01 Oktyabr 2024 18:17
381
CƏMİYYƏT
A- A+
Monqolustan korrupsiya ilə mübarizədə Azərbaycanla əməkdaşlığı genişləndirmək istəyir

Monqolustan korrupsiya ilə mübarizədə Azərbaycanla əməkdaşlığı genişləndirmək istəyir

Dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı olan Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) sentyabrın 29-dan oktyabrın 2-dək keçirilən 29-cu İllik Konfransında və Ümumi Yığıncağında iştirak edən beynəlxalq təşkilat və xarici dövlətlərin nümayəndə heyətləri ilə silsilə görüşlər keçirilir.

Oktyabrın 1-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Monqolustanın Korrupsiyaya Qarşı Mübarizə üzrə Müstəqil Xidmətinin rəhbəri Daşdavaa Zandraanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər.

Baş prokuror Kamran Əliyev Prezident İlham Əliyev və Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa arasında mövcud olan qarşılıqlı etimad və dostluq münasibətlərinin xalqlarımız arasında dərin tarixi köklərə söykənən siyasi, iqtisadi və mədəni əlaqələrin daha da inkişaf etdirilməsi üçün platforma təşkil etdiyini vurğulayaraq ölkəmizdə həyata keçirilən korrupsiyaya qarşı qətiyyətli mübarizə tədbirləri barədə məlumat verib.

O, korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlarla yanaşı, bu sahədə qabaqcıl və müsbət təcrübəyə malik olan ölkələrin ixtisaslaşmış antikorrupsiya qurumları ilə də ikitərəfli səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğunu bildirib və bu sahədə əməkdaşlığa dair Monqolustan da daxil olmaqla bir çox dövlətlə anlaşma memorandumlarının imzalandığını diqqətə çatdırıb.

Ötən illər ərzində görülmüş işlərin nəticəsi kimi Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO), həmin təşkilatın Pulların Leqallaşdırılmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Mübarizə Tədbirlərinin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi (MONEYVAL) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsi də daxil olmaqla beynəlxalq təşkilatların hesabatlarında ölkəmizdə korrupsiyaya qarşı mübarizə tədbirləri müsbət dəyərləndirilib.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un ölkəmizdə keçirilməsinin tarixi əhəmiyyətini vurğulayan Baş prokuror bildirib ki, iqlim dəyişikliyi milli sərhədlərə məhəl qoymayan qlobal problem olduğu üçün bu tədbirin keçirilməsi bütün ölkələr üçün vacibdir.

Daşdavaa Zandraa Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaranmasının 106-cı ildönümü münasibətilə təbrikini çatdırıb, qurumlar arasında cinayətkarlıqla və korrupsiya ilə mübarizə sahəsində əməkdaşlığın genişlənməsinin zəruri olduğunu vurğulayıb.

Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Fransada Marin Le Penin məhkəməsi başlayıb

21:13
01 Oktyabr

Çempionlar Liqasının oyunu ləğv edilib

21:02
01 Oktyabr

Avrozonada inflyasiya 2021-ci ildən bəri ilk dəfə 2 faizdən aşağı düşüb

20:59
01 Oktyabr

FİFA-dan Etoya qadağa

20:41
01 Oktyabr

Fransada iki milyon qoca yoxsulluq həyatı yaşayır

20:39
01 Oktyabr

Dünyanın ən nəhəng elektrikli kranı nümayiş etdirilib

20:24
01 Oktyabr

Azərbaycanın MMA döyüşçüsü beynəlxalq turnirdə qələbə qazanıb

20:22
01 Oktyabr

BYD 97 min avtomobilini geri qaytarır

19:47
01 Oktyabr

Fransa Ukraynaya qoşun göndərəcəkmi?

19:29
01 Oktyabr

Paşinyan İranın vitse-prezidentinə Azərbaycanla sülh danışıqlarının gedişi barədə məlumat verib  

19:26
01 Oktyabr

NATO-nun yeni Baş katibindən ilk açıqlama gəldi

19:09
01 Oktyabr

Azərbaycanın və Braziliyanın prokurorluq orqanları əməkdaşlığı genişləndirir  

18:55
01 Oktyabr

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi “Eternity-2024” komanda-qərargah təlimində iştirak edib  

18:54
01 Oktyabr

Dünyanın ən güclü boksçularının adları açıqlandı  

18:37
01 Oktyabr

Səudiyyə Ərəbistanı Palataları Federasiyası: Azərbaycanla investisiya sahəsində yeni imkanlar yaradılır

18:23
01 Oktyabr

Sosial təcrid ölüm riskini artırır

18:23
01 Oktyabr

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin yeddinci iclası keçirilib

18:20
01 Oktyabr

Monqolustan korrupsiya ilə mübarizədə Azərbaycanla əməkdaşlığı genişləndirmək istəyir

18:17
01 Oktyabr

BMT-nin keçmiş Baş katibi Bakı İqlim Fəaliyyəti Həftəsinə videomüraciət ünvanlayıb

18:07
01 Oktyabr

Hikmət Hacıyev dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

17:53
01 Oktyabr

Azərbaycan ilə Macarıstan arasında aqrar sahədə tələbə-müəllim mübadiləsi barədə müzakirələr aparılıb

17:40
01 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!