saylı hərbi hissəsinin komandiri Spartak Koçaryan məhv edilib.


İlham Əliyev: "Ermənistan ordusu Azərbaycan torpaqlarında olmamalıdır"


Almaniya Kansleri Angela Merkel Prezident İlham Əliyevə telefonla zəng edib.

Ermənistan-Azərbaycan təmas xəttində silahlı qarşıdurmanın baş verməsi ilə bağlı ölkəsinin narahatlığını ifadə edən Angela Merkel hadisələrin gedişi ilə maraqlanıb.

Prezident İlham Əliyev qeyd edib ki, Ermənistan Azərbaycana qarşı hərbi təxribat törədib, ağır artilleriya qurğularından təmas xətti boyu yerləşən hərbi birləşmələrimizi, şəhər və kəndlərimizi atəşə tutub. Nəticədə iki gün ərzində hərbçilərimiz, 10 mülki şəxs, o cümlədən iki uşaq həlak olub, 29 mülki şəxs yaralanıb, 150 yaşayış evi dağıdılıb. Azərbaycan tərəfi əks-hücum əməliyyatına başlayıb.

İlham Əliyev vurğulayıb ki, Ermənistanın hərbi təxribatı ilə bağlı hadisələrin gələcək inkişafına görə məsuliyyət bu ölkənin siyasi və hərbi rəhbərliyinin üzərinə düşür, Azərbaycan Ordusu öz torpaqlarında vuruşur və Ermənistan ordusu Azərbaycan torpaqlarında olmamalıdır.


Mehriban Əliyeva: "Azərbaycan Ordusu işğal altında olan ərazilərimizi azad edir"


"Azərbaycan dövləti heç vaxt başqasının torpaqlarına iddialı olmayıb, heç zaman insanlığa qarşı cinayət törətməyib. Azərbaycan Ordusu başqa dövlətin torpaqlarına ayaq basmayıb, o, doğma torpağını qoruyur və onun uğrunda döyüşür!"

Bu fikir Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstaqram" səhifəsindəki paylaşımında yer alıb. Paylaşımda daha sonra deyilir: "Ermənistanın növbəti silahlı təxribatına cavab verildi! Azərbaycan Ordusu öz Vətənini müdafiə edərək uğurlu əks-hücum əməliyyatı keçirir və Azərbaycanın işğal altında olan ərazilərini azad edir". 

Azərbaycanın bütün əsgərlərinin, zabitlərinin həyatı və sağlamlığı üçün dua edən Mehriban xanım vurğulayıb ki, bu gün xalq niyyəti, hərəkət və duaları ilə misli görünməmiş birlik göstərir: "Ulu Tanrı Azərbaycan xalqına onun müqəddəs mübarizəsində yar olsun! Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!"


Paşinyanın uydurmaları ifşa edildi


Rusiyanın "Rossiya-1" telekanalında yayımlanan "60 dəqiqə" proqramında Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunan veriliş efirə gedib. Verilişdə Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan aparıcıların suallarını cavablandırıblar.

İlham Əliyev hər zaman olduğu kimi, yenə də qətiyyətli və prinsipial mövqeyini nümayiş etdirərək bildirib ki, artıq üçüncü gündür şiddətli döyüşlər gedir, bu döyüşlər nəticəsində Azərbaycan Ordusu bir sıra yaşayış məntəqələrini işğaldan azad edib, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəklikləri tutub. Bu gün vəziyyət elədir ki, fəal döyüş əməliyyatları aparılır.  

Dövlətimizin başçısı Ermənistanın bu savaşda Türkiyənin iştirakı ilə bağlı uydurmalarına da aydınlıq gətirərək deyib ki, Türkiyə Azərbaycana yalnız mənəvi dəstək göstərir. Guya Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsi barədə erməni tərəfinin yaydığı bütün şayiələr təxribat xarakteri daşıyır. Türkiyənin münaqişədə iştirakı barədə heç bir sübut yoxdur və buna zərurət də yoxdur. Azərbaycan Ordusu öz xalqının və öz ərazisinin müdafiəsini təmin etmək üçün kifayət qədər hazırlıqlıdır.

Beynəlxalq ictimaiyyət qarşısında çıxış edərkən dəfələrlə rəzil duruma düşən Nikol Paşinyan növbəti dəfə də ənənəsini pozmadı. Verilişin aparıcılarının sualları qarşısında aciz qalan Ermənistanın baş naziri yenə də çıxışında heç bir fakta əsaslanmayan yalan və uydurmalar söylədi.


30 sentyabr


3 gündə 2300 canlı qüvvə, 200-dən artıq artilleriya, 130-dək tank məhv edilib


İşğal olunmuş torpaqlarımızın azad olunması uğrunda Azərbaycan Ordusunun apardığı gərgin döyüşlər davam edib.

Müdafiə Nazirliyi məlumat yayaraq bildirib ki, sentyabrın 27-dən 30-dək düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edilib və yaralanıb, 130-dək tank və digər zirehli texnikası, 200-dən artıq artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 25-dək hava hücumundan müdafiə vasitələri, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqələri, 5 silah-sursat anbarı, 50-dək tank əleyhinə vasitələr, 55 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.


Cəbrayıl istiqamətində düşmənin döyüş texnikaları sıradan çıxarılıb


Cəbhənin Cəbrayıl rayonu istiqamətində düşmənin döyüş texnikaları bölmələrimiz tərəfindən məhv edilib.

Səhər saat 08:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini artilleriya atəşinə tutub. Mülki infrastruktura ziyan dəyib və yaralananlar olub.

Düşmənin artilleriya bölmələri Goranboy rayonunun Aşağı Ağcakənd kəndini də atəşə tutmağa başlayıb.


Düşmənin "S-300" zenit-raket qurğusu məhv edilib


Xocalı rayonunun Şuşakənd ərazisində düşmənin 1 "S-300" zenit-raket qurğusu sıradan çıxarılıb.

İtirilmiş mövqeləri geri qaytarmaq üçün Suqovuşan istiqamətinə əlavə qüvvələr cəmləşdirən düşmən səhər saatlarından başlayaraq hücuma cəhd göstərib. Düşmənin bu fəaliyyətinin qarşısı alınıb və onun müqavimətinin qırılması məqsədilə qoşunlarımız tərəfindən əks-həmlə əməliyyatı keçirilib.


Prezidentdən və Mehriban Əliyevadan yaralı qazilərimizə dəstək  


Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan yaralı hərbçilərə baş çəkiblər.

Hər bir yaralı əsgərin vəziyyəti ilə maraqlanan İlham Əliyev deyib ki, həkimlər onların tezliklə sağalıb normal həyata qayıtmaları üçün əllərindən gələni edəcəklər.

Yaralılar isə tezliklə sağalıb yenidən döyüş bölgəsinə getmək, Vətən uğrunda haqlı savaşlarını davam etdirmək niyyətində olduqlarını bildiriblər. Ali Baş Komandan bir daha vurğulayıb ki, bu savaş tezliklə qələbəmizlə başa çatacaq: "Bizim işimiz haqq işidir, biz öz torpağımızda vuruşuruq, Vətən uğrunda vuruşuruq. Bizim davamız ədalətli davadır və əminəm ki, bu münaqişədə biz istədiyimizə nail olacağıq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Uzun illər ərzində məcburi köçkün kimi yaşayan soydaşlarımız da öz doğma dədə-baba torpaqlarına qayıdacaqlar".

Baş sərkərdə döyüşlərin gedişatından da söz açaraq deyib ki, artıq dördüncü gün davam edən savaşda Azərbaycan Ordusu uğurlu əməliyyat keçirərək strateji yüksəklikləri, bir neçə yaşayış məntəqəsini işğaldan azad edib, uzun fasilədən sonra biz bu torpaqlara qayıtmışıq. Bu torpaqlarda öz bayrağımızı sancmışıq və artıq bu torpaqlardan bizi heç kim çıxara bilməz, biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik. 


İlham Əliyev Şarl Mişelə bir daha həqiqətləri açıqladı


Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Prezident İlham Əliyevə telefonla zəng edib.

Təmas xəttində hərbi əməliyyatların başlamasından narahatlığını ifadə edən Şarl Mişel münaqişənin sülh yolu ilə nizamlanmasının zəruri olduğunu bildirib.

İlham Əliyev isə bir daha əsl həqiqətləri söyləyib və işğalçının hərbi təxribatı ilə bağlı hadisələrin gələcək inkişafına görə məsuliyyətin Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşdüyünü bildirib.


On minlərlə könüllü döyüşlərə qatılmaq istəyir


Müdafiə Nazirliyi döyüşlərə qatılmaq istəyən könüllülərə müraciət edib. Müraciətdə bildirilir ki, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Azərbaycan Ordusunun düşmənə qarşı apardığı döyüşlərdə əldə etdiyi uğurlar xalqımızda döyüş ruhunun yüksəlməsinə səbəb olub. Azərbaycan əsgərinin uğurundan ruhlanan on minlərlə həmvətənimiz nazirliyə müraciət edərək ordumuzla birlikdə könüllü olaraq döyüşlərə qatılmaq istədiyini bildirib.

Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycan əsgərinə mənəvi dəstək olduqlarına görə təşəkkür edir və döyüşlərə qoşulmaqla şəxsi heyətin yanında olmaq istəyən hər kəsə dərin minnətdarlığını çatdırır. Bildirilir ki, könüllü döyüşlərə qatılmaq arzusunda olan döyüş və müharibə təcrübəsinə malik vətəndaşlarımız hərbi hissələrə deyil, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etsinlər.


Ermənistan "Toçka-U" taktiki raket kompleksini tətbiq edib


Bölmələrimizin mövqelərini atəşə tutan düşmən topları dəqiq atəşlə məhv edilib. Qoşunlarımızın zərbələrinə məruz qalan Ermənistanın 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyasının Tonaşendə yerləşən 7-ci dağatıcı alayının 2-ci taboru ağır itkilərə məruz qaldığından komandanlıqdan təcili surətdə kömək istəyib. Köməyə gələn ehtiyat qüvvələr tərəfimizdən aşkar olunaraq atəş zərbəsi ilə darmadağın edilib.

Ermənistan silahlı qüvvələri "Toçka-U" taktiki raket kompleksini tətbiq edib.


Düşmənin "Uraqan" yaylım atəşli reaktiv sistemi sıradan çıxarılıb


Son saatlarda cəbhənin müxtəlif istiqamətlərində düşmənin 1 ədəd "Uraqan" yaylım atəşli reaktiv sistemi, 1 ədəd "OSA" zenit-raket kompleksi, 3 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, 1 ədəd piyadanın döyüş maşını və 2 ədəd D-20 haubitsa-topu məhv edilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən saat 17:30-dək düşmənin 2 ədəd "OSA-AKM" zenit-raket kompleksinin döyüş maşını, 1 ədəd BM-21 "Uraqan" yaylım atəşli reaktiv sistemi, 4 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, 4 ədəd "D-20" haubitsa-topu, 16 ədəd tank, 1 ədəd piyadanın döyüş maşını və şəxsi heyətlə 2 ədəd yük maşını məhv edilib və sıradan çıxarılıb.


Düşmənin həmlə taborunun döyüş bayrağı və sənədləri ələ keçirilib


Suqovuşan istiqamətində gedən döyüşlər zamanı Ermənistan ordusunun darmadağın edilən 6-cı dağ atıcı alayına köməyə gələn 193-cü əlahiddə həmlə taborunun döyüş bayrağı və sənədləri ələ keçirilib.

Axşam saatlarında keçirilən döyüş əməliyyatları nəticəsində düşmənin 8 ədəd "Qrad" yaylım atəşli reaktiv sistemi məhv edilib.


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ANAMA: Sentyabr ərzində 3 min 301 partlamamış hərbi sursat zərərsizləşdirilib  

17:17
01 Oktyabr

Londonda Aida Mahmudovanın “Mənzərəyə açılan otaq” adlı fərdi sərgisi başa çatıb

17:15
01 Oktyabr

Qərbi Azərbaycan milli ideyanın əsas hədəflərindəndir  

16:47
01 Oktyabr

Azərbaycanla Türkiyə arasında məhkəmə-hüquq sahəsində əməkdaşlıq daha da güclənib

16:38
01 Oktyabr

İranda silahlı hücum: komandir öldürüldü

16:33
01 Oktyabr

Milli Məclis komitələrinin yeni tərkibi bəlli olub 

16:19
01 Oktyabr

Ucarda qəzaya uğrayan yanacaqdaşıyan avtomobil yanıb, sürücü ölüb - YENİLƏNİB-2

16:17
01 Oktyabr

Mərkəzi Bankın valyuta ehtiyatları açıqlanıb

16:09
01 Oktyabr

Baş prokuror Bəhreyn Krallığının nümayəndə heyəti ilə görüşüb

15:50
01 Oktyabr

Berdiyev qalmaqal yaradan hücumçunu avtobusa buraxmadı

15:45
01 Oktyabr

Minimum əməkhaqqı və pensiyanın artırılması ilə bağlı təkliflər hazırlanıb

15:34
01 Oktyabr

Azərbaycan-Səudiyyə Ərəbistanı birgə müəssisələrin yaradılmasını müzakirə edib

15:17
01 Oktyabr

İrandan Rusiyaya narkotik vasitə aparılmasının qarşısı alınıb

15:14
01 Oktyabr

Madrid klubundan qadağa

15:09
01 Oktyabr

De Blekerdən mübahisəli epizodlarla bağlı açıqlama  

14:52
01 Oktyabr

Qurban Qurbanov niyə məyusdur?

14:50
01 Oktyabr

Rusiyanın hərbi xərcləri artacaq

14:33
01 Oktyabr

Xurşidbanu Natəvan yaradıcılığı İrlandiya mətbuatında

14:23
01 Oktyabr

Azərbaycan və Albaniyanın prokurorluq orqanları arasında memorandum imzalanıb

14:02
01 Oktyabr

Əhmədbəyli-Füzuli-Şuşa yolu İnnovativ inşaat metodologiyası nominasiyası üzrə dünyada 1-ci yeri tutub

13:56
01 Oktyabr

 Zaxarovadan ABŞ dövlət katibinə: "Bunu ancaq əclaf deyə bilərdi ..."

13:44
01 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!